gototop gototop
Azərbaycanca Русский English
Arxiv
Faydalı linklər

http://www.preslib.az/

Azərbaycan Respublikası Prezidentinin İşlər İdarəsinin Prezident Kitabxanası


http://www.vergijurnali.az/

"Azərbaycanın vergi jurnalı" resenziyalı elmi jurnal


http://www.science.gov.az/

AMEA - Azərbaycan Milli Elmlər Akademiyası


http://www.elm.az/az/economy/

AMEA İqtisadiyyat İnstitutu


http://www.aseu.az/

Azərbaycan Dövlət İqtisad Universiteti


http://www.anl.az/

Azərbaycan Milli Kitabxanası


http://banker.az/az/

Azərbaycan kommersiya bankları haqqında informasiya portalı


http://iqtisadiyyat.com/

İqtisadiyyat qəzeti


Məqalələr / NEFT-QAZ SEKTORUNUN SOSİAL-İQTİSADİ İNKİŞAFA TƏSİRİNİN TƏHLİLİ VƏ QİYMƏTLƏNDİRİLMƏSİ

01.07.2010

UOT 338.45:338.1 (479.24)

 

 

Hacızadə Elşən Mahmud oğlu

i.e.d., prof. Azərbaycan Milli Elmlər Akademiyası İqtisadiyyat İnstitutu

AZ1143, Bakı, Hüseyn Cavid prospekti 31

elshan@hajizadeh.com

 

(AMEA-nın akademiki Z.Ə.Səmədzadə tərəfindən təqdim edilmişdir)

 

Açar sözlər: Azərbaycan iqtisadiyyatı, neft-qaz sektoru, milli neft strategiyası, sosial-iqtisadi inkişaf, proqnozlaşdırma.

 

Abstract

 

Hajizadeh Elshan Makhmud oqli

Doctor of eсonomics, Prof. Azerbaijan State Economic University.

 

Analysis and assessment of the impact of oil and gas sector

to social economic development

 

Purpose - an analysis and assessment of the current state of the manufacturing infrastructure building oil and gas sector of Azerbaijan, its role and importance in the economy, as well as assessment of the impact of this sector to the socio-economic development.

Findings are evaluation of role and importance of oil and gas sector in GDP in 1988-2011, forecasting of this sector impact on economic growth in the short and medium term.

Originality - evaluate the role and importance of oil and gas sector in the years 1988-2011 in the structure of the runway, the forecast of its impact on socio-economic development in the short and medium term.

 

Keywords: The economy ofAzerbaijan, the oil and gas sector, the national oil strategy, the socio-ekonomicheskoya development forecasting.

 

JEL Classification Codes: B41, C15, D04, E27.

 

 

Аннотация

 

Гаджизаде Эльшан Махмуд оглы

д.э.н., проф., Азербайджанский Государственный Экономический Университет

 

 

Анализ и оценка влияния развития нефтегазового сектора

на социально-экономическое развитие

 

Цель исследования - анализ и оценка современного состояния производственного инфраструктурного потенциала нефтегазового сектора Азербайджана, его роли и значения в экономике страны, а также оценка влияния данного сектора на социально-экономическое развитие.

Методология исследования основывается на структурных методах в трендовом и ситуационном подходах системного анализа. В исследовании также использованы способы корреляции и другие эконометрические методы.

Результаты исследования - оценена роль и значение нефтегазового сектора в 1988-2011 гг. в структуре ВВП, дан прогноз его влияния на социально-экономическое развитие в близкой и средней перспективе.

 

Ключевые слова: Экономика Азербайджана, нефтегазовый сектор, национальная нефтяная стратегия, социально-экономическое развитие, прогнозирование.

 

