gototop gototop
Azərbaycanca Русский English
Arxiv
Faydalı linklər

http://www.preslib.az/

Azərbaycan Respublikası Prezidentinin İşlər İdarəsinin Prezident Kitabxanası


http://www.vergijurnali.az/

"Azərbaycanın vergi jurnalı" resenziyalı elmi jurnal


http://www.science.gov.az/

AMEA - Azərbaycan Milli Elmlər Akademiyası


http://www.elm.az/az/economy/

AMEA İqtisadiyyat İnstitutu


http://www.aseu.az/

Azərbaycan Dövlət İqtisad Universiteti


http://www.anl.az/

Azərbaycan Milli Kitabxanası


http://banker.az/az/

Azərbaycan kommersiya bankları haqqında informasiya portalı


http://iqtisadiyyat.com/

İqtisadiyyat qəzeti


Xəbərlər / «Azərbaycanın vergi jurnalı» nın dördüncü nömrəsi çapdan çıxmışdır

«Azərbaycanın vergi jurnalı» nın dördüncü nömrəsi çapdan çıxmışdır
19.09.2012

Vergilər Nazirliyinin resenziyalı elmi nəşri olan «Azərbaycanın vergi jurnalı»nın 4-cü (iyul-avqust) nömrəsi çapdan çıxmışdır. Jurnalın bu nömrəsində də ənənəvi rubrikalar öz yerini tutur.

"Rəsmi" rubrikasında Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin Nazirlər Kabinetinin 2012-ci ilin birinci yarısının sosial-iqtisadi inkişafının yekunlarına və qarşıda duran vəzifələrə həsr olunmuş iclasında və XXX London Yay Olimpiya Oyunlarında iştirak etmiş idmançılarla,onların məşqçiləri ilə görüşdə söylədiyi nitqlərin geniş xülasəsi verilmişdir.

Vergilər Nazirliyində əmək münasibətlərinə vergi nəzarətinin təşkili sahəsində kompleks tədbirlərin başlanması ilə əlaqədar vergi ödəyiciləri ilə keçirilmiş görüş, vergidən yayınma hallarının, əlavə vergi potensialının müəyyən edilməsi məqsədilə işçi saylarının və iş yerlərinin düzgün rəsmiləşdirilməsinin təmin olunması məqsədilə nəzərdə tutulmuş tədbirlər, eləcə də,  ikitərəfli SMS xidmətinin  istifadəyə verilməsi  barədə ətraflı məlumat jurnalın bu sayında yerləşdirilmişdir.

Ənənəvi “Müsahibə” rubrikasında vergilər nazirinin müavini,  3-cü dərəcəli dövlət vergi xidməti müşaviri Sahİr Məmmədxanovun “Trend” informasiya agentliyinə, Şimali Kipr Demokrat Partiyasının sədri, Lefkoşa millət vəkili Serdar Denktaşın “Azərbaycan vergi jurnalı”na müsahibələri dərc edilmişdir.

 “Aktual” rubrikasında oxucular jurnalın daimi müəlliflərindən olan Azərbaycan Dövlət İqtisad Universitetinin "İqtisadi nəzəriyyə-1" kafedrasının müdiri, iqtisad elmləri doktoru, professor, Azərbaycandan Kənarda Təhsil Almış Mütəxəssislər Təşkilatının Ali Məclisinin sədri Əlican Babayevin “Müasir dövrdə “biliklər iqtisadiyyatı”na keçid zamanın tələbidir” məqaləsi ilə tanış olacaqlar.

Azərbaycan Respublikası Vergilər Nazirliyinin Hüquq idarəsinin Hüquqi təminat şöbəsinin rəisi, 2-ci dərəcəli müfəttişi Zeynalabdin Məmmədzadənin “Almaniyanın vergi sistemi” sərlövhəli məqaləsi də oxucular tərəfindən maraqla qarşılanacaqdır.

Nömrədə bir necə qanunvericilik sənədi – qanunlar, sərəncam və fərmanlar dərc edilmişdir.

Jurnalın elmi məqalələr blokunda bu dəfə iqtisadiyyatın müxtəlif sahələrini əhatə edən tədqiqatların nəticələrinin əks olunduğu elmi məqalələr yerləşdirilmişdir. Bunlar - i.e.d. prof. Y.Kəlbiyevin “Kapitalın dəyəri konsepsiyası və kapital dəyəri artımının vergiyə cəlb olunması problemləri”,  i.e.f.d.  P.Rzayevin “Biznes mühitinin formalaşmasında vergi mexanizmlərinin rolu”, i.e.f.d.  İ.Seyfullayevin “İqtisadiyyatın tənzimlənməsində xüsusi vergi rejimlərinin əhəmiyyəti”, i.e.f.d.  S.Səməndərovun “XX əsrin 20-30-cu illərində Azərbaycanda vergi məsələlərinin ictimai-siyasi və iqtisadi fikirdə əks olunması”, i.e.d. prof.  M.Atakişiyevin “Azərbaycan 2020: milli iqtisadi inkişaf və səmərəli yüksəlişin problemləri”, tədqiqatçı C.Abbasovun “Dövlətin fiskal siyasətinin biznes şəraitinə təsir edən alətləri və onlar arasında asılılığın ekonometrik qiymətləndirilməsi”, tədqiqatçı H.Hüseynovun “İqtisadi tədqiqatlarda bəzi ekonometrik üsullar: xətti reqressiya və panel hesablama üsulu”, Bakı Dövlət Universitetinin doktorantı T.Əkbərovun “Vergi yükünün sahibkarlıq fəaliyyətinə təsiri”, Azərbaycan Dövlət Neft Akademiyasının magistrantı - magistrant referatının yazılışı üzrə ikinci respublika müsabiqəsində ikinci yeri tutmuş S.Vəlizadənin  “Azərbaycanın müasir vergi sisteminin formalaşması istiqamətində aparılan islahatlar, onların nəticələri və perspektiv inkişafı” başlıqlı məqalələridir.

Jurnal «Elm korifeyləri» rubrikasında oxuculara bu dəfə 1991-92-ci illərdə iqtisadiyyat sahəsində Nobel mükafatına layiq görülmüş ABŞ iqtisadçıları Ronald Kouz və Harri Bekkerin həyatı və elmi yaradıcılıqları barədə oxuculara  məlumat verir.

Bu nömrədə jurnal "İqtisadi terminlər lüğəti"nin dərcini də davam etdirmiş, həmçinin, "Müəllif qaydaları"nı çap etmişdir.