gototop gototop
Azərbaycanca Русский English
Arxiv
Faydalı linklər

http://www.preslib.az/

Azərbaycan Respublikası Prezidentinin İşlər İdarəsinin Prezident Kitabxanası


http://www.vergijurnali.az/

"Azərbaycanın vergi jurnalı" resenziyalı elmi jurnal


http://www.science.gov.az/

AMEA - Azərbaycan Milli Elmlər Akademiyası


http://www.elm.az/az/economy/

AMEA İqtisadiyyat İnstitutu


http://www.aseu.az/

Azərbaycan Dövlət İqtisad Universiteti


http://www.anl.az/

Azərbaycan Milli Kitabxanası


http://banker.az/az/

Azərbaycan kommersiya bankları haqqında informasiya portalı


http://iqtisadiyyat.com/

İqtisadiyyat qəzeti


Xəbərlər / «Azərbaycanın vergi jurnalı» nın 2014-cü ilin 1-ci nömrəsi çapdan çıxmışdır

«Azərbaycanın vergi jurnalı» nın 2014-cü ilin 1-ci nömrəsi çapdan çıxmışdır
24.04.2014

Vergilər Nazirliyinin resenziyalı elmi nəşri olan «Azərbaycanın vergi jurnalı»nın 1-ci (yanvar-fevral) nömrəsi çapdan çıxmışdır. Jurnalın bu nömrəsində də ənənəvi rubrikalar öz yerini tutur.

Jurnalın baş redaktoru i.e.d., prof. Elşən Hacızadə nömrəyə yazdığı ön sözdə 2013-cü ildə görülmüş işlər və 2014-cü ildə qarşıda duran vəzifələr haqqında oxuculara ətraflı məlumat vermişdir.

"Rəsmi" rubrikasında Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin sədrliyi ilə Nazirlər Kabinetinin 2013- cü ilin sosial-iqtisadi inkişafının yekunlarına və 2014-cü ildə qarşıda duran vəzifələrə həsr olunmuş iclasda və regionlarının sosial-iqtisadi inkişafı Dövlət proqramlarının icrasına həsr olunmuş konfransda çıxış və nitqlərinin geniş xülasəsi dərc edilmişdir.  

“Vergilər Nazirliyində” rubrikasında vergi xidməti orqanları əməkdaşlarının peşə bayramı günü münasibətilə Fəxri xiyabanda ulu öndər Heydər Əliyevin məzarını və Şəhidlər xiyabanını ziyarət etməsi, həmçinin vergilər naziri, 2-ci dərəcəli dövlət vergi xidməti müşaviri Fazil Məmmədov III Vergi forumunda iştirak etmək üçün Azərbaycana gəlmiş Türkiyə gəlirlər Administrasiyasının rəhbəri Mehmet Kiliçi və Qazaxıstan Vergi Komitəsinin sədr müavini Arqın Kıpşakovla  görüşləri barədə məlumatlar verilmişdir.

Jurnalda, həmçinin bu il fevral ayının 6-7-də  Bakıda “ Azərbaycanın vergi sistemi : reallıqlar və perspektivlər” mövzusunda III Vergi Forumunun keçirildiyi haqqında oxuculara geniş hesabat təqdim olunmuşdur.  

“Reytinq” rubrikasında oxucular “Doing business 2014” hesabatında Azərbaycana dair göstəricilərin təhlili ilə tanış ola bilərlər. Məqalə Vergilər Nazirliyinin Vergi siyasəti və strateji araşdırmalar Baş idarəsi tərəfindən hazırlanmışdır.

“Aktual” rubrikasında oxucular jurnalın daimi müəlliflərindən olan Azərbaycan Dövlət İqtisad Universitetinin "İqtisadi nəzəriyyə-1" kafedrasının müdiri, iqtisad elmləri doktoru, professor, Azərbaycandan Kənarda Təhsil Almış Mütəxəssislər Təşkilatının Ali Məclisinin sədri Əlican Babayevin “Milli marqlara əsaslanan qlobal enerji strategiyası” məqaləsi ilə tanış olacaqlar.  

Nömrədə bir neçə qanunvericilik sənədi – qanunlar, sərəncam və fərmanlar dərc edilmişdir.

Jurnalın elmi məqalələr blokunda bu dəfə iqtisadiyyatın müxtəlif sahələrini əhatə edən tədqiqatların nəticələrinin əks olunduğu elmi məqalələr yerləşdirilmişdir. Bunlar: i.e.f.d., C.Yusifov - Qloballaşan iqtisadiyyatda innovativ inkişaf və vergitutma məsələləri, i.e.f.d., İ.Seyfullayev - Sosial vergi güzəştlərinin nəticəliliyinin və səmərəliliyinin tədqiqi məsələləri, i.f.d., P.Rzayev, i.f.d., dos. Z.Rzayev - İdarəetmə prosesində rəhbərlə tabeçilikdə olanların qarşılıqlı münasibətlərinin etik-psixoloji xüsusiyyətləri, doktorant Y.Yusifov - Valyuta siyasəti, tənzimlənməsi və nəzarəti, doktorant B.Əhmədov - Bank sistemində maliyyə stabilliyinin qiymətləndirilməsi: funksionallığı necə ölçmək olar?”, doktorant K.Məmmədov - Azərbaycanın bank sektorunda kredit risklərinin idarə olunması problemləri , doktorant T.Poluxov - Müasir kontrollinq idarəetmə orqanının Azərbaycanın sənaye müəssisələrinin idarəetmə fəaliyyətinə inteqrasiyası, böyük elmi işçi,  Y.Bayramzadə - Milli Yanacaq-enerji kompleksinin müasir vəziyyəti və inkişaf meyilləri .

Jurnalın “nekroloq” rubrikasında sabiq baş redaktor Aslan Qəhrəmanovun xatirəsinə həsr olunmuş məqalə dərc edilmişdir.

“Baxış bucağı” rubrikasında oxucular jurnalın məsləhətçisi E.Bağırzadənin –Maliyyə amnistiyalarında uğuru necə təmin etmək olar? məqaləsi dərc edilmişdir.

“Dünya iqtisadiyyatı” rubrikasında - Amerika Birləşmiş Ştatlarının iqtisadiyyatı , vergi sistemi haqqında oxuculara məlumat verilmişdir.

Jurnalın “Yeni nəşrlər” rubrikasında - Ə.Məmmədov, İ.Seyfullayev. “Vergi və investisiya mühiti”, A.Musayev, Ə.Məmmədov “Ünvanlı vergi xidmətləri”, Ə.Məmmədov “Vergiyə giriş”, Ə.Məmmədov “Təlimin əsasları”, Prof. Q.Abbasov “Sıfırdan başlayan mühasibat (maliyyə) uçotu” haqqında kitablar oxucular tərəfindən maraqla qarşılanacaqdır.

Jurnal «Elm korifeyləri» rubrikasında oxuculara bu dəfə - 2002-ci ildə iqtisadiyyat üzrə Nobel mükafatına layiq görülmüş alimlər - D.Kaneman və V.Smitin həyatı və elmi yaradıcılıqları barədə məlumat verir.

Bu nömrədə jurnal "İqtisadi terminlər lüğəti"nin dərcini də davam etdirmişdir.

http://vergijurnali.az/