gototop gototop
Azərbaycanca Русский English
Arxiv
Faydalı linklər

http://www.preslib.az/

Azərbaycan Respublikası Prezidentinin İşlər İdarəsinin Prezident Kitabxanası


http://www.vergijurnali.az/

"Azərbaycanın vergi jurnalı" resenziyalı elmi jurnal


http://www.science.gov.az/

AMEA - Azərbaycan Milli Elmlər Akademiyası


http://www.elm.az/az/economy/

AMEA İqtisadiyyat İnstitutu


http://www.aseu.az/

Azərbaycan Dövlət İqtisad Universiteti


http://www.anl.az/

Azərbaycan Milli Kitabxanası


http://banker.az/az/

Azərbaycan kommersiya bankları haqqında informasiya portalı


http://iqtisadiyyat.com/

İqtisadiyyat qəzeti


Xəbərlər / Təbrik edirik!

Təbrik edirik!
09.08.2012

Bu gün Elşən müəllimin ad günüdür. Saytın idarə heyəti adından hörmətli professoru təbrik edir, ona uzun ömür, can sağlığı, elmi işlərində uğurlar diləyirik.

Hacızadə Elşən Mahmud oğlu

Azərbaycanlı

İqtisad elmləri doktoru. Professor.

1961-ci il avqustun 9-da Azərbaycan Respublikasının Siyəzən şəhərində anadan olmuşdur

Təhsil

1982-ci ildə D.Bünyadzadə adına Azərbaycan Xalq Təsərrüfatı İnstitutunun uçot-iqtisad fakültəsini bitirmiş, iqtisadçı-mühasib ixtisası almışdır.

Əmək fəaliyyəti

1982-1997-ci illərdə Azərbaycanın Yanacaq Enerji Kompleksində (ARDNŞ-in H.Z.Tağıyev adına Neftqazçıxarma Idarəsində, Quruda Neftqazçıxarma İstehsalat Birliyi, «Azəriqaz» QSC) maliyyəçi, mühasib və iqtisadçı peşələri üzrə müxtəlif vəzifələrdə işləmişdir.

1997-2006-cı ilərdə Elm və Təhsil sahəsində təyinatlı və seçkili olan (Azərbaycan İqtisadçılar İttifaqı - ekspert, AMEA-nın İqtisadiyyat İnstitutu - «Struktur dəyişikləri sektoru»nun müdiri, Azərbaycan Dövlət İqtisad Universiteti - «Sosial-İqtisadi Elmi-Tədqiqat» laboratoriyasının müdiri, «Azərbaycan Regionlarının İnkişaf Problemləri üzrə Elmi Araşdırma və Konsaltinq Mərkəzi»nin direktoru, «Magistr Hazırlığı Mərkəzi»nin direkitor müavini) müxtəlif vəzifələrdə işləmişdir.

«Azərbaycanın vergi jurnalı»nın baş redaktoru.

Elmi dərəcə

1998-ci ildə «Quruda neftqazçıxarma sənayesində iqtisadi islahatlar və onların təkmilləşdirilməsi problemləri» mövzusunda namizədlik dissertasiyasını müdafiə edərək iqtisad elmləri namizədi elmi dərəcəsi almışdır [İxtisas: 08.00.05-Xalq təsərrüfatının və onun sahələrinin iqtisadiyyatı, planlaşdırılması və idarə olunmsının təşkili (sənaye)].

2005-ci ildə «Azərbaycanın quru ərazilərində neft və qaz hasilatının artırılması problemləri» mövzusunda doktorluq dissertasiyası müdafiə edərək iqtisad elmləri doktoru elmi dərəcəsi almışdır [İxtisas: 08.00.05-Xalq təsərrüfatının iqtisadiyyatı və idarə edilməsi (komplekslərin, sahələrin və müəssisələrin iqtisadiyyatı, təşkili və idarə edilməsi)].

Elmi və pedaqoji fəaliyyət

164 elmi əsər (215,3 ç.v.), o cümlədən, 9 monoqrafiya, 2 tədris proqramı, 6 metodik vəsait, 20-yədək müxtəlif ictimai məzmunlu məqalələrin müəllifidir.

Xarici dövlətlərdə keçirilən beynəlxalq konfranslarda 20-dən çox elmi məqalələrlə çıxış etmiş və əsərləri müvafiq olaraq bir sıra ölkələrin elmi nəşrlərində çap olunmuşdur.

«Təfəkkür» Universitetində müəllim, Azərbaycan Dövlət İqtisad Universitetinin «Beynəlxalq İqtisadi Münasibətlər» kafedrasının professoru.