Arxiv
Faydalı linklər
Azərbaycan Respublikası Prezidentinin İşlər İdarəsinin Prezident Kitabxanası
"Azərbaycanın vergi jurnalı" resenziyalı elmi jurnal
AMEA - Azərbaycan Milli Elmlər Akademiyası
AMEA İqtisadiyyat İnstitutu
Azərbaycan Dövlət İqtisad Universiteti
Azərbaycan Milli Kitabxanası
Azərbaycan kommersiya bankları haqqında informasiya portalı
İqtisadiyyat qəzeti
Xəbərlər / AzMİU-da “Şaxələndirilmiş iqtisadiyyatın infrastruktur təminatı: əsas meyllər və inkişaf istiqamətləri ” mövzusunda beynəlxalq elmi konfrans keçirilmişdir.
Beynəlxalq elmi konfransda ölkəmizdə diversifikasiya olunmuş milli iqtisadiyyatın gələcək inkişafının əsas zəminlərindən biri kimi modern infrastruktur sistemlərinin qurulması ilə bağlı islahatların əsas istiqamətləri, investisiya təminatı problemləri, şaxələndirilmiş iqtisadiyyat üçün insan potensialının formalaşdırılmasında sosial və təhsil infrastrukturlarının rolu, diversifikasiya strategiyası çərçivəsində sahələrin inkişaf problemlərinin geniş müzakirəsi olmuşdur.
Konfransda beynəlxalq qurumların ölkəmizdə fəaliyyət göstərən nümayəndəliklərindən, dünyanın müxtəlif ölkələrinin universitetlərindən (Türkiyə, Rusiya, İran, Qazaxıstan, Özbəkistan), o cümlədən, ölkəmizdə fəaliyyət göstərən aparıcı ali təhsil müəssisələrindən, elmi-tədqiqat institutlarından, elmi mərkəzlərdən, müxtəlif təşkilatlardan nümayəndələr, görkəmli alimlər iştirak etmişdirlər.
Mövzunun aktuallığına diqqət çəkən Universitetin rektoru, professor Gülçöhrə Məmmədova ümummilli lideri Heydər Əliyev tərəfindən əsası qoyulmuş və Prezident İlham Əliyev tərəfindən uğurla həyata keçirilən sürətli inkişaf strategiyasından danışıb. Milli iqtisadiyyat və iqtisadiyyatın əsas sektorları üzrə strateji yol xəritələrində iqtisadiyyatmızın şaxləndirilməsi ilə bağlı müəyyən olunmuş vəzifələrin uğurla yerinə yetirilməsi müvafiq yönümlərdə infrastruktur təminatının keyfiyyətcə yeni səviyyəyə yüksəldilməsinin nəzərdə tutulduğunu bildirib.
Konfrans plenar iclasda öz işini davam etdirib. Plenar iclasda Milli Məclisin iqtisadi siyasət, sahibkarlıq və sənaye komitəsinin sədri Ziyad Səmədzadə “İqtisadiyyatda struktur dəyişiklikləri və keyfiyyətli inkişaf: reallıq və perspektivlər”, İqtisadiyyat Nazirinin müavini Sahib Məmmədov “Ölkə iqtisadiyyatının şaxələnməsinin dayanıqlı inkişafa töhfəsi” , Azərbaycan Respublikası Sahibkarlar (İşəgötürənlər) Təşkilatları Milli Konfederasiyasının prezidenti Məmməd Musayev “İnfrastrukturun inkişafında sahibkarlığın rolu və gələcək prespektivləri” və iqtisad elmləri doktoru, professor Elşən Hacızadə "İslahatların yeni mərhələsində infrastruktur inkişafın əsas istiqamətləri" mövzusunda məruzələrlə çıxış etmişdirlər.
Rusiya Federasiyası İdarəeetmə, Biznes və Hüquq Universitetinin (Cənub Universitetinin) rektoru, professor İmran Ələkbərov konfransın plenar iclasında çıxış edib.
Beynəlxalq elmi konfransda 6 bölmədə 140-dan çox məruzə dinlənilmişdir.
http://azmiu.edu.az/news.php?id=38115&p=test_ve_tedqiqadlar