1.Giriş

Neft-qaz sektoru uzun illər ərzində Azərbaycanın iqtisadiyyatında aparıcı rol oynamışdır. Azərbaycanın dövlət müstəqilliyi bərpa edildikdən sonra isə neft-qaz sərvətlərinin xalqa məxsusluğunun tam təmin olunması, onlardan milli dövlət mənafeləri baxımından geniş istifadə üçün real əlverişli şəraitin yaranması neft-qaz sektorunun inkişafına güclü təkan vermişdir. Bu inkişafa, həmçinin yeni geosiyasi situasiyada Azərbaycanın Xəzər sektorunda ötən əsrin son onilliklərində aşkarlanmış nəhəng karbohidrogen yataqlarının beynəlxalq əməkdaşlıq çərçivəsində işlənməsinin geniş dövriyyəyə daxil edilməsi də əsaslı zəmin yaratmışdır. Bütün bu gerçəkliklər fonunda ümummilli lider Heydər Əliyevin rəhbərliyi ilə ölkənin milli neft strategiyası formalaşdırılmışdır. «Əsrin müqaviləsi»ndən start götürən strategiya əsasında çoxsaylı beynəlxalq neft kontraktları bağlanılmış, respublikaya miqyaslı investisiya axını ilə hasilat artımı genişləndirilərək yanacaq-enerji ifrastrukturu təkmilləşdirilmiş, transmilli neft-qaz ixrac boru kəmərləri inşa edilmiş, sosial-iqtisadi inkişafa əlavə stimullar verən dövlət neft fondu yaradılmışdır [1, 7, 13, 15. 16]. Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin əzmkar fəaliyyəti ilə aparılan miqyaslı islahatlar nəticəsində isə milli neft strategiyasının multiplikativ effektləri daha geniş möhtəşəmlik əldə etmiş, iqtisadi artımda mühüm rolu və əhəmiyyəti olan qeyri-neft sektoru formalaşdırılmış, ölkə neft-qaz sərvətlərinin insan kapitalına çevrilməsi mərhələsinə keçid edilmişdir. 2012-ci ilin fevralın 28-də «Baku Expo» Mərkəzində «Azərbaycan Respublikası regionlarının 2009-2013-cü illərdə sosial-iqtisadi inkişafı Dövlət Proqramı»nın icrasının üçüncü ilinin yekunlarına həsr olunmuş konfransda Prezident İlham Əliyev demişdir «Əlbəttə, iqtisadiyyatımızın böyük hissəsi neft-qaz sektorunda formalaşır. Ancaq neft-qaz sektorunda böyük sayda iş yerlərinin yaradılması mümkün deyildir. Ona görə bizim əsas istiqamətimiz qeyri-neft sektoruna yönəldilmişdir» [13].

Neft-qaz sektorunda mövcud vəziyyətin respublika iqtisadiyyatına, onun tərəqqisinə təsiri miqyaslıdır. Mövcud reallıqlar belədir ki, neft-qaz sektorun milli və iqtisadi təhlükəsizliyin əsas qaynaq komponenti olmaqla ölkə büdcəsinin 60-70%-nin formalaşmasında iştirak edir [2, 8, 12, 14]. Müasir milli iqtisadiyyatın barometri və əsas indikator göstəricisi bu gün yetərli dərəcədə bu sahədəki inkişaf templəri ilə bağlıdır. Buradakı inkişaf meyilləri, sahənin ölkə iqtisadiyyatındakı müvazinətinin qorunması heç şübhəsiz ki, qeyri-neft sektorunun da inkişafına güclü təkan verməkdədir.

Azərbaycanın bol neft-qaz sərvətləri, iqtisadi və intellektual potensialı, geostrateji özəllikləri imkan verir ki, respublikamız yaxın onillikdə dünyanın inkişaf etmiş ölkələri sistemində möhkəm mövqe tutsun. Bu strateji xətti Prezident İlham Əliyev 2012-ci ildə Bakıda keçirilmiş Avronest Parlament Assambleyasının ikinci sessiyasının rəsmi açılış mərasimindəkı çıxışında qətiyyətlə ortaya qoymuşdur. «Biz qarşıdakı on ildə ümumi daxili məhsulumuzu iki dəfə artırmağı planlaşdırırıq. Başqa sözlə desək, artıq üç dəfə artmış ümumi daxili məhsulumuzu gələn illərdə iki dəfə də artıracağıq. Beləliklə, Azərbaycan yüksək gəlirli ölkəyə çevriləcəkdir. Bu, bizim məqsədimizdir. Bizim məqsədimiz inkişaf etmiş ölkəyə çevrilməkdir» [13].

Bütün bunlardan irəli gələrək bizim tədqiqat predmetimizin də leytmotivini mövcud reallıqlar çərçivəsində milli neft-qaz sektorunun inkişafinın sosial-iqtisadi inkişafa təsirinin təhlili və qiymətləndirilməsi təşkil edir. Mövzunun çoxaspektliliyi statistik qiymətləndirmələr və hesablamalarla birlikdə, həm də problemə genişspektrli sistemli yanaşmada bir sıra nəzəri və praktiki təsbitlərin verilməsini də şərtləndirir.

 

2.Neft qaz-sektorunun sosial-iqtisadi inkişafa təsir meyli və onun qiymətləndirilməsi

Neft qaz-sektorunun sosial-iqtisadi inkişafa təsir meyli həmişə dəyərli və miqyaslı olmuşdur. Statistikaya əsasən 2010-cu ildə qeyri-neft sektorunun artım templəri 7,9% olmaqla neft-qaz sektorunun artım templərini bir neçə bənd üstələmişdir. Lakin nəzərə alınanda kı, neft-qaz-sektorunun həcm tutumu olduqca miqyaslı və rəqabətədavamlıdır, onda bu atrım templərini o qədər də qənaətbəxş hesab etmək olmaz. Nəzəri hesablamalara görə buradakı artım deflyatorunun yaxın 20 il üçün hər il 2-3 olması təminatı daha əsaslı nəticələrə gətirib çıxaracaqdır [5, 14].

