Archive
Dictionary
FİZİKİ ŞƏXS
(ingiliscə - physical person - fiziki şəxs) - iqtisadi fəaliyyətin tam hüquqlu subyekti kimi çıxış edən insan, vətəndaş. Fiziki şəxslərə iqtisadiyyatda müstəqil fiqur keyfiyyətində çıxış edərək müəyyən təsərrüfat əməliyyatlarını aparmaq hüququna malik olanlar, digər şəxs və təşkilatlarla iqtisadi münasibətləri tənzimləyənlər, huquqi şəxslərlə münasibətlər yaradan həmin ölkənin və həmçinin xarici ölkənin vətəndaşı və vətəndaşlığı olmayanlar aid edilir. Fiziki şəxslər öz adlarından çıxış edir və hüquqi şəxslərdən fərqli olaraq müəssisə və şirkət yaratmağa və onları qeydiyyatdan keçirməyə ehtiyac görmürlər.