gototop gototop
Azərbaycanca Русский English
Arxiv
Faydalı linklər

http://www.preslib.az/

Azərbaycan Respublikası Prezidentinin İşlər İdarəsinin Prezident Kitabxanası


http://www.vergijurnali.az/

"Azərbaycanın vergi jurnalı" resenziyalı elmi jurnal


http://www.science.gov.az/

AMEA - Azərbaycan Milli Elmlər Akademiyası


http://www.elm.az/az/economy/

AMEA İqtisadiyyat İnstitutu


http://www.aseu.az/

Azərbaycan Dövlət İqtisad Universiteti


http://www.anl.az/

Azərbaycan Milli Kitabxanası


http://banker.az/az/

Azərbaycan kommersiya bankları haqqında informasiya portalı


http://iqtisadiyyat.com/

İqtisadiyyat qəzeti


Xəbərlər / «Azərbaycanın vergi jurnalı» nın birinci nömrəsi çapdan çıxmışdır

«Azərbaycanın vergi jurnalı» nın birinci nömrəsi çapdan çıxmışdır
02.04.2012

Vergilər Nazirliyinin resenziyalı elmi nəşri olan «Azərbaycanın vergi jurnalı»nın 1-ci nömrəsi çapdan çıxmışdır. Bu ildən jurnal yeni adla iki ayda bir dəfə 212 səhifə həcmində 2 min nüsxə tirajla nəşr ediləcəkdir.

Jurnalın baş redaktoru iqtisad elmləri doktoru, professor Elşən Hacızadə bu nömrədə dərc edilmiş "Oxuculara müraciət"də nəşrin adının və dövriliyinin dəyişdirilməsinin, tirajının artırılmasının   səbəbləri barədə ətraflı söz açmışdır.  Qeyd etmişdir ki, dəyişikliklər və yeniliklər jurnalı təkcə respublikamızda deyil, onun hüdudlarından kənarda, beynəlxalq elmi dairələrdə də yaxından tanıtdırmaq və yüksək reytinqli elmi bazalar tərəfindən indeksləşddirilməsinə nail olmaq məqsədi daşıyır.    

Jurnalın yeni nömrəsində də ənənəvi rubrikalar öz yerini tutur.   "Rəsmi" rubrikasında Prezident İlham Əliyevin sədrliyi ilə Nazirlər Kabinetinin 2011-ci ilin sosial-iqtisadi inkişafının yekunlarına və 2012-ci ildə qarşıda duran vəzifələrə həsr olunan iclası barədə qısa hesabat, həmçinin, dövlətimizin başçısının “Baku Expo” Mərkəzində “Azərbaycan Respublikası regionlarının 2009-2013-cü illərdə sosial-iqtisadi inkişafı Dövlət Proqramı”nın icrasının üçüncü ilinin yekunlarına həsr olunmuş konfransındakı çıxışının yığcam icmalı verilmişdir.

"Müsahibə" rubrikasında Vergilər naziri, 2-ci dərəcəli dövlət vergi xidməti müşaviri Fazil Məmmədovun “Biz Azərbaycanda partnyorluq, qarşılıqlı faydalara söykənən dövlət-biznes münasibətləri qurmağa çalışırıq”  sərlövhəli müsahibəsi dərc edilmişdir. Bu müsahibəni bir sıra xarici KİV də dərc etmişdir.

Jurnalda Vergilər Nazirliyinin yaradılmasının 12-ci ildönümünə həsr edilmiş materiallara geniş yer verilmişdir.  Bu baxımdan fevral ayının 9-da “Azərbay­canın vergi sistemi: reallıqlar və perspektivlər” möv­zusunda keçirilmiş Vergi Forumu haqqında geniş hesabat diqqəti cəlb edir.

Beynəlxalq Antikorrupsiya Akademiyasının nümayəndə heyətinin ölkəmizə səfəri, Vergilər Nazirliyində onlarla keçirilən görüş və nazirliyin Şamaxıdakı Tədris Mərkəzində “Azərbaycan Respublikasında korrupsiyaya qarşı mübarizə: nailiyyətlər və perspektivlər” mövzusunda təşkil olunan konfrans, həmçinin, “Şəffaflıq və müasir texnologiyaların tətbiqi səmərəli vergi inzibatçılığının əsasıdır” mövzusunda nazirlikdə aparılan ictimai müzakirələr barədə məlumatlarla da oxucular bu nömrədə tanış ola biləcəklər.

