gototop gototop
Azərbaycanca Русский English
Arxiv
Faydalı linklər

http://www.preslib.az/

Azərbaycan Respublikası Prezidentinin İşlər İdarəsinin Prezident Kitabxanası


http://www.vergijurnali.az/

"Azərbaycanın vergi jurnalı" resenziyalı elmi jurnal


http://www.science.gov.az/

AMEA - Azərbaycan Milli Elmlər Akademiyası


http://www.elm.az/az/economy/

AMEA İqtisadiyyat İnstitutu


http://www.aseu.az/

Azərbaycan Dövlət İqtisad Universiteti


http://www.anl.az/

Azərbaycan Milli Kitabxanası


http://banker.az/az/

Azərbaycan kommersiya bankları haqqında informasiya portalı


http://iqtisadiyyat.com/

İqtisadiyyat qəzeti


Xəbərlər / E.Hacızadənin "Nüvə energetikasi:ekoloji-iqtisadi dəyərləndirmələr və inkişaf perspektivləri" adlı məqaləsi dərc olunub

E.Hacızadənin "Nüvə energetikasi:ekoloji-iqtisadi dəyərləndirmələr və inkişaf perspektivləri" adlı məqaləsi dərc olunub
26.07.2012

"Azərbaycanın vergi jurnalı"nın 3-cü sayında müəllifin "Nüvə energetikasi:ekoloji-iqtisadi dəyərləndirmələr və inkişaf perspektivləri" adlı məqaləsi dərc olunmuşdur

Xülasə

Tədqiqatın məqsədini müasir qloballaşma şəraitində nüvə energetikasının özəlliklərinin texniki-texnoloji, ekoloji-iqtisadi göstəricilərinin dəyərləndirilməsi və milli energetikanın inkişafinda bu enerji seqmentindən istifadə perspektivliyinin mühüm cəhətlərinin analitik təqdimatı təşkil edir.

Tədqiqatın metodologiyası təhlilin amilli, qiymətləndirmə və statistik metodlarına əsaslanır.

Tədqiqatın nəticələri qloballaşma şəraitində nüvə energetikasının təhlükəsizlilik aspektlərinin texniki-texnoloji və ekoloji-iqtisadi kontekstdə dəyərləndirilməsi və milli enerji təhlükəsizliyinin təminatı mənbələrinin şaxələndirilməsi istiqamətində ondan səmərəli istifadənin perspektivliyinin əsaslandırılması tədqiqatlarından ibarətdir.

Tədqiqatın məhdudiyyətləri sırasında əsasən mövzu predmetinin informasiya bazasının, iqtisadi və statistik göstəricilər sisteminin məhdud və konfidensial xarakterliyi önə çəkilir.

Tədqiqatın praktiki əhəmiyyəti: milli enerji təhlükəsizliyinin təminatı istiqamətində nüvə energetikasına keçidin konseptual əsaslarının qiymətləndirilməsində elmi mənbə kimi istifadə imkanı.

Tədqiqatın orijinallığı və elmi yeniliyi:qlobal çağrışlardan irəli gələrək, ilk dəfə milli energetikanın inkişafinda nüvə enerjisindən istifadə perspektivliyi texniki-texnoloji və ekoloji-iqtisadi aspektdə təhlil edilmiş və qiymətləndirilmişdir.

 

Açar sözlər: iqtisadi siyasət, nüvə energetikası, enejri təhlükəsizliyi, vergiqoyma, Azərbaycan iqtisadiyyatı

Bu məqaləni tam olaraq saytın MƏQALƏLƏR bölməsindən izləyə bilərsiz.