Arxiv
Faydalı linklər
Azərbaycan Respublikası Prezidentinin İşlər İdarəsinin Prezident Kitabxanası
"Azərbaycanın vergi jurnalı" resenziyalı elmi jurnal
AMEA - Azərbaycan Milli Elmlər Akademiyası
AMEA İqtisadiyyat İnstitutu
Azərbaycan Dövlət İqtisad Universiteti
Azərbaycan Milli Kitabxanası
Azərbaycan kommersiya bankları haqqında informasiya portalı
İqtisadiyyat qəzeti
Xəbərlər / «Azərbaycanın vergi jurnalı»nın bu il 4-cü nömrəsi çapdan çıxıb
Vergilər Nazirliyinin resenziyalı elmi nəşri olan «Azərbaycanın vergi jurnalı»nın 4-cü nömrəsi çapdan çıxıb.
Jurnalın yeni nömrəsi də ənənəvi olaraq “Rəsmi” rubrikası ilə açılır. Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin “neurope.eu” informasiya portalına müsahibəsi ilə başlayan rubrika sonra Nazirlər Kabinetinin 2014-cü ilin birinci yarısının sosial-iqtisadi inkişafının yekunlarına və qarşıda duran vəzifələrə həsr olunmuş iclasında dövlətimizin başçısının nitqinin xülasəsi ilə davam etdirilir.
Jurnalın təsisçisinin – Vergilər Nazirliyinin fəaliyyəti ilə bağlı iki mühüm informasiya da jurnalın bu nömrəsində dərc edilib: bunlar nazirlikdə Amerika Birləşmiş Ştatlarının Daxili Gəlirlər Xidmətinin nümayəndə heyəti ilə “Məlumatların təhlükəsizliyinin təmin edilməsi və infrastrukturu” mövzusunda görüş və 2014-cü ilin 1-ci yarımilliyi ərzində vergi hüquqpozmalarına qarşı görülmüş mübarizə tədbirləri haqqında məlumatlardır.
Vergilər Nazirliyinin Vergi Siyasəti və Strateji Araşdırmalar Baş İdarəsinin rəisi Natiq Şirinovun “AzərTAc”a müsahibəsi də jurnalın oxucularında vergilər üzrə milli qanunvericiliyin Avropa İttifaqı qanunvericiliyinə uyğunlaşdırılması və digər prioritet məsələlər barədə ətraflı təsəvvür yaradacaqdır. İdarənin təqdim etdiyi “Vergilər Nazirliyinin virtual kitabxanası...” sərlövhəli material isə www.e-kitabxana.taxes. gov.az ünvanında yerləşdirilmiş yeni internet resursunun imkanları haqqında oxucuları məlumatlandırır.
“Qanunvericilik” rubrikasında bu dəfə “Büdcə sistemi haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişikliklər edilməsi barədə” Azərbaycan Respublikasının Qanunu, “Büdcə sistemi haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişikliklər edilməsi barədə” Azərbaycan Respublikasının 2014-cü il 20 iyun tarixli 1005-IVQD nömrəli Qanununun tətbiqi haqqında” Azərbaycan Respublikası Prezidentinin Sərəncamı, “Bələdiyyələrin statusu haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə” Azərbaycan Respublikasının Qanunu, “Yerli (bələdiyyə) vergilər və ödənişlər haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə” Azərbaycan Respublikasının Qanunu, “Bələdiyyələrin statusu haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə” Azərbaycan Respublikasının 2014-cü il 20 iyun tarixli 1003-IVQD nömrəli Qanununun tətbiqi haqqında” Azərbaycan Respublikası Prezidentinin Sərəncamı, “Yerli (bələdiyyə) vergilər və ödənişlər haqqında”Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə” Azərbaycan Respublikasının 2014-cü il 20 iyun tarixli 1002-IVQD nömrəli Qanununun tətbiqi haqqında” Azərbaycan Respublikası Prezidentinin Sərəncamı, Azərbaycan Respublikasının Vergi Məcəlləsində dəyişikliklər edilməsi haqqında” Azərbaycan Respublikasının Qanunu, Azərbaycan Respublikasının Vergi Məcəlləsində dəyişikliklər edilməsi haqqında” Azərbaycan Respublikasının 2014-cü il 20 iyun tarixli 1004-IVQD nömrəli Qanununun tətbiqi barədə” Azərbaycan Respublikası Prezidentinin Fərmanı, "Əmək müqaviləsi bildirişinin forması və onun elektron informasiya sisteminə daxil edilməsi qaydaları, əmək müqaviləsi bildirişinin qeydiyyata alınması ilə bağlı işəgötürənə göndərilən məlumat forması, habelə qeydiyyata alınmış əmək müqaviləsi bildirişinin məlumatlarını real vaxt rejimində əldə etməklə bağlı Qaydalar"ın təsdiq edilməsi haqqında” Azərbaycan Respublikası Nazirlər Kabinetinin qərarı yerləşdirilib.
