Archive
Dictionary
FOND BİRJASI
(ingiliscə - stock exchange - fond birjası) - qiymətli kağızların alqı-satqısının həyata keçirildiyi bazar. Fond birjalarının əsas vəzifəsi qiymətli kağızların normal tədavülü təmin emək, məzənnəni müəyyənləşdirmək və onun aşkarlamaq, qiymətli kağızlar bazarının iştirakçılarına lazımi şərait yaratmaqdan və müvafiq fəaliyyətləri tənzimləməkdən ibarətdir. Fond birjasında qiymətli kağızların alqı-satqısı onlara olan tələb və təklifin təsiri altında tez-tez dəyişən birja kursu əsasında həyata keçirilir.