Arxiv
Faydalı linklər
Azərbaycan Respublikası Prezidentinin İşlər İdarəsinin Prezident Kitabxanası
"Azərbaycanın vergi jurnalı" resenziyalı elmi jurnal
AMEA - Azərbaycan Milli Elmlər Akademiyası
AMEA İqtisadiyyat İnstitutu
Azərbaycan Dövlət İqtisad Universiteti
Azərbaycan Milli Kitabxanası
Azərbaycan kommersiya bankları haqqında informasiya portalı
İqtisadiyyat qəzeti
Məqalələr / “BİR QURŞAQ, BİR YOL” STRATEGİYASI VƏ AZƏRBAYCAN - ÇİN MÜASİR NƏQLİYYAT ƏLAQƏLƏRİ
UOT 338.47:339.56 (510):(479.24)
“BİR QURŞAQ, BİR YOL” STRATEGİYASI VƏ
AZƏRBAYCAN - ÇİN MÜASİR NƏQLİYYAT ƏLAQƏLƏRİ
Hacızadə Elşən Mahmud oğlu
i.e.d., prof., Azərbaycan Dövlət İqtisad Universiteti
Az 1001, İstiqlaliyyət küçəsi 6
Xülasə
Tədqiqatın məqsədi - çinin tarixi İpək yolunun bərpası istiqamətində irəli sürdüyü “Bir qurşaq, bir yol” strategiyasının və Azərbaycan - Çin müasir nəqliyyat əlaqələrinin təhlili və qiymətləndirilməsi, habelə Azərbaycanın tranzit potensialından səmərəli istafadəsi üzrə təkliflərin irəli sürülməsi.
Tədqiqatın metodologiyası - sistemli yanaşma, amilli və müqayisəli təhlil metodları.
Tədqiqatın nəticələri - “Bir qurşaq, bir yol” strategiyası kontekstində Azərbaycan - Çin nəqliyyat əlaqələri perspektivlərinin qiymətləndirilmiş və Azərbaycanın tranzit potensialından səmərəli istafadəsi üzrə əsaslandırılmış təkliflər irəli sürülmüşdür.
Tədqiqatın məhdudiyyətləri - regional nəqliyyat strategiyaların reallaşması ilə əlaqədar meyillər dəyişkənliyinin mövcudluğu.
Tədqiqatın praktiki əhəmiyyəti - Azərbaycan - Çin iqtisadi əlaqələrinin dərinləşdirilməsi və Azərbaycanın tranzit potensialından səmərəli istifadə üzrə strategiya və konsepsiyaların hazırlanmasında istifadə imkanlığı.
Tədqiqatın orijinallığı və elmi yeniliyi - yeni və tarixi İpək yolu mövzusunda müasir araşdırmalar üzrə ümumiləşdirmələrin aparılması və Azərbaycanın tranzit potensialı haqqında yeni qiymətləndirmələrin verilməsi.
Açar sözlər: İpək yolu, TRACECA, nəqliyyat, tranzit, vergilər