Nömrədə bir necə qanunvericilik sənədi, o cümlədən,  "Azərbaycan Respublikası Vergilər Nazirliyinin əməkdaşlarına ali xüsusi rütbələrin verilməsi haqqında", "Azərbaycan Respublikası Vergilər Nazirliyinin əməkdaşlarının təltif edilməsi haqqında" ölkə Prezidentinin sərəncamları dərc edilmişdir.

Milli iqtisadiyyatımızın təhlükəsizlinin təmin edilməsində mühüm rol olan Azərbaycan gömrüyünün yaradılmasını bu il 20 ili tamam olmuşdur. Jurnal bu münasibətlə öz səhifələrində Dövlət Gömrük Komitəsinin sədri, gömrük xidməti general-leytenantı Aydın Əliyevin "Müstəqil Azərbaycanın gömrük xidməti dinamik inkişaf yolu ilə uğurla addımlayır" adlı məqaləsini oxucuların diqqətinə təqdim edir.

Jurnalın daimi müəlliflərindən olan, Azərbaycan Dövlət İqtisad Universitetinin “İqtisadi nəzəriyyə-1” kafedrasının müdiri, iqtisad elmləri doktoru, professor, əməkdar müəllim Əlican Babayevin "Milli ideya: davamlı iqtisadi inkişafın hərəkətverici qüvvəsi" məqaləsini isə jurnal "Aktual" rubrikasında yerləşdirmişdir.

Jurnalın elmi məqalələr blokunda bu dəfə iqtisadiyyatın müxtəlif sahələrini əhatə edən tədqiqatların nəticələrinin əks olunduğu elmi məqalələr yerləşdirilmişdir. Bunlar - AMEA-nın müxbir üzvü, i.e.d., prof. A.Musayevin "İnnovasiya sisteminin stimullaşdırılması şəraitində vergi güzəştlərinin səmərəliliyinin qiymətləndirilməsi",  i.e.d., prof. İ.Alıyevin və  i.e. f. d. dos. S.Səməndərovun  "Klassik islam mədəniyyəti sistemində ictimai-iqtisadi problemlərin həlli: İmam Əli ibn Əbu Talibin fikir və mühakimələrinin təhlili",  i.e. f. d. P.Rzayevin " İqtisadiyyatın dövlət tənzimlənməsində vergi siyasətinin rolu", i.e. f. d. dos. R.Məhərrəmovun " Bələdiyyə vergiləri: nəzəriyyə və praktika",  ADİU-nun dissertantları - E.Bağırzadənin " Gizli (qeyri-rəsmi) iqtisadiyyatın kəmiyyət qiymətləndirməsi: obyektiv zərurilik və metodoloji yetərsizlik", S.Hümbətovanın " Azərbaycanın davamlı iqtisadi inkişafında iqtisadi təhlükəsizliyin təmin olunması məsələləri", F.Mürşüdlünün " Xarici iqtisadi fəaliyyətin bank xidmətinin beynəlxalq praktikası: iqtisadi-hüquq aspekt", AzETKTİTİ-nin dissertantı T.Qurbanovanın "Aqrar sahədə kreditləşmənin səmərəliliyinin yüksəldilməsi istiqamətləri" və ADİU-nun  magistrantı O.Əhmədovun "Azərbaycanda dövlət xərclərinin  maliyyələşdirilməsində vergi gəlirlərinin rolu və inkişaf dinamikası" başlıqlı məqalələridir.

"Yeni nəşrlər" rubrikasında Nazirlər Kabineti Aparatının Sənaye və energetika şöbəsinin müdiri, texnika elmləri üzrə fəlsəfə doktoru, Səyyaf  İsmayılovun “Azərbaycanın qeyri-neft sənayesinin inki-şafında yeni mərhələ” (Bakı. Elm, 2011) adlı elmi- tədqiqat əsəri haqqında jurnalın baş redaktoru, iqtisad elmləri doktoru, professor Elşən Hacızadənin qeydləri dərc edilmişdir.

Jurnal «Elm korifeyləri» rubrikasında oxuculara bu dəfə 1986 və 1987-ci illərdə Nobel mükafatına layiq görülmüş Amerika iqtisadçıları Ceyms Byukenen və Robert Solounun həyatı və elmi yaradıcılığı barədə oxuculara  məlumat verir.

Bu nömrədə jurnal "İqtisadi terminlər lüğəti"nin dərcini də davam etdirmiş, həmçinin, üç dildə "Müəllif qaydaları"nı çap etmişdir.