Arxiv
Faydalı linklər
Azərbaycan Respublikası Prezidentinin İşlər İdarəsinin Prezident Kitabxanası
"Azərbaycanın vergi jurnalı" resenziyalı elmi jurnal
AMEA - Azərbaycan Milli Elmlər Akademiyası
AMEA İqtisadiyyat İnstitutu
Azərbaycan Dövlət İqtisad Universiteti
Azərbaycan Milli Kitabxanası
Azərbaycan kommersiya bankları haqqında informasiya portalı
İqtisadiyyat qəzeti
Xəbərlər / “Heydər Əliyev və Azərbaycanın milli iqtisadi inkişaf modeli” monoqrafiyasının təqdimatı olub
05.05.21 tarixində Azərbaycan Memarlıq və İnşaat Universitetinin (AzMİU) Biznesin iqtisadiyyatı və menecment kafedrasının müdiri, professor Məhəbbət Məmmədovun elmi redaktorluğu ilə hazırlanmış, ulu öndər Heydər Əliyevin anadan olmasının 98 illiyinə həsr olunmuş “Heydər Əliyev və Azərbaycanın milli iqtisadi inkişaf modeli” adlı monoqrafiyanın onlayn təqdimatı keçirilib.
Monoqrafiyadakı elmi araşdırmaların müəllifləri - Azərbaycan İqtisadçılar İttifaqının sədri, akademik Ziyad Səmədzadə, Nazirlər Kabinetinin Sənaye və energetika məsələləri şöbəsinin müdiri, professor Elşən Hacızadə, AMEA-nın İqtisadiyyat İnstitutunun direktoru, professor Nazim İmanov, Rusiya Federasiyasının Cənub Universitetinin rektoru, professor İmran Əkbərov və digərləri Heydər Əliyevin Azərbaycan iqtisadiyyatının bütün sahələrinin inkişafı üçün həyata keçirdiyi islahatlar, ölkə iqtisadiyyatının yenidən qurulması haqqında çıxış ediblər.