gototop gototop
Azərbaycanca Русский English
Arxiv
Faydalı linklər

http://www.preslib.az/

Azərbaycan Respublikası Prezidentinin İşlər İdarəsinin Prezident Kitabxanası


http://www.vergijurnali.az/

"Azərbaycanın vergi jurnalı" resenziyalı elmi jurnal


http://www.science.gov.az/

AMEA - Azərbaycan Milli Elmlər Akademiyası


http://www.elm.az/az/economy/

AMEA İqtisadiyyat İnstitutu


http://www.aseu.az/

Azərbaycan Dövlət İqtisad Universiteti


http://www.anl.az/

Azərbaycan Milli Kitabxanası


http://banker.az/az/

Azərbaycan kommersiya bankları haqqında informasiya portalı


http://iqtisadiyyat.com/

İqtisadiyyat qəzeti


Xəbərlər / "Azərbaycanın vergi jurnalı"nın 2012-ci il 1-ci nömrəsində BAŞ REDAKTORDAN oxuculara müraciət

"Azərbaycanın vergi jurnalı"nın 2012-ci il 1-ci nömrəsində BAŞ REDAKTORDAN oxuculara müraciət
04.04.2012

Hörmətli oxucular!

 Ölkəmizin elmi-iqtisadi nəşrləri sırasında özünəməxsus yeri olan jurnalımızın fəaliyyətində yeni bir mərhələ başlayır. Bu ildən jurnalın nəinki adı, həm də  dövriliyi və həcmi dəyişmişdir. Oxucu auditoriyasının genişlənməsi nəzərə alınaraq artıq bu saydan «Azərbaycanın vergi jurnalı» iki min nüsxə tirajla oxucuların görüşünə gəlir.

Nəşr olunduğu doqquz il ərzində öz səhifələrində ölkəmizin sosial-iqtisadi həyatında baş verən mütərəqqi meyilləri elmi-analitik rakursda əks etdirən jurnalımız Azərbaycan iqtisad elminin inkişafına dəyərli töhfələr verərək, vergilər sahəsində elmi-konseptual fikirlərin nüfuzlu tribunasına çevrilə bilmişdir.

Vergiqoyma strategiyasının, vergi inzibatçılığının, vergi hüququnun təkmilləşdirilməsi, qlobal çağrışlardan irəli gələrək mövcud vergi sisteminin müasir beynəlxalq standartlara dərinləşən adaptasiyası, audit və mühasibat uçotu problemlərinin təhlili, habelə vergi ödəyicilərinin maarifləndirilməsinə metodiki dəstək vermək kimi çoxşaxəli missiyanı həyata keçirən jurnalımızın ötən il forma və məzmunca yeniləşməsi, dərc edilən elmi məqalələrin aktuallığına, struktur və metodoloji yanaşma keyfiyyətinə olan tələbin yüksəldilməsi üçün zəruri tədbirlər görülmüş, rubrikaların və səhifələrin sayı artırılmış, bədii tərtibatı müasirləşdirilmiş və nəticədə jurnala illik məqalə girişi yüzə çatmışdır. Eyni zamanda, jurnalın yaradıcı heyəti də genişləndirilmiş, elmi məqalələrin müstəqil ekspertlər tərəfindən resenziyalaşdırılması prinsipləri də işlənib hazırlanmış və tətbiq edilməyə başlanmışdır.

Jurnalın rəsmi internet səhifəsinin hazırlanması və istifadəyə verilməsi də ötən ilki uğurlaımızdandır. Dörd dildə - Azərbaycan, türk, ingilis və rus dillərində olan və hazırda www.vergijurnali.az ünvanında yerləşən veb-saytımız özünün oxunaqlığı və çoxfunksionallığı ilə seçilir. Müəlliflərin və oxucuların buradan jurnalın fəaliyyəti, elmi məqalələrın işlənməsi və redaksiyaya təqdim edilməsi qaydaları haqqında ətraflı məlumat almaq, yeni çapdan çıxmış və əvvəlki nömrələri PDF formatında əldə etmək imkanları vardır. Hazırda isə saytın kontent və formatında daha mühüm yeniliklər aparılmış, onun interakitivliyi bir qədər də artırılmışdır. Artıq redaksiyaya daxil olmuş elmi məqalələrin resenziyalaşdırılması və dərc üçün qəbul edilməsi prosesinin veb-saytda izlənməsinə də start verilmişdir. Bundan başqa oxucular və istifadəçilər jurnalın axtarış sistemi ilə minə yaxın analitik arxiv materiallarından istifadə etmək imkanına malik olacaqlar.

Tətbiq edilən bu dəyişikliklər və yeniliklər jurnalı təkcə respublikamızda deyil, onun hüdudlarından kənarda, beynəlxalq elmi dairələrdə də yaxından tanıtdırmaq və yüksək reytinqli elmi bazalar tərəfindən indeksləşddirilməsinə nail olmaq məqsədi daşıyır. Bunun üçün bu ildən başlayaraq redaksiya jurnalda dərc olunmuş mühüm elmi məqalələrin beynəlxalq elmi ictimaiyyətə çatdırılması üçün ingilis dilində ayrıca nəşrlər hazırlayacaqdır.

Bununla yanaşı, ənənəvi olaraq jurnalda onun təsisçisinin - Azərbaycan Respublikası Vergilər Nazirliyinin fəaliyyəti, apardığı geniş miqyaslı, məqsədyönlü islahatlar daha fəal işıqlandırılacaq, vergi ödəyicilərinin məlumatlandırılmasına, praktiki və metodiki məsələlərə geniş yer veriləcəkdir.

İnamla deyə bilərik ki, «Azərbaycanın vergi jurnalı»nın redaksiya heyəti, bütün yaradıcı kollektivi missiyasından irəli gələrək fəaliyyətini uğurla davam edtirəcək, iqtisadiyyat elminə, vergi işinə sanballı töhfələr verməklə nüfuzlu elmi nəşrlər sırasında öz yerini daha da möhkəmləndirəcəkdir.

Elşən Hacızadə

İqtisad elmləri doktoru.

professor