Arxiv
Faydalı linklər
Azərbaycan Respublikası Prezidentinin İşlər İdarəsinin Prezident Kitabxanası
"Azərbaycanın vergi jurnalı" resenziyalı elmi jurnal
AMEA - Azərbaycan Milli Elmlər Akademiyası
AMEA İqtisadiyyat İnstitutu
Azərbaycan Dövlət İqtisad Universiteti
Azərbaycan Milli Kitabxanası
Azərbaycan kommersiya bankları haqqında informasiya portalı
İqtisadiyyat qəzeti
Məqalələr / AZƏRBAYCAN RESPUBLİKASININ NEFT-QAZÇIXARMA SƏNAYESİNDƏ İSTEHSAL XƏRCLƏRİNİN AZALDILMASI PERSPEKTİVLƏRİ
E.Hacızadə, Elm-Təhsil Mərkəzi «Təfəkkür» Universiteti
Azərbaycan Respublikasında müəssisələrin fəaliyyətini tənzimləyən bir çox qanunvericilik aktları, o cümlədən «Müəssisələr haqqında» qanunda neftqazçıxarma sənayesində və ələxüsus da onun quru sahələri üzrə istehsalat birliyində tətbiq olunmaqdadır.
ARDNŞ-in Quruda Neftqazçıxarma İstehsalat Birliyində (QNQÇİB) fəaliyyət göstərən 80-ə yaxın hüquqi şəxs statuslu müəssisələrin mütləq əksəriyyətinin nizamnaməsi «Müəssisələr haqqında» Azərbaycan Respublikasının qanununun qüvvəyə minməsindən əvvəl tərtib edilmişdir.
QNQÇİB-də islahatlar müəssisələrin hüquqlarının genişləndirilməsi səviyyəsində konkret addımlar atılır. İB-in tərkibində 4 xarici kapitallı müştərək müəssisə fəaliyyət göstərir.
Bu müəssisələrin statusu hazırda dünyada fəaliyyət göstərən neftqazçıxarma müəssisələrinin statuslarının hüquq və imtiyazlarına müvafiqidir. Müştərək müəssisələr yaradılan zaman xarici investisiyaların hesabına neft-qaz hasilatının artırılması başlıca faktor kimi nəzərdə tutulmuşdu. Hələlik belə tərəqqi əldə edilməmişdir. Görünür, bu müəssisələrin yaradılmasında tələsikliyə, perspektivlərin düzgün müəyyən edilməməsinə yol verilmişdir. Dənizdə əksərən xarici investisiyaların hesabına yaradılan və yaradılacaq nəhəng neft konsorsiumlarının maliyyə genişliyi, quruda xarici kapitallı müştərək müəssisələrin yaradılmasına aparmışdır. Lakin bu sahələrdə çoxlu əksliklər vardır.
Əvvəla, dənizdə bağlanmış neft müqavilələri əsasən istismarı başlanmamış yeni neft yataqlarını əhatə etmiş, öz nəhəngliyi, kapital qoyuluşlarının bənzərsizliyi, iri miqyaslı olması ilə fərqlənmişdir.
İlkin hesablamalar quruda neft-qaz çıxarmaya çoxlu vəsait, kapital qoyuluşunu tələb etsə də, bu vəsaiti xaricdə deyil, İB-nin öz daxilində axtarmaq lazımdır. Özünün ilkin, bənzərsiz neftqazçıxarma tarixi olan dəyərli ənənəyə, kadr potensialına, ixtisaslaşmış neftçi ordusuna və nəhayət, zəngin neft ehtiyatlarına malik bir ölkənin belə işin öhdəsindən gəlmək imkanları böyükdür. Bütün bunlarla yanaşı, quruda neftqazçıxarma sənayesində istehsal xərclərinin aşağı salınması çətinlikləri də mövcuddur. Respublikamızda neft-qaz hasilatının indiki daxili tələbata və qismən də ixracına müvafiq olması, bu hasilatın sabit saxlanmasının hansı xərclər hesabına təmin olunmasının mühümlüyünü azaltmışdır. Məhsulun maya dəyərinin aşağı salınması, istehsal xərclərinin azaldılması, daha artıq gəlir və mənfəətin əldə olunması dövlət büdcəsinin gəlirinin artmasını şərtləndirən amillərdəndir və buna görə də istehsal xərclərinin azaldılması daim diqqət mərkəzində olmalıdır.
QNQÇİB-in sələfi olan «Azərneft» İB-də istehsal həcminin açağı düşməsi ilə əlaqədar uzun illər rentabelli işlənməmiş, daha dəqiq desək, keçmiş Sovetlər İttifaqınının Neft Sənaye Nazirliyi bu İstehsalat Birliyində neftqazçıxarmanı rentabelsiz hesab etmiş, hasilata çəkilən xərcləri az planlaşdırılmış, onu süni sürətdə zərərlə işləyən təşkilata çevirmişdir. Hazırda bu praktikaya son qoyulsa da məhsulun maya dəyərinin aşağı salınmasında nailiyyətlər əldə olunmamışdır.
