gototop gototop
Azərbaycanca Русский English
Arxiv
Faydalı linklər

http://www.preslib.az/

Azərbaycan Respublikası Prezidentinin İşlər İdarəsinin Prezident Kitabxanası


http://www.vergijurnali.az/

"Azərbaycanın vergi jurnalı" resenziyalı elmi jurnal


http://www.science.gov.az/

AMEA - Azərbaycan Milli Elmlər Akademiyası


http://www.elm.az/az/economy/

AMEA İqtisadiyyat İnstitutu


http://www.aseu.az/

Azərbaycan Dövlət İqtisad Universiteti


http://www.anl.az/

Azərbaycan Milli Kitabxanası


http://banker.az/az/

Azərbaycan kommersiya bankları haqqında informasiya portalı


http://iqtisadiyyat.com/

İqtisadiyyat qəzeti


Xəbərlər / Ümummilli lider Heydər Əliyevin anadan olmasının 89-cu ildönümünə həsr olunmuş referat müsabiqəsi keçirilmişdir

Ümummilli lider Heydər Əliyevin anadan olmasının 89-cu ildönümünə həsr olunmuş referat müsabiqəsi keçirilmişdir
18.05.2012

May ayının 17-də Vergilər Nazirliyində “Azərbaycanın vergi jurnalı”nın ümummilli lider Heydər Əliyevin anadan olmasının 89-cu ildönümü münasibətilə magistrantlar arasında  «Vergi siyasəti və modernləşən iqtisadiyyat» mövzusunda  keçirdiyi referat yazılışı üzrə 2-ci respublika müsabiqəsinin yekunlarına həsr olunmuş tədbir keçirilmişdir.

Müsabiqənin təşkil edilməsində məqsəd Azərbaycanın ali təhsil müəssisələrinin magistrantları arasında vergi sahəsində araşdırmalar aparan ən yaxşı tədqiqatçıları üzə çıxarmaq, vergi mövzusunun gənc tədqiqatçılar arasında populyarlığını artırmaq və bu sahədə mütəxəssislərin hazırlığını stimullaşdırmaqdır.

Müsabiqəyə referatların qəbulu bir aydan çox davam etmiş, ölkənin müxtəlif ali məktəblərində təhsil alan magistrantlardan 26 iş daxil olmuşdur. Azərbaycan Respublikası Prezidenti yanında Dövlət İdarəçilik Akademiyasının I kurs magistrantı Abdullayeva Yenilə Ələkbər qızı 1-ci yerə, Azərbaycan Dövlət İqtisad Universitetinin I kurs magistrantı Cəfərov Abid Xalid oğlu 2-ci yerə, Azərbaycan Dövlət Neft Akademiyasının I kurs magistrantı Vəlizadə Səftər Vəli oğlu 3-cü yerə layiq görülmüşlər. Təşkilat Komitəsi qaliblərə diplom və qiymətli mükafatlar, müsabiqədə fəal iştirak etmiş magistrantların hər birinə isə jurnalın təşəkkürnaməsini təqdim etmişdir.

http://www.aztv.az/readnews.php?lang=az&id=5100
http://www.milli.az/news/society/115140.html#popupInfo
http://ucnoqta.az/texnologiya/51253.html
http://ru.salamnews.org/az/news/read/136152/laquovergi-siyaseti-ve-
modernleshen-iqtisadiyyatraquo-moumlvzusunda-
2-ci-respublika-muumlsabiqesi-basha-ccedilatib/
Jurnal haqqında: “Azərbaycanın vergi jurnalı” 2003-cü ildə Azərbaycan 
Respublikasının Vergilər Nazirliyi tərəfindən təsis edilmiş müstəqil, resenziyalı elmi nəşrdir.
2012-ci ilədək “Azərbaycanın vergi  xəbərləri” adı ilə nəşr edilmişdir.
Cari ildən 2700 nüsxədə dərc edilən jurnal ölkənin iqtisad elmi ilə
bağlı olan bütün təhsil və elmi tədqiqat ocaqlarına, həmçinin dünyanın bir sıra nüfuzlu mərkəzi
kitabxanalarına göndərilir. Jurnalda Azərbaycan, türk, ingilis və rus dillərində vergilərlə
 bağlı  problemlərin və vergi işinin ümumi konseptual məsələlərini əhatə edən
elmi məqalələr dərc olunur. Jurnalın web-ünvanı: www.vergijurnali.azwww.taxjournal.az.