Arxiv
Faydalı linklər
Azərbaycan Respublikası Prezidentinin İşlər İdarəsinin Prezident Kitabxanası
"Azərbaycanın vergi jurnalı" resenziyalı elmi jurnal
AMEA - Azərbaycan Milli Elmlər Akademiyası
AMEA İqtisadiyyat İnstitutu
Azərbaycan Dövlət İqtisad Universiteti
Azərbaycan Milli Kitabxanası
Azərbaycan kommersiya bankları haqqında informasiya portalı
İqtisadiyyat qəzeti
Xəbərlər / İqtisad elmləri doktoru, professor Elşən Hacızadə Sumqayıt Dövlət Universitetində “İqtisadi təhlükəsizlik: mövcud vəziyyət və perspektivlər” mövzusunda keçirilən Beynəlxalq elmi konfransda iştirak etmişdir.
İyulun 9-da Sumqayıt Dövlət Universitetində “İqtisadi təhlükəsizlik: mövcud vəziyyət və perspektivlər” mövzusunda videokonfrans formatında keçirilən Beynəlxalq elmi konfransının bağlanış mərasimi keçirilmişdir. Konfransın Plenar iclasında Millət vəkili akademik Ziyad Səmədzadə, Millət vəkili Vüqar Bayramov, Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyinin İqtisadi İslahatlar Elmi Tədqiqat İnstitutunun direktor əvəzi professor Arzu Hüseynova, Azərbaycan Respublikası Nazirlər Kabinetinin Sənaye və energetika şöbəsinin müdiri professor Elşən Hacızadə və Azərbaycan, Türkiyə, Rusiya, o cümlədən, digər ölkələrin aparıcı universitetlərinin iqtisadçı alimləri də iştirak etmişdirlər.
İki gün davam edən konfransın məqsədi yerli və xarici mütəxəssisləri, alimləri, ictimai xadimləri bir araya gətirmək, mövzu ətrafında müzakirələr aparmaq, innovativ fikirlərlə paylaşmaq və tövsiyələr hazırlamaqdan ibarətdir.