gototop gototop

Dictionary

FRANKO

(italyanca - franco - azad) - ticarət hüququ termini - satış şərtinə görə satıcı malı müqavilədə müəyyən edilmiş yerə öz hesabına çatdırmağa zəmanət verir. Bu halda malın qiymətinə onun gətirilmə və sığorta xərcləri daxil edilir. Digər terminlər qarşısında sözönü kimi işlədilərək ticarət müqavilələrində (franko-zavod, franko-gəmi, franko-yük maşını, franko-anbar və s.) tətbiq edilir.