Arxiv
Faydalı linklər
Azərbaycan Respublikası Prezidentinin İşlər İdarəsinin Prezident Kitabxanası
"Azərbaycanın vergi jurnalı" resenziyalı elmi jurnal
AMEA - Azərbaycan Milli Elmlər Akademiyası
AMEA İqtisadiyyat İnstitutu
Azərbaycan Dövlət İqtisad Universiteti
Azərbaycan Milli Kitabxanası
Azərbaycan kommersiya bankları haqqında informasiya portalı
İqtisadiyyat qəzeti
Xəbərlər / “Dünya iqtisadiyyatı və Azərbaycan” kitabının təqdimatı olub
19 dekabrda Azərbaycan İqtisadçılar Birliyinin və Azərbaycan Kooperasiya Universitetinin birgə təşkilatçılığı ilə iqtisad elmlər doktoru, professor Elşən Hacızadənin “Dünya iqtisadiyyatı və Azərbaycan” kitabının təqdimatı keçirilib.
Tədbirdə bu ali təhsil ocağının rektoru, Milli Məclisin deputatı, professor Eldar Quliyev çıxış edərək iqtisadiyyatın sürətli inkişafı, beynəlxalq münasibətlərin dərinləşməsi, iqtisadi inteqrasiya prosesinin geniş vüsət alması ilə Azərbaycan iqtisadiyyatına dünyada marağın artdığını qeyd edib. Rektor vurğulayıb ki, iqtisadi islahatların həyata keçirilməsi üçün münbit şəraitin yaradılması, milli iqtisadiyyatımızın bazar münasibətləri əsasında inkişafına konstitusion təminatın verilməsi, neft müqavilələrinin imzalanması, xarici investisiyaların ölkə iqtisadiyyatına cəlb edilməsi, Azərbaycanın beynəlxalq əhəmiyyətli strateji-iqtisadi layihələrə qoşulması, dünyanın qabaqcıl dövlətləri ilə iqtisadi əməkdaşlığın dərinləşdirilməsi ümummilli lider Heydər Əliyevin fəaliyyəti, dahi şəxsiyyətin bu sahədə atdığı strateji addımların nəticəsində mümkün olub. Bütün bu uğurlar “Dünya iqtisadiyyatı və Azərbaycan” kitabında elmi cəhətdən yüksək səviyyədə əsaslandırılıb.
Azərbaycan İqtisadçılar İttifaqının sədri, Milli Məclisin deputatı, akademik Ziyad Səmədzadə nəşr barədə məlumat verərək deyib ki, bu kitab həqiqətən də müasir dövrün bütün iqtisadi yeniliklərini əhatə edib. Nəşrdə Azərbaycan iqtisadiyyatı ilə yanaşı, region dövlətlərinin və ümumilikdə dünya ölkələrinin iqtisadi göstəriciləri yüksək peşəkarlıqla təhlil və müqayisə olunub.
Tədbirdə, həmçinin Milli Məclisin deputatı, siyasi elmlər doktoru Elman Nəsirov, Auditorlar Palatasının sədri, professor Vahid Novruzov, AMEA-nın müxbir üzvləri Əli Nuriyev, Akif Musayev, Qorxmaz İmanov və digər alimlər çıxış edərək nəşrin əhəmiyyətini yüksək qiymətləndiriblər.