 

 Aşagıda ölkədə 1995-2015-ci illərdə neft-qaz hasilatı və proqnozunu əks etdirən cədvəl verilmişdir:

 

Cədvəl 1

Azərbaycanda 1988-2015-ci illərdə neft-qaz hasilatı və proqnozu

 

İllər

Neft hasilatı

(mln. ton)

Qaz hasilatı

(mln m3)

İllər

Neft hasilatı

(mln. ton)

Qaz hasilatı

(mln m3)

1988

11 200

11 826

2002

14 755

5 837

1989

10 723

11 112

2003

15 378

5 168

1990

9 927

9 626

2004

15 549

5 006

1991

9 749

8 621

2005

22 214

5 818

1992

9 409

7 872

2006

32 268

9 045

1993

9 483

6 805

2007

41 658

16 965

1994

9 563

6 379

2008

44 527

23 405

1995

9 161

6 644

2009

50 419

23 745

1996

9 100

6 305

2010

50 789

26 346

1997

9 622

5 964

2011

45 635

25 753

1998

11 422

5 590

2012

45 450

28 280

1999

13 807

5 997

2013

50 000

30 000

2000

14 116

6 286

2014

52 000

32 000

2001

14 612

5 535

2015

55 000

35 000

 

Mənbə: http://www.socar.az məlumatları əsasında müəllif tərəfindən işlənmişdir.

 

Bütün istehlak indekslərinin əsasən qorunub saxlanıldığı müvafiq dövr ərzində ÜDM ilə neft-qaz sektoru və qeyri-neft sektoru arasında statistik xətti əlaqə - korrelyasiya nisbətlərini əmsal ifadədə qiymətləndirmək olar [5, 17].

Bu hesablamanı aparmaq üçün nəzəri məntiqlərə söykənən korrelyasiya əlaqələndirmə düsturu təyin etmək olar:

R = Ks/Ko

 

Burada    R - korrelyasiya əmsalı (R1 - neft-qaz sektoru, R2 - qeyri-neft sektoru);

               Ks - korrelyasiya subyekti (Ks1 - neft-qaz sektoru, Ks2 - qeyri-neft

sektoru);

                       Ko - korrelyasiya obyekti (UDM-in artımı).

 

Təqdimatda korrelyasiya əmsalının vahiddən böyük olması korrelyasiya subyektinin dominant mövqedə dayandığını ifadə edir. Əks halda isə korrelyasiya obyektinin yalnız həmin subyektdən deyil, digərlərindən də asılı olduğu təsbit olunur. Bu düsturdan istifadə etməklə bizim variantda Azərbaycan Respublikasında 1995-2010-cu illər (15 il) üzrə ÜDM ilə neft-qaz sektoru və qeyri-neft sektoru arasında korrelyasiya nisbətlərini müəyyən etmək mümkündür:

 

Göstəricilər: Neft-qaz sektorunda artım       1100%;

Qeyri-neft sektorunda artım                        280%;

ÜDM artımı                                               570%;

 

Neft-qaz sektoru üçün hesablandıqda;

 

R1 = Ko/Ks1=1100/570 = 1,93;

 

Qeyri-neft sektoru üçün hesablandılqda;

 

R2 = Ko/Ks2=280/570 = 0,49;

 

Korrelyasiya əmsalları üzrə aparılan hesablamalardan görünür ki, son 15 il ərzində neft-qaz sektorunda baş verən artım aparıcı xarakterdə olmuş və ümumilikdə respublika üzrə ÜDM-in inkişafında başlıca rol oynamışdır. Bu əsaslandırma qeyri-neft sektorunun müvafiq korrelyasiya əmsalının vahiddən kiçik olmasını bir daha sübut edir. Digər tərəfdən reallıq belədir ki, neft-qaz sektorunun artım tempinin qeyri-neft sektoruna korrelyasiyasında da dominantlıq neft-qaz sektoruna məxsusdur.

