gototop gototop

Dictionary

XƏZƏR DƏNİZİNİN BÖLÜNMƏSİ PROBLEMİ

(ingiliscə - The problem is the division of the Caspian Sea - Xəzər dənizinin bölünməsi problemi) - Xəzər dənizinin okean, göl və ya əlahidə yeni prinsip üzrə bölünməsi ilə əlaqədar statusunun müyyənləşdirilməsi ilə bağlı problem. Xəzər dənizi ilə bağlı geosiyasətdə əsas fikir ayrılığı onun hansı prinsiplə bölünməsidir. Əvvəllər mövcud olmuş sektoral bölgü prinsipinə görə, Rusiyaya 16, Türkmənistana 22, Qazaxıstana 29, Azərbaycana 19, İrana isə 14 faiz pay düşür. Lakin İran praktikada mövcud olmamış «bərabərlik», yəni «hərəyə 20 faiz» prinsipi ilə bölgünün aparılmasını təklif edir. Hazırda Xəzərin bölgüsü haqqında 1921-ci il Rusiya-İran və 1940-cı il SSRİ-İran müqavilələri qüvvədədir. 1982-ci ildə qəbul edilmiş yeni dəniz hüququ konvensiyasına uyğun olaraq, dəniz hövzəsi dövlətləri 200 millik zonada kəşfiyyatın tənzimlənməsi, su qatı, dəniz dibi, yerin təkində cəmləşən canlı və cansız təbii ehtiyatların işlənməsi və saxlanmasında suveren hüquqlara malikdirlər. Bununla belə, bu sərhədlərdən kənarda müvafiq ehtiyatların mənimsənilməsi üçün xüsusi orqanın yaradılması prosesi hələ başa çatmamışdır.