Jurnalın elmi məqalələr blokunda bu dəfə iqtisadiyyatın müxtəlif sahələrini əhatə edən tədqiqatların nəticələrinin əks olunduğu elmi məqalələr yerləşdirilib. Bunlar aşağıdakılardır: Azərbaycan Dövlət İqtisad Universitetindən i.e.d.,prof. N.Xudiyevin “Sığorta təşkilatlarında vergitutmanın alternativ mexanizmi və onun tətbiqi perspektivləri”, i.e.d., prof. Y.Kəlbiyevin “Maliyyə sektoru təşkilatlarının vergiyə cəlb olunmasının nəzəri-metodoloji və praktiki məsələləri”, Vergilər Nazirliyinin Tədris Mərkəzindən i.f.d. C.Yusifovovun “Vergi öhdəliklərinin icrası sahəsində beynəlxalq təcrübənin tədqiqi”, i.f.d. P.Rzayevin “Vergi və mühasibat uçotu məqsədləri üçün iqtisadi subyektin uçot siyasətinin formalaşması xüsusiyyətləri”, i.f.d. İ.Qarayevin “Kiçik və orta sahibkarlığın inkişafına xidmət edən vergi siyasətinin əsas xüsusiyyətləri”, Bakı Dövlət Universitetindən doktorant M.Yusifovun “Azərbaycanda inflyasiya proseslərinə monetar və xarici sektorun təsirinin ekonometrik modelləşdirilməsi”, Vergilər Nazirliyinin əməkdaşı M.Əmirovun “Azərbaycan Respublikasında enerji sektorunun vergi tənzimlənməsi məsələləri”, ABŞ-ın Seton Holl Universitetinin magistrantı, Ümummilli lider Heydər Əliyevin 91 illik yubileyi münasibətilə jurnalın keçirdiyi referat yazılışı üzrə keçirilmiş beynəlxalq müsabiqənin qalibi M.Kohlerin “Vergi ödəmələrinin asanlaşdırılması məqsədilə tətbiq edilən elektron sənəd doldurma və ödəmə sistemlərinin makro təsirləri” sərlövhəli məqalələridir.
“Dünya iqtisadiyyatı” rubrikasında Böyük Britaniya və Şimali İrlandiya Birləşmiş Krallığı – Böyük Britaniya iqtisadiyyatı, vergi sistemi haqqında xuculara geniş məlumat verilib. “Vergi sistemləri” rubrikasında isə Vergilər Nazirliyinin Hüquq Baş İdarəsinin əməkdaşı N.Hacıyevanın Çex Respublikasının vergi sistemi haqqında ingilis dilində məqaləsi yerləşdirilib.
Jurnal «Elm korifeyləri» rubrikasında oxuculara bu dəfə - 2005-ci ildə İqtisadiyyat sahəsində Nobel mükafatına layiq görülmüş İsrail-Amerika riyaziyyatçısı Robert Aumannın və ABŞ iqtisadçısı Tomas Şellinqin həyatı və elmi yaradıcılıqları barədə oxuculara məlumat verir.
“Xatirə” rubrikasında isə jurnalın məsləhətçisi olmuş görkəmli iqtisadçı alim, i.e.d. prof. Hacı Məmmədhəsən Meybullayevin vəfatı ilə əlaqədar nekroloq dərc edilib.
Bu nömrədə jurnal "İqtisadi terminlər lüğəti"nin dərcini də davam etdirib.
Sonda jurnalda elmi məqalələrini dərc etdirmək istəyənlər üçün “Müəllif qaydaları” verilib.