Arxiv
Faydalı linklər
Azərbaycan Respublikası Prezidentinin İşlər İdarəsinin Prezident Kitabxanası
"Azərbaycanın vergi jurnalı" resenziyalı elmi jurnal
AMEA - Azərbaycan Milli Elmlər Akademiyası
AMEA İqtisadiyyat İnstitutu
Azərbaycan Dövlət İqtisad Universiteti
Azərbaycan Milli Kitabxanası
Azərbaycan kommersiya bankları haqqında informasiya portalı
İqtisadiyyat qəzeti
Xəbərlər / Magistrantlar arasında keçirilən referat müsabiqəsinin qalibləri mükafatlandırılmışlar
Mayın 20-də Vergilər Nazirliyində ümummilli lider Heydər Əliyevin anadan olmasının 91-ci ildönümünə həsr olunmuş “Vergitutmada müasir meyllər: dünya təcrübəsi və Azərbaycanda tətbiqi imkanları” mövzusunda referat yazılışı üzrə beynəlxalq müsabiqənin yekunlarına həsr olunmuş tədbir keçirilmişdir.
Nazirliyin analitik-informasiya şöbəsindən AzərTAc-a bildirmişlər ki, “Azərbaycan vergi jurnalı”nın keçirdiyi müsabiqə ölkəmizdə və xaricdə iqtisadiyyat üzrə magistr təhsili alan gəncləri Azərbaycanın vergi sistemində aparılan islahatlar və tətbiq edilən yeniliklərlə bağlı elmi-nəzəri araşdırmalara cəlb etmək, vergilər sahəsində elmi tədqiqatları stimullaşdırmaq, vergi maarifçiliyini genişləndirmək məqsədi daşımışdır.
Müsabiqəyə ABŞ, Türkiyə və Azərbaycanın müxtəlif ali məktəblərində təhsil alan magistrantlardan 24 iş daxil olmuşdur.
ABŞ-ın Seton Hall Universitetinin magistrantı Maykl L.Koler birinci, Azərbaycan Universitetinin magistrantı Orxan Hüseynov və Türkiyənin Hacettepe Universitetinin magistrantı Göze Öztürk ikinci, Qırğızıstan Respublikasının Qırğızıstan-Türkiyə Manas Universitetinin magistrantı Gülnaz Markisova və Azərbaycan Dövlət Neft Akademiyasının magistrantı Leyla Abdullayeva üçüncü yerə layiq görülmüşlər.
Qaliblərə diplom və qiymətli hədiyyələr təqdim edilmişdir.
AzərTAc