Arxiv
Faydalı linklər
Azərbaycan Respublikası Prezidentinin İşlər İdarəsinin Prezident Kitabxanası
"Azərbaycanın vergi jurnalı" resenziyalı elmi jurnal
AMEA - Azərbaycan Milli Elmlər Akademiyası
AMEA İqtisadiyyat İnstitutu
Azərbaycan Dövlət İqtisad Universiteti
Azərbaycan Milli Kitabxanası
Azərbaycan kommersiya bankları haqqında informasiya portalı
İqtisadiyyat qəzeti
Xəbərlər / “Azərbaycanın vergi jurnalı”nın ingilis dilində ikinci xüsusi buraxılışı çapdan çıxdı
Ölkəmizin elmi nəşrləri arasında özünəməxsus sanballı yer tutan “Azərbaycanın vergi jurnalı”nın ingilis dilində ikinci xüsusi buraxılışı oxuculara təqdim olunub. Burada toplanmış materiallar istər ictimai-iqtisadi, istərsə də elmi məqalələr jurnalın 2013-cü ildə çapdan çıxmış ayrı-ayrı nömrələrində dərc olunmuşdur.
Xüsusi buraxılışa yazdığı ön sözdə baş redaktor prof. Elşən Hacızadə ötən il 10 yaşı tamam olan “Azərbaycanın vergi jurnalı”nın yaradıcılıq fəaliyyətinin əsas istiqamətlərindən söz açmış, oz səhifələrində ölkənin sosial-iqtisadi həyatında baş verən mütərəqqi meyilləri elmi-analitik rakursda əks etdirən nəşrin ölkəmizdə iqtisad elminin inkişafına dəyərli töhfələr verdiyini, vergilər sahəsində elmi-konseptual fikirlərin nüfuzlu tribunasına çevrildiyini vurğulamışdır. O, qeyd etmişdir ki, ingilis dilində buraxılışın hazırlanmasında əsas hədəflərdən biri Azərbaycan alimlərinin iqtisadiyyatın, o cümlədən vergiqoymanın müxtəlif elmi istiqamətlərində apardıqları fundamental tədqiqatlarının nəticələri barədə beynəlxalq elmi ictimaiyyətdə aydın təsəvvür yaratmaqdır.
Xüsusi buraxılışda AMEA-nın müxbir üzvü, i.e.d., prof. A.Musayevin, Vergilər Nazirliyinin Tədris Mərkəzinin rəisi i.e.f.d. C.Yusifovun, Mərkəzin əməkdaşları, i.e.f.d. P.Rzayevin, İ.Seyfullayevin, AMEA İqtisadiyyat İnstitutunun direktoru i.e.d. prof, İ.Alıyevin, institutun əməkdaşı i.e.f.d. S.Səməndərovun, Təfəkkür Universitetinin rektoru i.e.d.. prof. M.Atakişiyevin, i.e.d., prof. E.Haçızadənin, Türkiyə Sakarya Üniversitetindən d-r. M.Kayaerin və başqalarının elmi məqalələri dərc edimişdir.
Xüsusi buraxılış xarici ölkələrin nüfuzlu elm və təhsil mərkəzlərinə, kitabxanalarına göndəriləcəkdir.