gototop gototop
Azərbaycanca Русский English
Arxiv
Faydalı linklər

http://www.preslib.az/

Azərbaycan Respublikası Prezidentinin İşlər İdarəsinin Prezident Kitabxanası


http://www.vergijurnali.az/

"Azərbaycanın vergi jurnalı" resenziyalı elmi jurnal


http://www.science.gov.az/

AMEA - Azərbaycan Milli Elmlər Akademiyası


http://www.elm.az/az/economy/

AMEA İqtisadiyyat İnstitutu


http://www.aseu.az/

Azərbaycan Dövlət İqtisad Universiteti


http://www.anl.az/

Azərbaycan Milli Kitabxanası


http://banker.az/az/

Azərbaycan kommersiya bankları haqqında informasiya portalı


http://iqtisadiyyat.com/

İqtisadiyyat qəzeti


Xəbərlər / “Azərbaycan vergi jurnalı”nın ingilis dilində ilk xüsusi buraxılışı çapdan çıxmışdır

“Azərbaycan vergi jurnalı”nın ingilis dilində ilk xüsusi buraxılışı çapdan çıxmışdır
13.11.2012

Vergilər Nazirliyinin resenziyalı elmi nəşri olan «Azərbaycanın vergi jurnalı»nın ingilis dilində ilk xüsusi buraxılışı çapdan çıxmışdır. Nəşrə iqtisadiyyatın vergi problemlərinə, həmçinin, digər aktual iqtisadi məsələlərə dair  ötən bir il ərzidə jurnalın müxtəlif saylarında dərc edilmiş sanballı elmi məqalələrin tərcüməsi, eləcə də, ölkəmizin ictimai-siyasi, sosial-iqtisadi həyatı, vergi xidmətinin mövcud vəziyyəti və perspektivləri barədə materiallar daxil edilmişdir.

Baş redaktoru i.e.d. prof. E.Hacızadə buraxılışa yazdığı ön sözdə jurnalın məram və məqsədləri, həmçinin, əldə etdiyi nailiyyətlər barədə ingillisdilli oxuculara yığcam məlumat vermişdir. O, xüsusi buraxılışın iqtisadiyyatın, o cümlədən vergiqoymanın müxtəlif elmi istiqamətlərində Azərbaycan alimlərinin apardıqları fundamental tədqiqatlarının nəticələri barədə beynəlxalq elmi ictimaiyyətdə aydın təsəvvür yaratmaq niyyəti ilə nəşr edildiyini vurğulamışdır.

Buraxılışın ilk səhifələrində Azərbaycan Respublikasının dövlət atributları və  ərazisi haqqında məlumatlar, dövlət rəmzlərinin fotoşəkilləri, ölkəmizin xəritəsi verilmişdir. 

Bu il Bakıda keçirilmiş mötəbər beynəlxalq tədbirlərdən olan Avronest Parlament Assambleyasının (PA) ikinci sessiyasının rəsmi açılış mərasimində Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin çıxışının tam mətni də buraxılışın ön səhifələrində oxuculara təqdim edilmişdir. Dövlətimizin başçısının çıxışında ölkədə müstəqillik dövründə qazanlmış uğurlar, aparılan siyasi və iqtisadi islahatlar, qarşıya qoyulmuş vəzifələr barədə ətraflı söz açılır.

Azərbaycan iqtisadiyyatının 2011-ci ildə beynəlxalq reytinqlərdə mövqeyini əks etdirən cədvəl isə ölkəmizin dünya iqtisadi sistemindəki yeri barədə aydın təsəvvür yaradır.

Azərbaycanda vergi xidmətinin tarixinə və perspektiv inkişaf istiqamətlərinə həsr edilmiş məqalə, vergilər naziri, 2-ci dərəcəli dövlət vergi xidməti müşaviri Fazil Məmmədovun bu ilin əvvəllərində xarici KİV-ə verdiyi müsahibə, həmçinin, vergilər nazirinin müşaviri Asəf  Əsədovun “Vergi orqanlarının fəaliyyətinin qiymətləndirilməsində innovasiyalar: Azərbaycan təcrübəsi” adlı məqləsi isə ölkəmizdə həyata keçirilən çevik və səmərəli vergi siyasəti, onun konseptual əsasları və praktiki nəticələri barədə ingillisdilli oxucular üçün faydalı mənbə ola bilər.

