gototop gototop

Dictionary

XİDMƏTLƏR TİCARƏTİ ÜZRƏ BAŞ SAZİŞ, XTBS

(ingiliscə - General Agreement on Trade in Services, GATS - Xidmətlər Ticarəti üzrə Baş Saziş, XTBS) - Tariflər və Ticarət üzrə Baş Saziş, TTBS-nin Uruqvay raundunda qəbul edilən xidmətlər ticarəti üzrə ilk çoxtərəfli dövlətlərarası müqavilə. XTBS-nin predmetini mərkəzi, regional və yerli hakimiyyət orqanları, həmçinin hökumətin yurisdiksiyası ilə reallaşan qeyri-hökumət müəssisələri tərəfindən həyata keçirilən xidmətlər ticarətinə təsir göstərən tədbirlər əhatə edir. XTBS xidmətlər ticarətini tənzimləyən çoxtərəfli hüquqi sistemin əsasını təşkil edən prinsiplərdən ibarətdir. O, 29 maddədən ibarət altı bölməni - “İdarəetmə dairəsi və terminlər”, “Ümumi öhdəliklər və intizam”, “Xüsusi öhdəliklər”, “Xidmətlər mübadiləsinin mütərəqqi liberallaşması”, “Prosedur müddəalar” və “Yekun müddəalar”ı əhatə edir.