Arxiv
Faydalı linklər
Azərbaycan Respublikası Prezidentinin İşlər İdarəsinin Prezident Kitabxanası
"Azərbaycanın vergi jurnalı" resenziyalı elmi jurnal
AMEA - Azərbaycan Milli Elmlər Akademiyası
AMEA İqtisadiyyat İnstitutu
Azərbaycan Dövlət İqtisad Universiteti
Azərbaycan Milli Kitabxanası
Azərbaycan kommersiya bankları haqqında informasiya portalı
İqtisadiyyat qəzeti
Xəbərlər / «Azərbaycanın vergi jurnalı»nın bu il 3-ci nömrəsi çapdan çıxıb
Jurnalın bu nömrəsində də ənənəvi rubrikalar öz yerini tutur. Belə ki, "Rəsmi" rubrikasında Azərbaycan xalqının umummilli lideri Heydər Əliyevin anadan olmasının 91-ci ildonumunə və Heydər Əliyev fondunun yaradılmasının 10 illiyinə həsr olunmuş təntənəli mərasimdə Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin, həmçinin Heydər Əliyev Fondunun prezidenti Mehriban Əliyevanın çıxışlarının, Azərbaycanın milli bayramı – Respublika Günü munasibətilə kecirilən rəsmi qəbulda, XXI Beynəlxalq Xəzər neft, qaz, neftayırma və neft kimyası sərgi və konfransının acılış mərasimində, ATƏT Parlament Assambleyasının iyirmi ucuncu illik sessiyasının plenar iclasında Prezident İlham Əliyevin çıxış və nitqlərinin xülasəsi verilib.
Azərbaycan Respublikasının vergilər naziri Fazil Məmmədovun rəhbərlik etdiyi numayəndə heyətinin bu il mayın Fransada işguzar səfəri çərçivəsində Parisdə keçirilən görüşlər barədə hesabat “Əməkdaşlıq” rubrikası altında dərc edilib. Həmin səfər zamanı Azərbaycanla İqtisadi Əməkdaşlıq və İnkişaf Təşkilatı arasında “Vergi məsələləri uzrə qarşılıqlı inzibati yardım haqqında” Konvensiyaya edilmiş dəyişikliklərə qoşulma haqqında protokolun imzalanma mərasimi olub.
Avropadaxili Vergi Administrasiyaları Təşkilatının (İOTA) İcraiyyə Şurasının mayın 26-da Bakıda keçirilmiş 92-ci iclası haqqında geniş məlumat da “Əməkdaşlıq” rubrikasında yer alıb.
Bu il iyunun 6-da vergilər nazirinin birinci muavini Natiq Əmirovun sədrliyi ilə Amerika Birləşmiş ştatlarının Xarici Hesablar uzrə Vergi Əməletməsi Aktı (FATCA) ilə bağlı keçirilmiş iclas haqqında hesabat isə “Vergilər Nazirliyində” rubrikası ilə oxuculara təqdim edilib.
Azərbaycan iqtisad elminin inkişafında diqqətəlayiq xidmətləri olan AMEA-nın müxbir üzvü, Əməkdar Elm Xadimi, iqtisad elmləri doktoru, prof. Əli Nuriyevin bu il 75 yaşı tamam olub. Bu nömrədə alimin ömür yoluna və elmi-pedqoji faəliyətinə həsr olunmuş “Çoxcəhətli yaradıcılığı ilə seçilən görkəmli alim” sərlövhəli yubiley məqaləsi dərc edilib. Məqalənin həmmüəllifləri jurnalın baş redaktoru i.e.d., prof. E.Hacızadə və məsul katib E.Əliyevdir.
Oxucular jurnalın ümummilli lider Heydər Əliyevin anadan olmasının 91-ci ildönümü münasibətilə keçirdiyi «Vergitutmada müasir meyillər: dünya təcrübəsi və Azərbaycanda tətbiqi imkanları» mövzusunda magistrantlar arasında referat yazılışı üzrə beynəlxalq müsabiqənin yekunları barədə geniş hesabatı da bu nömrədə oxuya biləcəklər.
