gototop gototop
Azərbaycanca Русский English
Arxiv
Faydalı linklər

http://www.preslib.az/

Azərbaycan Respublikası Prezidentinin İşlər İdarəsinin Prezident Kitabxanası


http://www.vergijurnali.az/

"Azərbaycanın vergi jurnalı" resenziyalı elmi jurnal


http://www.science.gov.az/

AMEA - Azərbaycan Milli Elmlər Akademiyası


http://www.elm.az/az/economy/

AMEA İqtisadiyyat İnstitutu


http://www.aseu.az/

Azərbaycan Dövlət İqtisad Universiteti


http://www.anl.az/

Azərbaycan Milli Kitabxanası


http://banker.az/az/

Azərbaycan kommersiya bankları haqqında informasiya portalı


http://iqtisadiyyat.com/

İqtisadiyyat qəzeti


Xəbərlər / «Azərbaycanın vergi jurnalı»nın bu il 5-ci nömrəsi çapdan çıxıb

«Azərbaycanın vergi jurnalı»nın bu il 5-ci nömrəsi çapdan çıxıb
23.12.2015

Vergilər Nazirliyinin resenziyalı elmi nəşri olan «Azərbaycanın vergi jurnalı»nın  5-cü nömrəsi çapdan çıxıb.

Jurnalın ənənəvi “Rəsmi” rubrikasında yenə Prezident İlham Əliyevin mühüm iqtisadi məsələlərə həsr olunmuş çıxış və nitqlərinin geniş xülasəsinə yer verilmişdir. Belə ki, sentyabrın 8-də dövlətimizin başçısının keçirdiyi müşavirədə iqtisadi məsələlər və 2016-cı ilin dövlət büdcəsi müzakirə olunmuş,  qlobal maliyyə-iqtisadi böhranın Azərbaycana təsirinin qarşısının alınmasının, ölkə iqtisadiyyatının dünyada gedən mənfi proseslərdən maksimum dərəcədə qoruunmasının vacibliyi bildirilmiş, həmçinin gələn ilin büdcəsinin formalaşdırılması prinsiplərindən danışılmış, onun daha çox sosial yönümlü büdcə olacağı, ən böyük prioritet təşkil edən investisiya layihələrinin də icra ediləcəyi diqqətə çatdırılmışdır. Jurnal Prezident İlham Əliyevin müşavirədəki çıxışının tam mətnini dərc etmişdir.

Nazirlər Kabinetinin oktyabrın 12-də keçirilmiş, 2015-ci ilin doqquz ayının sosial-iqtisadi inkişafının yekunlarına və qarşıda duran vəzifələrə həsr olunmuş iclasında dövlətimizin başçısının giriş və yekun nitqləri isə oxuculara  xülasə formasında çatdırılmışdır.

Jurnal Milli Məclisin İqtisadi siyasət komitəsinin iclasında «Azərbaycan Respublikasının Vergi Məcəlləsində dəyişikliklər edilməsi haqqında» qanunun layihəsinin, Milli Məclisin plenar iclasında 2016-cı ilin dövlət büdcəsinin və büdcə zərfinə daxil olan digər məsələlərin layihələrinin müzakirəsi haqqında, eləcə də Vergilər Nazirliyinin kolleiya iclasları haqqında hesabatlar dərc etmişdir.

Jurnal Azərbaycan Respublikasının Prezidentinin tapşırıq və tövsiyələrinə uyğun olaraq vergilər naziri Fazil Məmmədovun sentyabrın 18-də Naftalan şəhərində Naftalan, Daşkəsən, Göygöl və Kəlbəcər rayonlarından, oktyabrın 23-də isə Beyləqan şəhərində Beyləqan, Ağcabədi, İmişli, Füzuli və Laçın rayonlarından olan vətəndaşlar üçü keçirdiyi qəbullar haqqında oxuculara məlumat məlumat verir.

Vergilər Nazirliyinin Vergi Cinayətlərinin İbtidai Araşdırılması Departamentinin rəisi Zeynalabdin Məmmədzadənin jurnalda nəşr olunmuş müsahibəsi isə son vaxtlar nazirlikdə həyata keçirilən islahatlar, vergi borclarının alınması sahəsində son dövrlərdə görülən işlər barədədir.

Nömrədə sentyabr ayının 22-də Vergilər Nazirliyində Azərbaycan Respublikasının İnsan Hüquqları üzrə Müvəkkilinin (Ombudsmanın) təşəbbüsü ilə ənənəvi olaraq keçirilən «Sülh aylığı» çərçivəsində «Azərbaycanın vergi jurnalı» redaksiyası tərəfindən «Sosial-iqtisadi hüquqların müdafiəsi: dövlət və vətəndaş məsuliyyəti» mövzusunda təşkil olunmuş  «dəyirmi masa» dan geniş hesabat yerləşdirilmiş, “Doing Business 2016” hesabatında Azərbaycana aid göstəricilərin təhlilini əks etdirən məqalə dərc olunmuşdur.

Ənənəvi “Qanunculuq” rubrikasında Azərbaycan Respublikası Prezidentinin bu ilin sentyabr və oktyabr aylarında vergi və sahibkarlıq məsələləri ilə bağlı imzaladığı qanun, fərman və sərəncamlar verilmişdir.

Jurnalın elmi məqalələr blokunda bu dəfə də iqtisadiyyatın müxtəlif sahələrini əhatə edən tədqiqatların nəticələrinin əks olunduğu elmi məqalələr yerləşdirilib. Bunlar aşağıdakılardır: i.f.d. P.Rzayevin “Ticarət fəaliyyəti ilə məşğul olan sahibkarlıq  subyektlərində vergitutmanin xüsusiyyətləri”, doktorant V.M.Gülməmmədovun “Rəqabət mühitinin  determinantları və vergi siyasəti arasında əlaqələrin tədqiqi”,  dissertant R.K.Əhmədovun “Aqrar sektorun maliyyə təminatının yüksəldilməsində vergi güzəştlərinin rolu”, doktorant B.N.Əhmədovun “Azərbaycan bank sektorunun cari maliyyə stabilliyi: beynəlxalq-müqayisəli və ölkədaxili qiymətləndirmə”, doktorant F.F.Hüseynlinin “Tədiyyə balansının formalaşmasina təsir edən amillər”,  doktorant  F.H.Bəşirovun “Sahibkarlığın nəzəri konsepsiyaları və formalaşması xüsusiyyətləri”,  doktorant  E.A.Abbasovun “Azərbaycanda kənd təsərrüfatı kreditlərinin kənd təsərrüfatı istehsalına təsirinin ekonometrik  qiymətləndirilməsi”,  doktorant X.R.Cavadovun  “Milli innovasiya sistemlərinin yaradılmasi üzrə  beynəlxalq təcrübə və onun Azərbaycanda tətbiqinin genişləndirilməsi imkanları” sərlövhəli məqalələridir.

“Dünya iqtisadiyyatı” rubrikasında Macarısatının iqtisadiyyatı, vergi sistemi haqqında xuculara geniş məlumat verilib.

Jurnal «Elm korifeyləri» rubrikasında oxuculara bu dəfə 2015-ci ildə iqtisadiyyat sahəsində Nobel mükafatına layiq görülmüş ingilis iqtisadçısı Enqus Ditonun  həyatı və elmi yaradıcılıqları barədə oxuculara  məlumat verir.

Bu nömrədə jurnal "İqtisadi terminlər lüğəti"nin dərcini də davam etdirib.

Sonda jurnalda elmi məqalələrini dərc etdirmək istəyənlər üçün “Müəllif qaydaları” verilib.