Retrospektiv baxımdan bütün bunlar ötən müddət ərzində milli neft-qaz sektorunun ölkənin sosial-iqtisadi inkişafında aparıcı rolunu bir daha göstərir. Əlbəttə, aparılan bu statistik metodla hesablamalar dəyişənlərin riyazi aslılığını təcəssüm etdirir. Lakin birmənalı olaraq reallıq belədir ki, bu gün ölkə iqtisadiyyatı əsasən neft-qaz sektorunun vektorial xətti üzərində irəliləyir. Ona görə də, ÜDM və neft-qaz sektoru korrelyasiyası ciddi qəbul edilməlidir. Bu çevrədə də perspektivlik baxımından yaxın 3-4 il üçün müvafiq hesablamalar aparıla bilər. Hesablamaların daha uzun müddətləri əhatə etməsi planında aparılmaması bir sıra artım göstəriciləri ilə bağlı qəti təyinatların olmaması ilə əlaqələndirilir. Belə ki, 2012-2015-ci illər üzrə respublikada iqtisadi artımın orta illik tempi 5-7% götürülərsə, onda 2015-ci ildə ÜDM artımının orta göstəricisi də 53,5 milyard manat civarında (proqnoz 2012-ci il 43,5 milyarda manat), yəni 2012-ci illə nisbətdə 23% çox olacaqdır. Neft-qaz sektorunda artım isə (orta dünya inkişaf neft-qaz qiymətlərində) təxmini hesablamalara görə ÜDM artımı ilə biçimli ssenaridə üst-üstə düşəcək, daha optimist ssenaridə isə 2-4% olmaqla onu üstələyəcəkdir. Belə vəziyyət isə onu göstərir ki, qeyri-neft sektorunda yüksək dinamizm meyillərinə nail olunmayacağı təqdirdə respublikada 2015-ci ilə qədər iqtisadi artım yenə də neft-qaz sektorundakı artım ilə yanaşı addımlayacaqdır. Sonrakı mərhələlərdə isə neft hasilatının azalması ilə bu nisbətlər bir qədər mülayimləşəcəkdir. Nəzərə alınırsa ki, 2020-2040-ci illərdə ölkədə qaz hasılatında yetərli artımlar gözlənilir, onda bu parelellik həmin müddət ərzində də müəyyən qədər müşahidə ediləcəkdir. Fərq nisbətlərinin ÜDM üstünlüyü üzrə getməsi isə qeyri-neft sektorundakı əsaslı artım mühitindən asılı olacaqdır.

 

 Aşagıdakı cədvəldə 1988-2011-ci illərdə Azərbaycan Respublikasında ÜDM, neft-qaz hasilatı və bütövlükdə ölkə üzrə ixracın dinamikası əks etdirən məlumatlar verilimişdir:

Cədvəl 2

1988-2011-ci illərdə Azərbaycan Respublikasında

ÜDM, neft- qaz hasilatı və bütövlükdə ölkə üzrə ixracın dinamikası

 (%)

İllər

ÜDM-in real artı

Neft hasilatı

Qaz hasilatı

Respublika iqtisadiyyatı üzrə ixrac

 

1988

4,38

- 10,6

- 3,1

x

1989

- 8,84

- 4,3

- 6,0

x

1990

- 11,7

- 7,6

- 13,4

x

1991

- 0,7

- 1,8

- 10,4

x

1992

- 22,6

- 3,5

- 8,7

x

1993

- 23,1

0,8

- 13,6

x

1994

- 19,7

0,8

- 6,3

- 9,93

1995

- 11,8

- 4,2

4,2

- 2,38

1996

1,3

- 0,7

- 5,1

- 0,93

 

1997

5,8

5,7

- 5,4

23,77

1998

10,0

18,7

- 6,3

- 22,42

1999

7,4

20,9

7,3

53,37

2000

11,1

2,2

4,8

87,72

2001

9,9

3,5

- 11,9

32,6

2002

10,6

1,0

5,5

- 6,34

2003

11,2

4,2

- 11,5

19,52

 

2004

10,2

1,1

- 3,1

39,57

2005

26,4

429

16,2

20,23

2006

34,5

45,3

55,5

199,4

2007

25,0

29,1

87,6

63,43

2008

10,8

6,9

38,0

124,53

2009

9,3

13,2

1,5

-69,22

2010

4,96

0,7

11,0

45,08

2011

2,8

- 9,4

2,5

2,5

 

Mənbə: http://www.socar.az və http://www.azstat.org məlumatları əsasında müəllif tərəfindən işlənmişdir.

 

Cədvəl 2-nin məlumatlarından göründüyü kimi, 1988-1996-ci illər ərzində neft-qaz hasilatında resessiya prosesləri baş vermişdir. Qeyd edilməlidir ki, həmin dövrdə respublikada neft-qaz hasilatı köhnə yataqlar hesabına təmin olunurdu. Bu dövrün digər bir sıxıntılı xarakteristikası da onunla bağlı olmuşdur ki, Sovetlər İttifaqı dağılmaqda, ölkədə, regionda, ümumiyyətlə dünyadakı geosiyasi vəziyyət geniş təbəddülatlara uğramaqda idi. Bununla yanaşı olaraq, həmçinin Qarabağ müharibəsi alovlanmaqda və müstəqilliyini bərpa etmiş Azərbaycan Respublikası bu və ya digər gərginliklər içərsində yeni dövlət quruculuğu proseslərinin ilk pilləsində irəliləməkdə idi. Bütün bunlar yeni iqtisadi münasibətlərin formalaşmasını və bu əsasda da neft-qaz sənayesinin təchizat sisteminin, infrastruktur kompleksinin tamamilə yeni müstəvidə qurulmasını tələb edirdi. Ona görə də, bütün keçmiş SSRİ məkanında olduğu kimi, Azərbaycanda da çətin iqtisadi durum hakim idi [2, 3, 4, 8].

