Archive
Dictionary
FONDVERİMİ
(ingiliscə - capital productivity - kapital məhsuldarlığı) - şirkətin, müəssisənin istehsal fondlarından istifadənin səmərəlilik səviyyəsini xarakterizə edən ümumiləşdirilmiş göstərici. Fondverimi məhsulun illik həcmini əsas istehsal fondlarının orta illik tam balans dəyərinə bölməklə müəyyən edilir. Fondverimi göstəricisi fəaliyyətdə olan və yeni işə salınan müəssisələr üçün bütün fondlar və ayrılıqda isə əsas fondların aktiv hissəsi üzrə hesablanır. Fondtutumuna əks olan göstərici kimi, əsasən, sovet statistikasında istifadə olunmuşdur.