gototop gototop
Azərbaycanca Русский English
Arxiv
Faydalı linklər

http://www.preslib.az/

Azərbaycan Respublikası Prezidentinin İşlər İdarəsinin Prezident Kitabxanası


http://www.vergijurnali.az/

"Azərbaycanın vergi jurnalı" resenziyalı elmi jurnal


http://www.science.gov.az/

AMEA - Azərbaycan Milli Elmlər Akademiyası


http://www.elm.az/az/economy/

AMEA İqtisadiyyat İnstitutu


http://www.aseu.az/

Azərbaycan Dövlət İqtisad Universiteti


http://www.anl.az/

Azərbaycan Milli Kitabxanası


http://banker.az/az/

Azərbaycan kommersiya bankları haqqında informasiya portalı


http://iqtisadiyyat.com/

İqtisadiyyat qəzeti


Xəbərlər / «Azərbaycanın vergi xəbərləri» jurnalının 8-ci nömrəsi çapdan çıxmışdır

«Azərbaycanın vergi xəbərləri» jurnalının 8-ci nömrəsi çapdan çıxmışdır
09.01.2012

Vergilər Nazirliyinin resenziyalı, aylıq elmi nəşri olan «Azərbaycanın vergi xəbərləri» jurnalının bu ilki səkkizinci nömrəsi çapdan çıxmışdır.Read More

Jurnalın "Rəsmi" rubrikasında Azərbaycan Prezidenti İlham Əliyevin Müqəddəs Ramazan ayı münasibətilə avqustun 12-də Qafqaz Müsəlmanları İdarəsinin sədri şeyxülislam Allahşükür Paşazadənin iqamətgahında təşkil edilmiş  iftar mərasimindəki nitqinin qısa xülasəsi verilmişdir. 
"Vergilər Nazirliyində" rubrikasında bu dəfə  Amerika Ticarət Palatasının Azərbaycandakı nümayəndələri ilə nazirlikdə avqustun 10-da keçirilmiş görüş barədə məlumat yerləşdirilmişdir. Görüşdə vergilər nazirinin birinci müavini, 3-cü dərəcəli dövlət vergi xidməti müşaviri Natiq Əmirov və Amerika Ticarət Palatasının prezidenti Daniel R.Mateus  “Azərbaycanda işgüzar mühitin təkmilləşdirilməsinə dair müşahidələr və tövsiyələr” adlı illik hesabatda əks olunan əsas istiqamətlərlə bağlı fikir mübadiləsi aparmışlar.
Jurnalın ənənəvi "Aktual" rubrikasında bu dəfə Azərbaycan Dövlət İqtisad Universitetinin “İqtisadi nəzəriyyə-1” kafedrasının müdiri, iqtisad elmləri doktoru, professor Əlican Babayev "Azərbaycanın müasir dövlətə çevrilməsi milli ideyanın hədəflədiyi ən ali məqsədidir" sərlövhəli geniş analitik məqaləsi dərc edilmişdir. Məqalədə milli ideyanın uğurla gerçəkləşdirildiyi Azərbaycanın dünyanın yeni iqtisadi fenomeninə çevrilməsi prosesi ətraflı şərh olunmuşdur.
"Vergi klubu" rubrikasında isə oxuculara Vergilər Nazirliyi yanında “Vergi klubu”nun üzvü İlham Atayevin "Maliyyə lizinqinin ƏDV məsələlərinin təhlili" sərlövhəli məqaləsi təqdim edilmişdir. 
"Hüquqi-normativ sənədlər" rubrikasında “Azərbaycan Respublikasının ərazisinə gətirilən, əlavə dəyər vergisindən azad olunan malların siyahısı haqqında” Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2005-ci il 31 yanvar tarixli 11 nömrəli qərarında dəyişiklik edilməsi barədə  Azərbaycan Respublikasi Nazirlər Kabinetinin  qərarı dərc olunmuşdur.
Jurnalın elmi məqalələr blokunda bu dəfə də iqtisadiyyatın müxtəlif sahələrini əhatə edən tədqiqatların nəticələrinin əks olunduğu materiallar yerləşdirilmişdir. Bunlar Azərbaycan Respublikası Vergilər Nazirliyinin  Tədris Mərkəzinin rəisi, iqtisad elmləri doktoru Y.Kəlbiyevin  "İnkişaf etmiş ölkələrdə vergi nəzarəti zamanı tətbiq olunan vergitutma bazasının müəyyən edilməsinin qeyri-ənənəvi metodları",  iqtisad üzrə fəlsəfə doktoru, dosent  İ.Seyfullayevin "Sahibkarlığın tənzimlənməsinin iqtisadi-psixoloji məsələləri",  Azərbaycan Dövlət İqtisad Universitetinin dissertantı R.Abdullayevin  "Risk amilinin uçotu və real sektor müəssisələrində risk-menecmentin təşkili",  Türkiyə Respublikası Uludağ Universitetinin İqtisadiyyat və idarəetmə fakültəsi maliyyə bölməsinin tədqiqatçısı, doktorant S.Gözəlin "Qadın yoxsulluğu ilə mübarizədə Dünya Bankı və mikrokreditləşdirmə mexanizmi: Türkiyə baxımından qiymətləndirmə", Bakı Şəhər Vergilər Departamentinin əməkdaşı, magistr N.Məhərrəmovanın "Vergi nəzarətinin iqtisadi mahiyyəti və onun maliyyə nəzarəti sistemində yeri"  başlıqlı məqalələridir.
"Yeni nəşrlər" rubrikasında oxucular iqtisad elmləri doktoru, Azərbaycan Milli Elmlər Akademiyasının müxbir üzvü Akif Musayevin fizika-riyaziyyat elmləri üzrə fəlsəfə doktoru, dosent Aslan Qəhrəmanovla birgə qələmə aldıqları “Vergi mədəniyyəti” kitabı haqqında resenziyası ilə tanış ola bilərlər.
Jurnal «Elm korifeyləri» rubrikasında oxuculara bu dəfə 1979-cu ildə iqtisadiyyat sahəsində Nobel mükafatına layiq görülmüş ABŞ iqtisadçısı T.U.Şults və ingilis iqtisadçısı V.A.Lüisin  həyatı və elmi fəaliyyəti barədə məlumat verir.