Arxiv
Faydalı linklər
Azərbaycan Respublikası Prezidentinin İşlər İdarəsinin Prezident Kitabxanası
"Azərbaycanın vergi jurnalı" resenziyalı elmi jurnal
AMEA - Azərbaycan Milli Elmlər Akademiyası
AMEA İqtisadiyyat İnstitutu
Azərbaycan Dövlət İqtisad Universiteti
Azərbaycan Milli Kitabxanası
Azərbaycan kommersiya bankları haqqında informasiya portalı
İqtisadiyyat qəzeti
Xəbərlər / «Azərbaycanın vergi xəbərləri» jurnalının 10-cu nömrəsi çapdan çıxmışdır
«Azərbaycanın vergi xəbərləri» jurnalının 10-cu nömrəsi çapdan çıxmışdır
10.01.2012
Vergilər Nazirliyinin resenziyalı, aylıq elmi nəşri olan «Azərbaycanın vergi xəbərləri» jurnalının bu ilki onuncu nömrəsi çapdan çıxmışdır.
Jurnalın "Rəsmi" rubrikasında Azərbaycan Respublikasının dövlət müstəqilliyinin bərpasının 20-ci ildönümü münasibətilə “Buta” sarayında Prezident İlham Əliyevin iştirakı ilə keçirilmiş rəsmi qəbul, Prezident İlham Əliyevin sədrliyi ilə Nazirlər Kabinetinin 2011-ci ilin doqquz ayının sosial-iqtisadi inkişafının yekunlarına həsr olunmuş iclası, Azərbaycan BMT Təhlükəsizlik Şurasının qeyri-daimi üzvü seçilməsi barədə məlumatlar dərc edilmişdir.
Azərbaycan Respublikasının dövlət müstəqilliyinin bərpasının 20-ci ildönümü münasibəti ilə Vergilər Nazirliyində də təntənəli mərasim keçirilmişdir. Jurnal bu mərasim barədə geniş hesabatı oxuculara təqdim etmişdir.
Vergilər naziri Fazil Məmmədov Rusiya və Ukraynanın vergi təhqiqatı xidmətlərinin rəhbərləri ilə görüşü, Bakıda MDB ölkələrinin Vergi (maliyyə) təhqiqatları orqanları rəhbərlərinin Koordinasiya Şurasının 13-cü iclası keçirilməsi, Vergilər Nazirliyində BVF-nin nümayəndəsi Mariya Albino-Uor ilə keçirilmiş görüş haqqında məlumatlar "Əməkdaşlıq" rubrikasında yerləşdirilmişdir.
Vergilər naziri Fazil Məmmədov Rusiya və Ukraynanın vergi təhqiqatı xidmətlərinin rəhbərləri ilə görüşü, Bakıda MDB ölkələrinin Vergi (maliyyə) təhqiqatları orqanları rəhbərlərinin Koordinasiya Şurasının 13-cü iclası keçirilməsi, Vergilər Nazirliyində BVF-nin nümayəndəsi Mariya Albino-Uor ilə keçirilmiş görüş haqqında məlumatlar "Əməkdaşlıq" rubrikasında yerləşdirilmişdir.
Vergilər Nazirliyinin “Vergi ödəyicilərinə göstərilən xidmətlər – məlumatlandırma, maarifləndirmə və təbliğat işində sahibkarların ictimai təşkilatlarının rolunun artırılması” la-yihəsinin nazirliyin Şamaxı rayonundakı Tədris Mərkəzində keçirilmiş təqdimat mərasimi barədə məlumat da jurnalın bu sayında dərc edilmişdir.
Jurnal respublikamızın nüfuzlu ali təhsil müəssisələrindən olan Azərbaycan Dövlət İqtisad Universitetinin 80 illik yubileyi ilə bağlı materiallara öz səhifələrində geniş yer ayırmışdır. Bu blokda universitetin rektoru, Milli Məclisinin Elm və Təhsil Komitəsinin sədri, i.e.d., prof. Şəmsəddin Hacıyevlə “Azərbaycanın vergi xəbərləri” jurnalının baş redaktoru, i.e.d. prof. Elşən Hacızadənin müsahibəsi dərc edilmişdir.
