Arxiv
Faydalı linklər
Azərbaycan Respublikası Prezidentinin İşlər İdarəsinin Prezident Kitabxanası
"Azərbaycanın vergi jurnalı" resenziyalı elmi jurnal
AMEA - Azərbaycan Milli Elmlər Akademiyası
AMEA İqtisadiyyat İnstitutu
Azərbaycan Dövlət İqtisad Universiteti
Azərbaycan Milli Kitabxanası
Azərbaycan kommersiya bankları haqqında informasiya portalı
İqtisadiyyat qəzeti
Məqalələr / İQTİSADİ TƏHLÜKƏSİZLİYİN MÖHKƏMLƏNDİRİLMƏSİNDƏ TARİF PEREFERENSİYALARI VƏ MÜTƏRƏQQİ GÖMRÜK-BİZNES MODELLƏRİ
AMEA İqtisadiyyat İnstitutu
i.e.d., prof. Elşən Hacızadə
İQTİSADİ TƏHLÜKƏSİZLİYİN MÖHKƏMLƏNDİRİLMƏSİNDƏ
TARİF PEREFERENSİYALARI VƏ MÜTƏRƏQQİ GÖMRÜK-BİZNES MODELLƏRİ
Azərbaycan dövlət müstəqilliyini bərpa etdikdən sonra ölkədə aparılan iqtisadi və institusional islahatlar özünün miqyaslığı, əhatə dairəsi və reallaşdırma müddətləri baxımdan dünya təcrübəsində örnək ola biləcək sürət və inkişaf templəri irəliləyiş tapmışdır. Lakin bütün bu nailiyyətlərə baxamayaraq müvafiq sahədə islahatların dərinləşməsi və təkmilləşdirilməsi prosesi müasir qlobal çağrışlara uyğun olaraq istitusional mühiti və normativ-hüquqi bazanı optimal hala gətrirəm həddlərə qədər davam etdirilməsi mühümdür.
Müvafiq istiqamətdə reallaşdıralan islahatları görmük sferasında da təkmilləşdirilməsi vacib şərtlidir. Bu gerçəklik ondan irəlii gəlir ki, dünya iqtisadiyyatının müasir inkişaf mərhələsində ölkınin xarici iqtisadi əlaqələrinin genişlənməsində gömrük siyasəti xüsusi önəm daşayaraq strateji mühüm inteqrir amilə çevrilir. Artıq bir ölkənin gömrük-tarif siyasəti bir sıra mühüm elementləri iki tərəfli sazişlər çərçivəsindən çıxaraq, geniş regional məkanları ethiva edir və özünün tənzimlənmə sistemini daha çox beynəlxalq təsisatlar və konvensiyaların tələbləri səviyyəsində nizamanmaq məcburiyyətində qalır. Digər tərəfdən hər hansı bir ölkənin xarici iqtisadi fəaliyyəti genişlənmiş aparacı istehsalçı qurumları bu strategiyada onlara üstünlüklərin - pereferensiyaların verilməsini qarşıya qoyur, biznes və gömrüyün qarşılıqlı əlaqəliyində beynəlxalq təcrübətə uğurla aprobasiya olunmuş modellerin daxildə tətbiqini şərtləndirirlər. Bu baxımdan özünün gömrük stratejisi və taktikası ilə artıq tam müstəqil olaraq 20 illik bir yol adlamış Azərbaycan gömrüyünün də təkmilləşdirilməsi baxımından ehtiyaclarının olması aktual səciyyə daşayır. Bundan irəli gələrək, bizim tədqiqat predimetimin də əsasını təsbit edilən aktuallıq müstəvisində məqsədli təhlil və təklif konsepsiyası təşkil edir.
Latın mənşəli pereferensiya (praeferentia və ya praefero) birbaşa tərçümədə üstünlüklər mənası ifadələndirir. Gömrük işi sferasında isə ona hər hansı bir dövlətin ixrac rüsumları kontekstində digər ölkələrə bir sıra əmtəələr üzrə xüsusi tarif imtiyazaların verilməsi kimi baxılır. Lakin burada da biçimli bir siyasətin aparılması xüsusi məqsədlidir. Belə ki, pereferensiya əlverişlilikləri qazanmaları o dövlətlərə və əmtəələrə verilməli ki, nəticə etibarı ilə təyinedici ölkənin siyasi və sosial-iqtisadi dividendləri əməliyyatlar baxımından daha mənfətli olsun. Burada pereferensiyalar həm də o əmtələrə şamil edilməli ki, onların istehsalı ya ölkə daxildə təşkil edilməmiş və yaxud da ölkədaxili buraxılış həcmi kifayət qədər deyildir. Bütün hallarda isə bu əməliyyatlar bazar tələbləri baxımdan biçimli olmalı və iqtisadi təhlükəsizliyi baxımdan isə milli mənafelərə zərər gətirməmlidir.
Bütün bunlar isə onu göstərir ki, pereferensiyalar dünya təsərrüfatının müasir mərhələdə gömrük-tarif tənzimlənməsinin ayrılmaz hissəsini təşkil edir. Bu strateji amil həmçinin respublikanın da xarici iqtisadi əlaqələrində iqtisadi siyasətin tənzimlənməsinin əsas metodlarından biri olaraq dəyərləndirilməli, ölkənin iqtisadi təhlükəsizliyinin möhkəmləndirilməsi istiqamətində gömrük orqanlarının əsas fəlayiyyət mexanizmləri sırasında yer almalıdır.
