Archive
Dictionary
(ingiliscə - theorem Heckscher-Ohlin-Samuelson - Hekşer-Olin-Samuelson teoremi) beynəlxalq ticarətin təsiri altında dünya mal dövriyyəsində iştirak edən əmtəələrin müqayisəli qiymətləri eyniləşməyə meyil edirlər. Bu isə müxtəlif ölkələrdə həmin əmtəələrin yaradılmasında istifadə edilən istehsal amillərinin qiymət nisbətinin bərabərləşməsinə səbəb olur. Hekşer-Olin nəzəriyyəsinin postulatları əsasında bu qarşılıqlığı ABŞ iqtisadçısı Pol Samuelson (1915-2009) aşkarlamışdır. Hekşer-Olin-Samuelson adı altında təsdiqini almış teoremə görə, xarici ticarətə qoşulmadıqda əmək və kapitalın qiyməti hər ölkədə fərqlənəcək, izafi amilin qiyməti nisbətən kiçik, defisitli amil qiyməti nisbətən yüksək olacaqdır. Kapitaltutumlu əmtəə ilə ölkənin ixtisaslaşması və beynəlxalq ticarətdə iştirakı ixracat sahəsində kapitalın axınına gətirir.