gototop gototop
Azərbaycanca Русский English
Arxiv
Faydalı linklər

http://www.preslib.az/

Azərbaycan Respublikası Prezidentinin İşlər İdarəsinin Prezident Kitabxanası


http://www.vergijurnali.az/

"Azərbaycanın vergi jurnalı" resenziyalı elmi jurnal


http://www.science.gov.az/

AMEA - Azərbaycan Milli Elmlər Akademiyası


http://www.elm.az/az/economy/

AMEA İqtisadiyyat İnstitutu


http://www.aseu.az/

Azərbaycan Dövlət İqtisad Universiteti


http://www.anl.az/

Azərbaycan Milli Kitabxanası


http://banker.az/az/

Azərbaycan kommersiya bankları haqqında informasiya portalı


http://iqtisadiyyat.com/

İqtisadiyyat qəzeti


Xəbərlər / “Elm aylığı” tədbirləri çərçivəsində Enerji İqtisadiyyatı Mərkəzi tərəfindən videoseminar keçirilmişdir.

“Elm aylığı” tədbirləri çərçivəsində Enerji İqtisadiyyatı Mərkəzi tərəfindən videoseminar keçirilmişdir.
11.06.2020

Tədbiri giriş sözü ilə açan Elm və innovasiyalar üzrə prorektor prof. Sakit Yaqubov “Elm aylığı” çərçivəsində keçirilən tədbirlərin əhəmiyyətindən danışıb. UNEC-in 90 illik yubiley ərəfəsində olduğunu və bu tədbirlərin həm də yubilıey tədbirləri kimi dəyərləndirildiyini vurğulayıb. 

UNEC Enerji İqtisadiyyatı Mərkəzinin rəhbəri, i.e.d., prof. Elşən Hacızadə məruzə ilə çıxış edərək, yeni reallıqlar kontekstində müasir dünya iqtisadiyyatının inkişafında energetikanın altsistemi - elektroenergetikanın aparıcı roluna diqqəti yönəldib. Azərbaycanda bu sahədə ümummilli lider Heydər Əliyevin təşəbbüsü və rəhbərliyi ilə görülən işlərin və Prezident İlham Əliyev tərəfindən aparılan islahatların əhəmiyyətinin elmi təhlilini təqdim edib. Məruzəçi həyata keçirilən enerji siyasəti və görülən tədbirlərin əhalinin elektrik enerjisi ilə təchizatının yaxşılaşmasına, iqtisadiyyatın inkişafına çox mühüm təsir göstərdiyini bildirib. Ölkəmizdə enerji təhlükəsizliyinin tam təmin olunduğunu, Azərbaycanın bu sahədə ixracatçı ölkəyə çevrilərək Dünya İqtisadi Forumunun açıqladığı “Qlobal Rəqabətlilik İndeksi 2019” hesabatına əsasən elektrik enerjisinin əlçatanlıq əmsalına görə ABŞ, Böyük Britaniya, Almaniya, Fransa, İtaliya, Yaponiya, Çin, Rusiya, Hollandiya, Belçika, Kanada, Norveç, İsveç, İsveçrə, Danimarka kimi inkişaf etmiş ölkələrlə bir sırada olmaqla dünyada 2-ci yerdə qərarlaşdığını diqqətə çatdırıb.

Seminarda UNEC Enerji İqtisadiyyatı Mərkəzinin tədqiqatçısı, Beynəlxalq Ekoenergetika Akademiyasının fəxri professoru Tahir Cəfərov “Azərbaycan Respublikasının energetika sektorunda islahatların sürətləndirilməsi” haqqında Sərəncamda nəzərdə tutulan məqsədlərdən danışaraq, elektroenergetika sahəsində əldə olunan nailiyyətlərdən bəhs edib. Məruzəçi energetika sektorunda islahatların ssenarisi və onun mərhələləri barədə seminar iştirakçılarına geniş məlumat verib. 

Seminarda UNEC Ekonofizika Tədqiqat Mərkəzinin rəhbəri prof. Şahlar Əsgərov, “Ətraf mühitin mühafizəsi və iqtisadiyyatı” kafedrasının müdiri dos. Validə Mehdiyeva, “Fizika və kimya” kafedrasının müdiri, “Kompozit materiallar” ETM-nin rəhbəri prof. Rövnəq Rzayev, Sumqayıt Dövlət Universitetinin professoru Şəfa Əliyev və digər iştirakçılar müzakirələrə qoşularaq, təkliflər səsləndiriblər.

Tədbirin sonunda məruzəçilər mövzu ilə bağlı iştirakçıların suallarını cavablandırıblar.

 

http://news.unec.edu.az/xeber/100-elm/6568-elektroenergetika-sektorunda-islahatlar-ve-milli-enerji-tehlukesizliyinin-davamli-teminati-strategiyasi