gototop gototop

Dictionary

HƏYAT KEYFİYYƏTİ REYTİNQİ

(ingiliscə - Quality - of - Life Index - Həyat Keyfiyyəti İndeksi) İqtisadçı Kəşfiyyat Birliyi (Economist Intelligence Unit) tərəfindən tərtib edilən subyektiv həyat məmnuniyyəti araşdırmalarının nəticələrini ölkələrin həyat keyfiyyətinin obyektiv determinantları ilə birləşdirən əmsal göstərici. Subyektiv həyat məmnuniyyəti araşdırmaları həyat məmnuniyyətinin səviyyəsini müəyyənləşdirmək məqsədilə əhali arasında keçirilən sorğulardan ibarətdir. Həyat keyfiyyətinin obyektiv determinantları kimi isə nəzərdə tutulur: Maddi rifah (Material wellbeing): Satınalma gücü paritetli adambaşına ÜDM. Mənbə İqtisadçı Kəşfiyyat Birliyi (EIU), Sağlamlıq (Health): Doğulanda gözlənilən ömür müddəti. Mənbə ABŞ Statistika Bürosu (US Census Bureau), Siyasi stabillik və təhlükəsizlik (Political stability and security): Siyasi stabillik və təhlükəsizlik reytinqi. Mənbə İqtisadçı Kəşfiyyat Birliyi (EIU), Ailə həyatı (Family life): Boşanmaların səviyyəsi (hər 1000 nəfərə). 5 ballıq sistemdə indeksə çevrilir. Mənbə BMT və Avromonitor (UN, Euromonitor), İcma həyatı (Community life): Ölkədə ya dini xidmətlər, ya da həmkarlar təşkilatına üzvlük yüksək olarsa 1 bal, əks təqdirdə 0 bal verilir. Mənbə Beynəlxalq Əmək Təşkilatı və Dünya Dəyərlər Araşdırması (ILO, World Values Survey), İqlim və coğrafiya (Climate and geography): İsti və soyuq iqlimi fərqləndirmək üçün en dairəsi. Mənbə ABŞ Mərkəzi Kəşfiyyat Agentliyi (CIA, World Factbook). İş təminatı (Job security): İşsizlik səviyyəsi. Mənbə İqtisadçı Kəşfiyyat Birliyi (EIU). Siyasi azadlıq (Political freedom): Siyasi və mülki azadlıqların orta qiyməti. 1 bal (tamamilə azad), 7 bal (qeyri-azad). Mənbə Azadlıq Evi (Freedom House) və Gender bərabərliyi (Gender equality). Kişi və qadının orta məvaciblərinin nisbətini hesablamaqla ölçülür. Mənbə BMT İnkişaf Proqramı İnsan İnkişafı Hesabatı (UNDP HDR).