Respublikada iqtisadi artımın rekord göstəriciləri 2004-2010-ci illərə təsadüf etmişdir. Həmin dövrdə dünyada qlobal maliyyə böhranının baş verməsinə (2008-2009-cu illər) baxmayaraq Azərbaycan iqtisadiyyatı irəliləmişdir. Bu dövr ərzində ÜDM təxminən 7 dəfə yüksəlmiş, neft hasilatı 3,3 dəfə, qaz hasilatı isə 5,1 dəfə artmışdır [6, 14]. Vurgulanmalıdır ki, son 7 il ərzində neftin bir barelenin orta qiyməti 60-70$ təşkil etmişdir. Bu isə metrik ölçüdə o deməkdir ki, neftin 1 tonunun dünya bazarındakı qiyməti 400-500$ arası tərəddüd etmişdir. Təbii qazın qiymətləri isə orta göstəricidə 100$-dən aşağı olmamışdır. Nəzərə alındıqda ki, bu dövr ərzində çıxarılan neftin həcmi 257,5 milyon ton, təbi qazın isə 119,4 m3 təşkil etmişdir, onda adi cəbri hesablama ilə bunun ABŞ dollarında valyuta məbləği 120-140$ milyarda bərabər olacaqdır. Bununla belə, karbohidrogen resurslarının dünya bazarlarında kəskin yüksəlişi Azərbaycanın beynəlxalq neft kontraktlarından əldə etdiyi mənfəət neftinin çəkisi və məbləğinin də artması ilə müşayiət olunmuşdur. Qeyd etmək lazımdır ki, neftin dünya bazar qiymətlərinin yüksək olması nəticəsində «Əsrin müqaviləsi» üzrə mənfəət neftinin (müqaviləyə əsasən mənfəət nefti 2006-cı ildən əldə edilir) Azərbaycan hökuməti ilə şirkətlər arasında bölüşdürülməsi proporsiyaları daha sürətlə respublikamızın xeyrinə dəyişmişdir. Belə ki, 2007-ci ilin sonunadək 30:70 kimi olan bölgü proporsiyası 2008-ci ilin əvvəlindən 45:55, ilin ikinci rübündən isə 80:20 nisbətində olmuşdur [16, 17]. Bunun nəticəsində 2008-ci ildə Azərbaycan hökumətinə çatan mənfəət neftinin həcmi və onun satışından daxilolmalar da kəskin artmışdır. Statistika göstərir ki, Azərbaycan hökumətinə çatan mənfəət neftinin həcmi 2006-cı ildə 19,0 milyon barel, 2007-ci ildə 30,3 milyon barel olduğu halda, 2008-ci ildə bu göstərici 150,2 milyon barel təşkil etmişdir. Mənfəət neftinin və qazın satışından ARDNF-ə 2006-2010-cu illərdə 20$ milyard çox vəsait daxil olmuşdur [16]. Burada akkumulyasiya olunan vəsaitlər isə respublikanın dövlət büdcəsinin gəlirlərinin formalaşmasında mühüm rol oynayır. Eyni zamanda bu gəlirlərdən birbaşa olaraq ölkə iqtsadiyyatının inkişafına istiqamətlənən ayrı-ayrı layıhələrin reallaşdırılmasına, o cümlədən də sosial sferanın ehtiyaclarının ödənilməsinə məsrəflər olunur.

Statistikaya görə dövlət büdcəsinin gəlirlərində ARDNF-in transfertlərinin xüsusi çəkisi 2004-cü ildə 8,8%, 2006-cı ildə 15,1%, 2008-ci ildə 35,3 və 2010-cu ildə 49,1% təşkil etmişdir. Bunun nəticəsində 2003-cü ildən başlayaraq ölkənin dövlət büdcəsi xərclərinin illik artım templəri ümumilikdə iqtisadi templərini qabaqlamışdır. Belə ki, 2004-cü ildə ölkədə iqtisadi artlm tempi 10,2%, büdcə xərclərinin artım tempi isə 21,7%, 2008-ci ildə isə müvafiq olaraq 10,8% və 75,5% təşkil etmişdir [15, 16].

