gototop gototop

Dictionary

HEKŞER-OLİN NƏZƏRİYYƏSİ, (MODELİ)

(ingiliscə - Heckscher-Ohlin theory - Hekşer-Olin nəzəriyyəsi) - A.Smitin və D.Rikardonun mütləq və nisbi üstünlüklər nəzəriyyəsinin müddəalarına əsaslanaraq istehsal amillərinin müqayisəsi ilə bağlı XX əsrin əvvəllərində isveçli iqtisadçılar Hekşer Eli Filip (1879-1952) və Bertil Olin (1899-1979) tərəfindən işlənmiş model, nəzəriyyə. Nəzəriyyəyə görə hər bir ölkənin kapital və əmək amili ilə müəyyən dərəcədə bağlılığı vardır və bu hal beynəlxalq ticarətdə iştirakçıdan asılı olaraq həmin ölkələrdə qiymət nisbətində müxtəliflik törədir. Kapitalın qiyməti faiz dərəcəsi, əməyin qiyməti isə əmək haqqında əks olunur. Burada alınan nəticə ondan ibarətdir ki, əməyin və kapitalın müqayisəli qiymətlərinin səviyyəsi kapital artıqlığı olan ölkələrdə əmək ehtiyatları və kapital defisiti olanlara nisbətdə azdır.