gototop gototop
Azərbaycanca Русский English
Arxiv
Faydalı linklər

http://www.preslib.az/

Azərbaycan Respublikası Prezidentinin İşlər İdarəsinin Prezident Kitabxanası


http://www.vergijurnali.az/

"Azərbaycanın vergi jurnalı" resenziyalı elmi jurnal


http://www.science.gov.az/

AMEA - Azərbaycan Milli Elmlər Akademiyası


http://www.elm.az/az/economy/

AMEA İqtisadiyyat İnstitutu


http://www.aseu.az/

Azərbaycan Dövlət İqtisad Universiteti


http://www.anl.az/

Azərbaycan Milli Kitabxanası


http://banker.az/az/

Azərbaycan kommersiya bankları haqqında informasiya portalı


http://iqtisadiyyat.com/

İqtisadiyyat qəzeti


Xəbərlər / Vergilər Nazirliyində ümummilli lider Heydər Əliyevin 90 illik yubileyinə həsr olunmuş Beynəlxalq referat müsabiqəsinin qalibləri mükafatlandırılmışlar

Vergilər Nazirliyində ümummilli lider Heydər Əliyevin 90 illik yubileyinə həsr olunmuş Beynəlxalq referat müsabiqəsinin qalibləri mükafatlandırılmışlar
06.06.2013

Mayın 31-də “Azərbaycanın vergi jurnalı”nın ümummilli lider Heydər Əliyevin 90 illik yubileyi münasibətilə magistrantlar arasında  elan etdiyi “Azərbaycan-2020: vergi sisteminin gələcəyinə baxış” mövzusunda  Beynəlxalq referat müsabiqəsinin yekunlarına həsr olunmuş tədbir keçirilmişdir.

Müsabiqənin məqsədi Azərbaycanın və dünyanın nüfuzlu ali təhsil müəssisələrinin magistrantları arasında vergi sahəsində araşdırmalar aparan ən yaxşı tədqiqatçıları üzə çıxarmaq, vergi mövzusunun gənclər arasında populyarlığını artırmaq və bu sahədə mütəxəssislərin hazırlığını stimullaşdırmaqdır.

 Tədbirdə qeyd olunmuşdur ki, müsabiqə bir neçə ildir keçirilir və ilk dəfə bu il beynəlxalq səviyyədə təşkil edilmişdir. Müsabiqəyə ABŞ, Türkiyə və Azərbaycanın müxtəlif ali məktəblərində təhsil alan magistrantlardan 25 iş daxil olmuşdur.

 Müsabiqənin yekunlarına əsasən, ABŞ-ın Seton Hall Universitetinin magistrantı Eyitayo Akanji birinci, həmin universitetin magistrantı Kler Finneqan ikinci, Türkiyənin Dokuz Eylül Universitetinin magistrantı Fatma Yapıcı, Azərbaycan Dövlət İqtisad Universitetinin magistrantı Ramin İlyasov və Azərbaycan Dövlət Neft Akademiyasının magistrantı Səftər Vəlizadə üçüncü yerlərə layiq görülmüşlər.

 Doqquz referatın müəllifinə isə həvəsləndirici mükafatlar verilməsi qərara alınmışdır.

 Qaliblərə diplom və qiymətli hədiyyələr, müsabiqədə fəal iştirak etmiş magistrantların hər birinə isə jurnalın təşəkkürnaməsi təqdim edilmişdir.

www.azertag.gov.az