Archive
Dictionary
XARİCİ PORTFEL İNVESTİSİYALARI
(ingiliscə - Foreign Portfolio Investments, FPI – Xarici Portfel İnvestisiyaları, PXİ) - kapitalın xarici qiymətli kağızlara (sırf maliyyə əməliyyatı) qoyuluşudur. Bu, investora investisiya obyektinə nəzarət hüququ vermir. Belə halda investor səhm sahibi olmaqla dividend əldə edir. Portfel xarici investisiyaları milli valyutada ifadə edilmiş sırf maliyyə aktivləri olaraq iqtisadi agentin portfelinin diversifikasiyasına səbəb olur, investisiya riskini aşağı salır. Onlar daha çox özəl sahibkarlıq kapitalına əsaslanır, baxmayaraq ki, dövlət də öz qiymətli kağızlarını buraxır və xarici qiymətli kağızları alır.