Archive
Dictionary
AMORTİZASİYA
(latica - amortisatio - ödəmə, ödəniş, ödənmə) - əsas vəsaitlərin və digər aktivlərin istehsal olunan məhsulun xərclərinə hissəvi qatılması metodu olub, onların sonrakı istifadəsi üçün istehlak əvəzlənməsini təmin edir. Əsas vəsaitlərin köhnəlməsi fiziki və mənəvi olan iki aşınma formasında reallaşır. Fiziki aşınma əsas vəsaitlərin istehlak dəyərinin itirilməsi, əmək prosesində texniki-iqtisadi və sosial xarakteristikasının pisləşməsi və ya uzunmüddətli istifadəsiz qalması nəticəsində baş verir. Fiziki aşınma faktiki xidmət müddətinin normativ xidmət müddətinə nisbəti ilə ölçülür.