Hal-hazırda bu artım büdcə strukturuna nəzərən biçimli məcraya düşmüşdür. Burada qeyri-neft sektorunun inkişaf etdirilməsi perspektivliyindən qaynaqlanaraq, başlıca iqtisadi strategiya kimi, respublikada ixrac potensiallı yeni istehsal güclərinin və yüksək servisli xidmət sahələrinin yaradılması ilə vergi bazasının genişləndirilməsi prioriteti dayanır. Bununla belə, dövlət büdcəsinin və həmçinin bütövlükdə ölkə iqtisadiyyatının neft-qaz resurslarından və eyniliklə onların dünya bazarlarındakı qiymət meyillərindən aslılılığını minimumlaşdırmaq məqsədi ilə büdcə xərclərinin artım tempi və ARDNF transfertləri arasında normativ təyinatda müqabil maliyyə mexanizminin işlənib hazırlanması da gərəkli hesab edilir. İl ərzində neftin dünya bazarındakı optimal qiymətlərinin müəyyənləşdirilməsi istiqamətində də alternativ hesablama mexanizmlərindən istifadə edilməsi də vacib sayılır.

Bütün bunlarla yanaşı, qeyd olunmalıdır ki, dövlət büdcəsinin formalaşmasında neft-qaz sektorunun əhəmiyyəti yalnız ARDNF hüdudları ilə məhdudlaşmır. Onun ARDNF istisna olmaqla büdcəyə vergi daxilomalarında payı yenə də dominant mövqedə dayanır. Hər il orta hesabla ARDNŞ tərəfindən 1,5-2,0 milyard manat həcmində dövlət büdcəsinə vergi ödənişləri həyata keçirilir. Bu həm ixraca yönələn və həm də daxili istehlakı təmin edən istehsal həcmləri ilə həyata keçirilir [16].

Aşağıda 2005-2011-ci illər üzrə ARDNŞ-in ixrac potensialını əks etdirən cədvəl verilmişdir:

 

Cədvəl 3

2005-2011-ci illər üzrə ARDNŞ-in ixrac potensialı

 

Göstəricilər

2005

2006

2007

2008

2009

2010

2011

1

Neft

1506,3

1403,4

1224,0

1229,6

2485,0

2247,4

2000,0

2

Avtomobil benzinləri

283,5

338,9

379,7

384,7

227,2

196,8

291,4

3

Nafta

14,0

30,0

0,0

0,0

0,0

43,1

0,0

4

Reaktiv mühərrik yanacağı

149,2

217,0

274,3

206,5

271,7

114,6

43,9

5

Dizel yanacağı

1224,9

1406,2

1407,0

1406,8

1435,0

1533,8

1174,2

6

Əmtəəlik soba mazutu

409,5

871,1

860,0

582,5

34,5

14,0

0,0

7

Mühərrik yanacağı

62,7

0,0

10,5

50,5

90,5

12,7

315,9

8

Sürtkü yağları,

27,9

45,2

44,5

41,8

32,1

78,0

53,6

9

Neft bitumu

32,1

17,8

21,9

28,8

13,5

14,0

11,6

10

Neft koksu,

10,0

61,4

76,5

161,3

119,8

389,9

206,4

11

Maye qazlar

23,7

46,1

36,4

82,2

92,0

133,3

133,9

 

Mənbə: http://www.socar.az, http://www.azstat.org məlumatları əsasında müəllif tərəfindən işlənmişdir.

 

Milli neft-qaz sektorunda inkişafın ölkədəki sosial-iqtisadi inkişafa təsirinə verği ödənişləri kontekstində yanaşdıqda görürük ki, bu sektor bütün vergi daxilolmalarının əhəmiyyətli hissəsini özündə cəm etmişdir.

2012-ci ildə də neft-qaz sektorunun dövlət büdcəsindəki payı əhəmiyyətli olaraq qalmaqdadır. Belə ki, 2012-ci ildə dövlət büdcəsinin gəlirləri 16,5 milyard manat, ÜDM isə real iqtisadi artım tempi 5,7% olmaqla 43,5 milyard manat nəzərdə tutulur. ÜDM-in qeyri-neft sektoruna aid hissəsinin 8,6%, neftin bir barelinin dünya bazar qiyməti 80$, inflyasiyanın səviyyəsinin isə 6% olacağı planlaşdırılır [13, 15]