Azərbaycan höküməti ilə Beynəlxalq Valyuta Fondu arasındakı razılaşmaya əsasən ARDNŞ 1996-cı il dekabr ayının 15-dən etibarən xam neftin I tonunun qiymətini 290 min manatdan 328 min manata çatdırmışdır. Hər iki rəqəm ƏDV nəzərə alınmadan, lakin royalti tarifləri nəzərə alınmaqla hesablanmışdır.
Beləliklə, Azərbaycanda xam neftin I tonunun qiyməti hal-hazırda 80 dollara yaxındır. Bu qiymət dünya qiymətlərinin 70-80%-ni təşkil edir. Neftin qiymətinin hazırkı artımını Azərbaycanda xam neftin daxili qiymətlərinin dünya səviyyəsinə çatdırılması prosesinin ilkin mərhələsi hesab etmək olar. 1997-ci ildə bu rəqəmin 90 dollara çıtdırılacağı gözlənilir.
ARDNŞ-də neftin satışının ümumi qiyməti 328 min manat olduğu halda QNQÇİB-də həmin tarixdə I ton neftin satış qiyməti 500 min manat olmuşdur. Ümumi neftin qiyməti dənizdə NQÇİB-də neftin ucuz qiymətli olması ilə kompensasiya edilmişdir. Lakin buna baxmayaraq 500 min manat məbləğ dünya qiymətləri səviyyəsindədir. Belə qiymətlə dünya bazarına çıxmaq qeyri mümkündür. Bunlar azmış kimi neftin satış qiyməti İB-nin müəssisələri arasında da fərqlənir. Bu onunla izah edilir ki, hər bir NQÇİ-də neftin maya dəyərinin ölçüsü onun özünün iqtisadi göstəriciləri ilə müəyyən olunur.
Quruda neftqazçıxarma sənayesində istehsal xərcləri sənaye, qazma, tikinti, geologiya, elm, təchizat və ticarət sahələrini əhatə edir. Bu sahələrin maliyyələşdirilməsində son illər ərzində disbalans əmələ gəlmiş, əsas istehsal sahələrinin xərcləri azalmış, yardımçı sahələrin istehsalat xərcləri isə artmışdır.
Son 3 il ərzində qazmaya sərf olunan xərclər 40% azaldığı halda, tikintidə xərclər 51,4% artmışdır. 1996-cı ildə 1995-ci illə müqayisədə istehsal xərclərində sənaye sahəsinin xüsusi çəkisi 2,8%, qazmanın 10,1% azaldığı təqdirdə, tikintinin xüsusi çəkisi 45,2%, ticarətin xüsusi çəkisi isə 50% artmışdır. Belə bir şəraitdə ticarət və tikinti sahələrinin xərclərini artırmaq məqbul sayıla bilər.
İstehsal xərclərinin azaldılması, işçilərin sayının hasilata uyğunluğu ilə də mütənasibdir.
1990 və 1996-cı illərin istehsal həcmlərinin müqayisəsi göstərir ki, neft hasilatı 1996-cı ildə 1990-cı illə nisbətdə 39%, qaz hasilatı 20,4%, qazma 82% aşağı düşdüyü halda sənaye sahəsinin işçilərinin sayı 15,6% enməyə məruz qalmışdır. Qazma sahəsi üzrə işçilərin sayı isə paradoksal olsa da 17,3%,, tikinti sahəsinin işçilərinin sayı isə 3,3 dəfə artmışdır. Elm sahəsinin həm xərcləri, həm də işçi potensialı azalmaya məruz qalmışdır.
QNQÇİB-də istehsal xərclərinin azaldılmasında mal-materiallarının qiymətlərinin məsrəfinin norma və normativləri dəqiq müəyyən edilməli, onların alış qiymətlərinin konyunkturaya konkret uyğunluğu təmin edilməlidir.
Mal-material qiymətlərinin, neft mədən avadanlıqlarının inventarların alınmasında keyfiyyət, qiymət məsələsi öncul olmalıdır. Keyfiyyətsiz və baha qiymətli avadanlıq amortazasiya xərclərinin artmasına, rentabelliyin azalmasına xidmət edir. Bütün bunlarla yanaşı istehsalat birliyində bir çox müəssisələrin ləğvinə, yenidən təşkilinə təşəbbüs olunmalı, bazar iqtisadiyyatının tələblərinə uyğun normal struktur, idarəetmə aparatı, səmərəli iş rejimi yaradılmalıdır.
Əsrdən çox təcrübəyə malik olan quruda neftçıxarma istehsalında xərclərin azaldılması kompleks şəkildə, QNQÇİB-də iqtisadi islahatların aparılması ilə üzvi sürətdə əlaqələndirilməlidir.
4.Azərbaycan Respublikasının neftqazçıxarma sənayesində istehsal xərclərinin azaldılması perspektivləri. «Azərbaycan XXI əsrin astanasında» Respublika elmi-praktiki konfransının materialları. (M.C.Atakişiyevlə müştərək). Bakı. 1997. 0,2 ç.v.