Archive
Dictionary
FORFEYTİNQ
(fransızca - a forfai - bütöv, məcmu) - daha çox xarici ticarət əməliyyatlarında tətbiq edilən, əmtəələrin satışında ixracatçıların, satıcıların kreditləşməsinin özünəməxsus forması. Bank (forfeytor) ixracatçıdan (satlıcıdan) idxalçının (alıcının) alacağı əmtəənin çatdırılmasından sonra dərhal dəyərini ödəməklə onun pul öhdəliyini alaraq ixracatcıya müvafiq ödənişi tam və ya qismən həyata keçirir. Təcili ödəniş üçün bank-forfeyter ixaracatçıdan faizlər alır. Forfeytinq əməliyyatları faktorinq əməliyyatları ilə analogiya təşkil edir.