Aparılan təhlil və araşdırmalar bir daha göstərir ki, Azərbaycanın fiskal (dövlət xəzinəsinə aid) gəlirlərinin əsasında onun neft-qaz sərvətləri dayanır. Müasir məqamda isə bunun üç mühüm mənbəyi ARDNŞ, AÇG nefti və Şahdəniz qazı təşkil edir. Məhz bu üç mənbə ölkənin ixrac potensialının güc amili olaraq xəzinəyə tutumlu valyuta axınlarını təmin edir. Bu gün Azərbaycanın neft-qaz sektorunun ixracatda payı 92-95% həcmində ifadə olunur. Bu isə ona əsas verir ki, yaxın 10-15 il ərzində neft-qaz sektorunda inkişaf dinamikasının davam etdirilməsi üçün strateji proqram təyinatlı vəzifələr işlənib hazırlanmalıdır. Belə olduğu təqdirdə ölkədə davamlı sosial-iqtisadi inkişafın təmin edilməsində neft-qaz sektorunun sanbalı daha da gücləndirilmiş olacaqdır.

 

3.Neft-qaz sektorunun davamlı inkişaf perspektivləri

Yaxın onillikdə ARDNŞ-də yataqların istismar müddətinin gödəlməsi ilə əlaqədar neft hasilatı və təchizatı sahəsində problemlərin yaşanması baş verəcəkdir. Bu təbii bir prosesdir. Belə ki, üzun bir əsrlik ekstensiv və intensiv metodlarla hasil edilən yataqlarda hasilatın tükənməsi qaçılmaz olacaqdır.

Məlumatlara görə, ölkədə neft təhvili hər il 1-2% azalma tempi ilə 2025-ci ildə 6,9 milyon tona qədər azalacaqdır. Bu dövr ərzində ölkə əhalisinin sayı 22% artaraq, hazırkı 9 milyon nəfərdən 2025-ci ildə 11 milyon nəfərə yüksələcəkdir. İqtisadiyyatın güclənməsi sosial effektləri bir qədər də artıracaq və insanların rifah halı daha da yaxşılaşacaqdır. Əlverişli sosial durum enerji tələblərinin də artması ilə müşayiət ediləcəkdir. Belə bir şəraitdə respublikada hazırda mövcud 1 milyondan çox avtomobilin sayı 2025-ci ildə orta hesabla 2 dəfə artaraq 2 milyon olacaqdır. Hazırda respublikanın hazırki sırf avtomobil benzininə olan tələbatı 1,1 milyon ton, dizel yanacağına tələb isə 1,2 milyon tondur. Hesblamalara görə, 2025-ci ildə benzin üzrə bu tələbat 80%, dizel yanacağı üzrə 2 dəfə artacaqdır. Bu tələbata uyğun neft emalının 50% artırılaraq hazırkı 6 milyon tondan 2025-ci ildə 9 milyon tona qədər yüksəldilməsi lazımdır. 2025-ci ildə isə avtomobil yanacağı üzrə neft emalı defisiti 2,5 milyon tona yüksələcəkdir. Belə vəziyyətdə neft-emalı zavodlarından neft-kimya sənayesinə nafta məhsulunun verilməsi də dayanacaqdır. Belə vəziyyət neft-qaz sektorunun məhsul verimi imkanlarına təsir göstərəcək və proses ÜDM-in artım templərində də əksini tapacaqdır. Bu təsir inkişaf ssenarisində çoxşaxəli ola bilir. İlk növbədə ARDNŞ-də neft hasilatının azalması onun kapitaltutumluğunda, valyuta daxilolmalarında əks olunacaq. Buradan da onun ölkədəki iqtisadi artıma neft sferasındakı təsiri məhdudlaşacaqdır. Digər tərəfdən, bu defisitdən respublikanın nəqliyyat sektoru əziyyət çəkəcəkdir və o özünün yeni təchizat sisteminin yaradılması zərurəti ilə qarşı-qarşıya qalacaqdır. Əlbəttə, ARDNŞ ÜDM strukturundakı neft itkilərini artan qaz istehsalı ilə dolduracaqdır. Baxmayaraq ki, neft hasilatının enməsi müəyyən qədər qaz hasilatına da təsir göstərəcəkdir. Bu kontekstdə xüsusi bir cəhəti diqqətə gətirmək gərəklidir ki, hazırda qlobal yanacaq-enerji balansında təbii qaz dominantlığı ələ almaqdadır. Dünya daha çox təbii qaz resursları istehlakı dövrünə qədəm qoyub. Bunu bəzən müasir bəşər sivilizasiyasının «Metan epoxası» da adlandırırlar. Vurğulandığı kimi, Azərbaycanın da təbii qaz ehtiyatları çox böyük potensiallıdır. Onun istifadə müddəti ən optimal görüntüdə 100 ildən də çox dövrü əhatə edə bilər. Biz bu resurslardan sosial-iqtisadi dirçəlişin davamlı təminatında daha çox faydalana bilərik.