“Əlaqələr” rubrikasında bu il iyunun 12-dən 14-dək Qazaxıstanın Almatı şəhərində Əhməd Yəsəvi adına Beynəlxalq Qazax-Türk Universiteti və Türk Akademiyasının təşkilatçılığı ilə “Dünya enerji bazarları: Orta Asiya və Qafqaz ölkələri” mövzusunda keçirilmiş I Beynəlxalq iqtisadiyyat, maliyyə və enerji konqresində jurnalın baş redaktoru prof. Elşən Hacızadənin və məsləhətçi, iqtisadiyyat üzrə fəlsəfə doktoru Elşən Bağırzadənin iştirakı barədə məlumat dərc edilib.
Ənənəvi “Qanunvercilik” rubrikasında oxucular “Azərbaycan Respublikasının Vergi Məcəlləsində dəyişikliklər edilməsi haqqında”, “Kənd təsərrüfatı məhsulları istehsalçılarına müddətli vergi güzəştlərinin verilməsi haqqında” Azərbaycan Respublikası Qanununun ləğv edilməsi barədə”, “Körpələr evlərinə, körpələr evi-uşaq bağçalarına, uşaq bağçalarına, xüsusi uşaq bağçalarına və uşaq evlərinə müddətli vergi güzəştlərinin verilməsi haqqında” Azərbaycan Respublikası Qanununun ləğv edilməsi barədə”, “Azərbaycan Respublikası və İspaniya Krallığı arasında gəlirlərə və əmlaka görə vergilərə münasibətdə ikiqat vergitutmanın aradan qaldırılması və vergidən yayınmanın qarşısının alınması haqqında” Konvensiyanın və onun Protokolunun təsdiq edilməsi barədə” Azərbaycan Respublikasının qanununları, həmçinin ölkə Prezidentinin bu qanunların tətbiqi ilə bağlı sərəncamları ilə tanış ola bilərlər.
Jurnalın elmi məqalələr blokunda bu dəfə iqtisadiyyatın müxtəlif sahələrini əhatə edən tədqiqatların nəticələrinin əks olunduğu elmi məqalələr yerləşdirilib. Bunlar aşağıdakılardır:
i.f.d. C.Yusifovovun “Vergitutma nəzəriyyələrində ədalətlilik, bərabərlik və qanunilik prinsiplərinin təkamülü”, Atatürk Üniversitetindən dos. M.Kolçakın “Türkiyə və İƏİT ölkələrində vergi xərcləmələrinin qiymətləndirilməsi”, i.f.d. Q.Tanrıverdiyevin “Mühasibat və vergi uçotunda ehtiyatlarin uçotunun əsas xüsusiyyətləri”, i.f.d., dos. İ.Seyfullayevin “İşçinin motivasiyasi probleminə nəzəri-praktiki yanaşmalar”, i.f.d. P.Rzayevin və i.f.d. Z.Rzayevin “Müəssisə və təşkilatlarda heyətin idarə edilməsinin aktual problemləri”, i.e.d., prof. E.Hacızadənin “Regional nəqliyyat infrastrukturunun təkmilləşdirilməsində Bakı-Tbilisi-Qars dəmir yolu xətti layihəsinin rolu”, Buxarest İqtisad Tədqiqatlar Akademiyasının doktorantı V. Gülməmmədovun “Azərbaycanda kiçik və orta sahibkarlığın tənzimlənməsində vergitutma amilləri”, İqtisadi İslahatlar Elmi-Tədqiqat İnstitutunun doktorantı S. İmamverdiyevanın “İxracın diversifikasiyasi sahəsində “idxal-ixrac bank”larinin (Eximbank) rolu”.
“Dünya iqtisadiyyatı” rubrikasında - Almaniya Federativ Respublikasının iqtisadiyyatı, vergi sistemi haqqında oxuculara geniş məlumat verilmişdir.
Jurnal «Elm korifeyləri» rubrikasında oxuculara bu dəfə - 2004-cü ildə İqtisadiyyat sahəsində Nobel mükafatına layiq görülmüş Norveç iqtisadçısı Finn Kidland və ABŞ iqtisadçısı Edvart Preskottun həyatı və elmi yaradıcılıqları barədə oxuculara məlumat verir.
Bu nömrədə jurnal "İqtisadi terminlər lüğəti"nin dərcini də davam etdirib
Sonda jurnalda elmi məqalələrini dərc etdirmək istəyənlər üçün “Müəllif qaydaları” verilib.