Müasir zamanda dünyada gömrük və biznesin qarşılıqlı təmaslarında bir sıra mütərəqqi modellər mövcuddur. Beynəlxalq təcrübə bu istiqamətdə «vahid pəncərə» prinsipini qabarıq olaraq əhmiyyətə gətəirən üç ölkə - Sinqapur, İsveç və Amerikan modellərini önə çıxarır. Xarici tədqiqat araşdırmalarında ekspert qiymətləndirilməsində bu modellərin tətbiqi həmin ölkələrdə ÜDM-in orta hesabla 20% artımına səbəb olmuşdur. Diqqətə gətirilən bu modellərin tam, qismən və mümküm qarışıq düzümdə respublikada da tətbiqinin əhəmiyyətində irəli gələrək onların smərəlik aspektləri bir daha bizim tədqiqat predmeti sferasında şərhi zəruri hesab edilmişdir:
Sinqapur modeli: Bu ölkədə xarici iqtisadi əlaqələrdə müvafiq dövlət orqanın rəhbərliyi ilə bütün aidiyyəti dövlət qurumlarının (vergi, bank, baytarlıq, sanitar və s.) xidmətlərini bir araya gətirən və bəyannamləşməsi 100% elektronlaşmış vahid pəncərə sistemi fəaliyyət göstərir. Tənzimləyici bu xüsusi orqan tərəfindən əldə olunaraq emal edilən informasiyalar sonradan gömrük təşkilatına icra üçün göndərilir.
Isveç modeli: Burada da Sinqapur modelində əksər intişar tapmış vahid pəncərə sistemi elementləri ilə yanaşı bir sıra cüzi fərqləndirici xarakterik təyinatlar istisna olmaqla, həm də əlahiddə səmərəli prosedur aksesurlar da tətbiq edilr. Xüsusi olaraq isə yükdaşıyıcılarının gömrük bəyannaməsinin ötrülməsində SMS göndərişlərdən istifadə olunur. Daha fərqləndirici əsas cəhət isə xidmət prosedurlarının gömrük orqanları səlayihətində olmasıdır.
Amerilan modeli: Bu model sistemli və mürəkkəbliyi ilə fərqlənir. Ona görə də onun tutumunu qısa xarakterizə etmək çətinliyi yaranır. Lakin bu xüsusda mümkün icmal təyinat vermək də olar. Belə ki, Amerikan modeli Sinqapur və İsveç modellərindəki vahid pəncərə sistemi ilə oxşarlıq tapsa da, burada təşkilatı baxımdan bir sıra fərləndirici xüsusiyyətlər özünü biruzə verir. Federetiv özəlliklərdən irəli gələrək ABŞ-da 1995-ci ildən başlayaraq gömrük informasiyası federal yığım məkanında toplanaraq dövlət maraqları baxımından hərtərəfli mühafizə olunur və gömrük prosedurlarını asanlaşdıran sistemdə yerlərdə realizə edilir. Həmçinin sistemli olaraq əmtənin tam 100%-lik təsvirinin elektron versiyası hazırlanır. Bütün bunlara baxmayaraq ölkədə arxaizmə çevrilmiş kağız bəyannamə sistemi də müqabil paraleldə davam edir. Statistika göstərir ki, 60% əmtəələrin qeydiyyatı ölkə sərhədində, 40%-i isə ölkə daxilində həyata keçirilir. Belə qeydiyyatlar əksərən müvafiq lizensiyalar almış gömrük brokerləri tərəfindən aparılır. Gömrük məntəqəsində isə səmərəli iş fəaliyyəti nəticəsində yoxlanış prossedurları faktiki olaraq 50% vaxt qənaəti rejimində həyata keçirilir.
Göründüyü kimi bu modellər üstün sosial təyinatlığı ilə mütərəqqi mahiyyət daşayır və onlardan örənk qismində istifadə üçün yerli iqtisadi iqlimi səciyyələndirən çoxsaylı materiallar əxz etmək mümkündür.
Müqayisəli təhlil materiallarına əsaslanaraq gömrük-biznes sferasında spesefik nisbətlərə bistisnasında azərbaycan gömrük sistemi modeli də uğurlu hesab edilir. Lakin bütün keyfiyyət üstünlüyklərinə baxmayaraq tərəqqi meylləri, qlobal çağrışlar bu şəbəkədə də daim sistem islahatların aparılmasını bir vəzifə olaraq qarşıya qoyur. Bizim tədqiqat araşdırmamızın nəticəsi olaraq isə sistem modernizasiyasında qloballaşma meylləri sferasında burada ən önəm veriləcək cəhət kimi, ölkənin iqtisadi təhlükəsizliyin möhkəmləndirilməsində tarif pereferensiyalari və mütərəqqi gömrük-biznes modellərinin elektronlaşma mükəmməlliyində geniş tətbiqi ilə önə çıxarılır.
170.İqtisadi təhlükəsizliyin möhkəmləndiri-lməsində tarif pereferensiyaları və mütərəqqi gömrük-biznes modelləri. Qloballaşma mühitində iqtisadi təhlükəsizliyin təmin olunmasında gömrük tənzimlənməsinin rolu» mövzusunda beynəlxalq elmi-praktiki konfrans. Bakı Dövlət Universiteti. Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsi. Bakı 2012, 0,3 ç.v.