Jurnal respublikamızın nüfuzlu ali təhsil müəssisələrindən olan Azərbaycan Dövlət İqtisad Universitetinin 80 illik yubileyi ilə bağlı materiallara öz səhifələrində geniş yer ayırmışdır. Bu blokda universitetin rektoru, Milli Məclisinin Elm və Təhsil Komitəsinin sədri, i.e.d., prof. Şəmsəddin Hacıyevlə “Azərbaycanın vergi xəbərləri” jurnalının baş redaktoru, i.e.d. prof. Elşən Hacızadənin müsahibəsi dərc edilmişdir.
Vergilər Nazirliyi yanında Vergi cinayətlərinin ibtidai araşdırılması Departamentinin rəisi, baş ədliyyə müşaviri, hüquq elmləri üzrə fəlsəfə doktoru Vidadi Məmmədovun "Vergi cinayətlərinin xüsusiyyətləri, bu istiqamətdə aparılan araşdırmaların praktiki məsələləri" sərlövhəli məqaləsi "Praktika" rubrikası altında verilmişdir.
Jurnalın elmi məqalələr blokunda bu dəfə də iqtisadiyyatın müxtəlif sahələrini əhatə edən tədqiqatların nəticələrinin əks olunduğu materiallar yerləşdirilmişdir. Bunlar - AMEA-nın müxbir üzvü, texnika elmləri doktoru K.Ramazanovun və iqtisad elmləri doktoru, professor E.Hacızadənin həmmüəllif olduqları "Enerjisistemdə dinamikanın iqtisadi-statistik təhlili və proqnozlaşdırılması metodlarının təkmilləşdirilməsi", iqtisad üzrə fəlsəfə doktoru R.Məhərrəmovun "Sadələşdirilmiş vergi: nəzəriyyə və praktika", iqtisad üzrə fəlsəfə doktoru P.Rzayevin "Regional inkişafın vergi tənzimlənməsi məsələləri", iqtisad üzrə fəlsəfə doktoru İ.Seyfullayevin "Vergi tənzimlənməsində özünütəşkil nəzəriyyəsinin tətbiqi məsələləri", Tacikistan Respublikası Prezidenti yanında Dövlət qulluqçularının ixtisasının artırılması İnstitutunun əməkdaşı, iqtisad elmləri namizədi M. Həsənovun " Dünya maliyyə-iqtisadi böhranı: səbəblər və qlobal nəticələr" (rus dilində) başlıqlı məqalələridir.
"Yeni nəşrlər" rubrikasında oxuculara akademik Asəf Nadirovun “Həyat insanlara xidmət edəndə və onlara səmimi olanda daha mənalı və cəlbedicidir” adlı kitabı haqqında AMEA-nın müxbur üzvü A.Musayevin məqaləsi, həmçinin, iqtisad üzrə fəlsəfə doktoru R.Məhərrəmovun “Azərbaycan Respublikasının vergi sisteminin formalaşması və inkişafı problemləri” (rus dilində) adlı monoqrafik əsəri haqqında iqtisad elmləri doktoru Yaşar Kəlbiyevin resenziyası təqdim edilmişdir.
Jurnal «Elm korifeyləri» rubrikasında oxuculara bu dəfə İsveç Elmlər Akademiyasının 2011-ci il İqtisadiyyat üzrə Nobel mükafatına layiq gördüyü ABŞ iqtisadçıları Tomas Sarcent və Xristofor Simsin həyat və elmi fəaliyyəti barədə məlumat verir.
Bu nömrədə jurnal "İqtisadi terminlər lüğəti"nin dərcini də davam etdirmişdir.