Arxiv
Faydalı linklər
Azərbaycan Respublikası Prezidentinin İşlər İdarəsinin Prezident Kitabxanası
"Azərbaycanın vergi jurnalı" resenziyalı elmi jurnal
AMEA - Azərbaycan Milli Elmlər Akademiyası
AMEA İqtisadiyyat İnstitutu
Azərbaycan Dövlət İqtisad Universiteti
Azərbaycan Milli Kitabxanası
Azərbaycan kommersiya bankları haqqında informasiya portalı
İqtisadiyyat qəzeti
Xəbərlər / Azərbaycan iqtisadi modeli və onun inkişaf perspektivləri
Hazırda Azərbaycan Cənubi Qafqaz iqtisadiyyatında 75% çəkiyə malikdir. Onun iqtisadi qüdrəti və dünyada geosiyasi əhəmiyyəti artmaqda davam edir. Bunun nəticəsidir ki, son illər xarici investorların Azərbaycana marağı daha da artmış və ölkədə inteqrasiya prosesləri xeyli fəallaşmışdır. Yaradılmış adekvat biznes mühiti ilə iqtisadiyyata 32,9 milyard dollardan çox investisiya cəlb edilmişdir ki, bunun da yarıdan çoxu xarici sərmayələrdir. Adambaşına düşən xarici investisiyaların həcminə görə MDB məkanında və Şərqi Avropada aparıcı dövlətlər sırasında yer alan Azərbaycan, artıq özü xaricə investisiya yatıran bir ölkəyə çevrilmişdir.
Neft və qaz resurslarından səmərəli istifadə etməklə ölkədə avtonom fəaliyyətli məhsuldar və dayanıqlı qeyri-neft sektorunun formalaşdırılması, sənayeləşmənin genişlənməsi və modernizasiyası, aqrar sahənin hərtərəfli stimullaşdırılması, infrastruktur yenidənqurması, regionlar arasında bərabərsizliyin aradan qaldırılması, ixrac potensialının artırılması və diversifikasiyası, bununla da yüksək sosial təminatlı həyat səviyyəsinə nail olunması müasir Azərbaycan iqtisadi siyasətinin leytmotivini təşkil edir. İndi ölkədə iqtisadi quruculuq yeni mexanizmdə - dövlət proqramları əsasında aparılır. Həyata keçirilən proqramlar nəticəsində son 6 ildə 900 mindən çox yeni iş yeri açılmış, yoxsulluq səviyyəsi 2007-ci ildə 15,8%-dən 9,1%-ə enmişdir. Ölkədə enerji təhlükəsizliyi ilə bağlı problem tam həllini tapmış, iqtisadi təhlükəsizliyin digər substansiyaları üzrə təminatlar maksimallaşdırılmışdır. Potensial karbohidrogen ehtiyatları yenidən dəyərləndirilən ölkədə hazırda onun kommulyativ həcmi 5 milyard ton neftə ekvivalent tutulur. Son dövrlərdə müasir tipli 12 yeni elektrik stansiyası tikilib istifadəyə verilmiş, daxili qazlaşma səviyyəsi 85%-i ötmüşdür. Bununla belə, ölkədə alternativ və bərpa olunan enerji mənbələrinin istifadəsinin genişləndirilməsi üçün zəruri tədbirlər həyata keçirilməkdədir. İndi Azərbaycan enerji idxalçısı olan ölkədən onun potensial ixracatçısına, eyni zamanda Avropanın da enerji təhlükəsizliyinin təminatının fəal iştirakçısına çevrilmişdir. Hər gün neft və qaz satışından ölkənin daxili valyuta bazarına böyük həcmdə pul vəsaiti daxil olur. Bunun nəticəsidir ki, Azərbaycanın valyuta ehtiyatları artaraq bu ilin iyul ayında 38 milyard dollara çatmışdır. Hökumət xarici valyutanın alqı-satqısında inhisarçılıqdan imtina edərək bu funksiyanı özəl sektorla - kommersiya bankları ilə bölüşmüşdür. Maliyyə resurslarının artması, konstruktiv borclanma siyasəti, böhranlara qarşı davamlılıq ölkənin uğurlu sosial-iqtisadi perspektivliyini əsaslandırır. Böyük təbii və insan resurslarına malik ölkədə pul-kredit siyasətinin təkmilləşdirilməsi, inhisar səviyyəsinin minimallaşdırılması, rəqabət qabiliyyətinin artırılması istiqamətində mühüm işlər həyata keçirilir. Azərbaycan xarici iqtisadi əlaqələrə xüsusi önəm verir. Hazırda 140-dan çox ölkə ilə əlaqələr mövcuddur. Bu sferada Türkiyə ilə qarşılıqlı münasibətlər əhəmiyyətli pillədə qərar tutur. Bu da təbiidir. Lakin sovet təsərrüfatı inteqrasiyası ənənəviçiliyinin davam etməsi ilə xarici ticarət dövriyyəsində yenə də Rusiya irəlidədir. Ümumilikdə isə xarici ticarət əlaqələrində Avropa İttifaqı ölkələri xüsusi yer tutur və onların bu dövriyyədəki payı 40%-ə yaxındır. 2009-cu ildən Azərbaycanda bazar iqtisadiyyatına keçid prosesinin başa çatması ölkənin sosial-iqtisadi inkişafını keyfiyyətcə yeni mərhələyə çıxarmışdır. Aparılan iqtisadi islahatlar nəticəsində qeyri-neft sektorunda artımlar artıq bir neçə müddətdir ki, neft sektorunun özünü üstələməkdədir. Sahibkarlığın davamlı inkişafı, biznes və investisiya mühitinin yaxşılaşdırılması nəticəsində özəl sektorun ölkə iqtisadiyyatında payı 80%-ə yüksəlmişdir.
Proqnozlara görə, ölkədə 2012-ci ildə ÜDM-in həcmi 50,2 milyard manat, 2014-cü ildə isə 57 milyard manatdan çox olacaqdır. 2011-ci ildə qeyri-neft sektorunda 7,0% artım nəzərdə tutulmuş, orta aylıq əməkhaqqının 387,1 manat, 2014-cü ildə 551 manat olacağı proqnozlaşdırılmışdır. Növbəti ildə əhalinin gəlirlərinın 36,6 milyard manat, 2014-cü ildə isə 46,0 milyard manat səviyyəsində olacağı gözlənilir.
http://www.taxes.gov.az/?name=metbuat&bolme=qezet&ay=08&id=396