Azərbaycan iqtisadiyyatı və müasir vergi sistemi haqqında nüfuzlu rəylər də oxucuların diqqətini cəlb edəcəkdir.  Bu rəylər Milli Məclisin İqtisadi siyasət komitəsinin sədri, akademik Ziyad Səmədzadəyə,  Avropadaxili Vergi Administrasiyaları Təşkilatının (IOTA) prezidenti Norveç Vergi Administrasiyasının Baş direktoru Svayn Reyqnar Kristensenə, Avropadaxili Vergi Administrasiyaları Təşkilatının (IOTA) Eks-Prezidenti Jean-Marc Delporteyə, Polşa Respublikası Maliyyə Nazirinin müavini Andrzej Parafianoviczə, Avropa İttifaqının (Aİ) Azərbaycan Respublikasındakı nümayəndəliyinin rəhbəri Roland Kobiaya və  Türkiyə Respublikası Hacettepe Universiteti İqtisadi və İnzibati Elmlər Fakültəsi Dekanı prof. dr. Ahmet Burçin Yereliyə məxsusdur.

Ölkəmizin iqtisadiyyatı, vergi xitmətinin fəaliyyəti və jurnalın elmi əlqalələri barədə daha  geniş sanballı fikirlər isə Türkiyənin tanınmış iqtisad nəzəriyyəçilərindən olan, Doqquz Eylül Universitetinin İqtisad tarixi kafedrasının müdiri, prof. Recep Köklə redaksiyanın əməkdaşı Elşən Bağırzadənin müsahibəsində öz əksini tapmışdır.

Jurnalın elmi məqalələr blokunda isə ingilisdilli oxuculara AMEA-nın müxbir üzvü, prof. A.Musayevin “Vergi sisteminin formalaşdırılması Azərbaycanın iqtisadi inkişaf modelinin əsas aləti kimi”, i.e.d. Y.Kəlbiyevin “İnkişaf etmiş ölkələrdə vergi nəzarəti zamanı tətbiq olunan vergitutma bazasının müəyyən edilməsinin qeyri-ənənəvi metodları”, i.e.f.d. P.Rzayevin “Regional inkişafın vergi tənzimlənməsi məsələləri”, i.e.f.d.  İ.Seyfullayev “İnnovasiya yönümlü amortizasiya siyasətinin vergitutma cəhətləri”, i.e.f.d. R.Məhərrəmovun “Bələdiyyə vergiləri: nəzəriyyə və praktika”, i.e.f.d. X.Kərimovun Azərbaycan Xalq Cümhuriyyəti dövründə iqtisadi siyasət və vergi işi”, i.e.d. prof. E.Hacızadənin “Milli neft-qaz sektorunda inkişafin iqtisadi artima təsirinin qiymətləndirilməsi”, tədqiqatçılar -  E.Bağırzadənin “Gizli iqtisadiyyat anlayışına vahid yanaşmanın formalaşdırılması problemi”,  Ş.Bayramovun “Avropa İttifaqi və postsovet ölkələri arasinda münasibətlərdə yeni əməkdaşliq formulasi axtarişi” sərlövhəli məqalələri təqdim olunmuşdur.

Son səhifələrdə “Bilirsinizmi” rubrikasında Azərbaycan tarixinə dair maraqlı faktlar,  Azərbaycanda müstəqil vergi xidmətinin yaradılması ilə bağlı tarixi xronika, həmçinin,  müəllif qaydaları dərc edilmişdir.

Xüsusi buraxılış 216 səhifədən ibarətdir və 500 nüsxə tirajla çap edilmişdir. Tirajın əsas hissəsinin respubblikamızda və dünyada fəaliyyət göstərən bir sıra elmi mərkəzlərə, ali məktəblərə və digər müvafiq tədris müəssisələrinə, elmi və kütləvi kitabxanalara göndəriləcəkdir.

Redaksiya ingilis dilində xüsusi buraxılışların nəşrini gələcəkdə də davam etdirəcəkdir.