Məlum olduğu kimi, «Əsrin müqaviləsi» çərçivəsində hasil olunan səmt qazının laya vurulduqdan sonra qalan hissəsi pulsuz olaraq Azərbaycan Respublikasına verilir. Bundan başqa «Sahdəniz» layihəsi üzrə də respublikaya pulsuz qaz təhvili həyata keçirilir.

 

 Aşagıdakı 2005-2011-ci illərdə qaz hasilatı, təhvili və ixracını əsk etdirən məlumatlar verilmişdir:

 

Cədvəl 4

 

Mənbələr

2005

2006

2007

2008

2009

2010

2011

Qazın hasilatı (milyon m3)

ARDNŞ

3 930,6

4 456,0

5 998,0

7 752,6

6 910,0

7 179,0

7 100,0

ABƏŞ

1 887,7

4 574,0

7 7030

8 442,0

10 590,0

12 275,0

11 700,0

Şahdəniz

-

14,8

3 264,0

7 210,8

6 245,0

6 893,0

6 700,0

Cəmi

5 818,3

9 044,8

16 965,0

23 405,4

23 745,0

26 347,0

25 500,0

Respublikaya qaz təhvili (milyon m3)

ARDNŞ

3 310,1

3 799,0

5 220,4

6 776,3

6 084,4

6 314,6

6 317,1

ABƏŞ

1 713,2

2 140,6

2 317,2

2 096,7

3 879,6

3 402,6

3 291,7

Şahdəniz

-

4,7

1 594,0

2 365,7

830,4

1 792,3

2 141,6

Cəmi

5 023,3

5 944,3

9 131,6

11 238,7

10 794,4

11509,5

11 750,4

ARDNŞ-dən qaz ixracı (milyon m3)

Gürcüstan

0,0

19,5

268,9

28,3

513,0

339,2

773,9

Rusiya

0,0

0,0

0,0

0,0

0,0

799,8

1 501,0

Cəmi

0,0

19,5

268,9

28,3

513,0

1 139,0

2 274,9

                 

Azərbaycan Respublikasında 2005-2011-ci illər üzrə qaz hasilatı, təhvili və ixracı

 

 

 

Mənbə: http://www.socar.az, http://www.azstat.org məlumatları əsasında müəllif tərəfindən işlənmişdir.

 

Bu yaxşı ssenari isə digər bir perspektivi qaynaqlandırır. Belə ki, respublikanın artan qaz potensialına rəğmən müasir iqtisadi reallıqlardan və ekoloji tələblərdən irəli gələrək, ondan daha səmərəli istifadə edilməsi və bu istiqamətdə müvafiq istehsal strukturlarının yaradılması zərurətini ortaya qoyur.

Növbəti inkişaf mərhələsi üçün milli neft strategiyamızın uzaq hədəflərindən irəli gələrək iqtisadiyyatımızın bütün sferalarında, xüsusən də qaz-enerji tutumlu yeni istehsal sahələrinin açılmasında, güclü qaz texnopolisinin yaradılmasında, qaz kimyası sənayesinin inkişaf etdirilməsində qaz resurslarından daha səmərəliliklə istifadə etməyə nail ola bilərik. Bununla belə, biz ölkə əhalisinə istehlak qazının müvafiq normativlər əsasında pulsuz verilməsini də təmin edə bilərik. Bu gün bu miqyas ildə 2-2,5 milyard m3 təşkil edir. Bizim təbii qaz ehtiyatlarımız isə bu həcmdən 1000 dəfədən də çoxdur. Belə olan təqdirdə, təbii qaz resurslarının hər bir ölkə vətəndaşına düşəcək payı daha ünvanlı təmin olunacaqdır. İqtisadi dillə desək, hər bir ölkə vətandaşı qaz rentası əldə edəcəkdir.

Hesablamalara görə, 2015-ci ildən başlayaraq ölkədə qaz təhvili həcmləri genişlənəcək və 2025-ci ildə indiki dövrə nisbətdə 3,5 milyard m3 (30%) artıq olacaqdır. 2017-2023-cü illərdə bu artım 45%-ə bərabər olmaqla, 2020-2021-ci illərdə pik həddə - 16 milyard m3-ə çatacaqdır[1]. Bu o deməkdir ki, yaxın 10-12 ildə respublikanın yanacaq-enerji balansında hər il orta hesabla 14-15 milyard m3 qaz resursu (orta hesabla 75:25 təbii və səmt qazı nisbətində) olacaqdır. Səmərəli istifadə perspektivliyi isə bütün həcmlərin emalını şərtli edir [15, 17].

Emal texnologiyasına görə təbii və səmt qazları qarışığının 85-90%-i məişətdə və eneji istehsalında istifadə edilən metan, digər hissəsini isə qaz-kimyasının qiymətli xammalları olan etan, propan və s. komponentlər təşkil edir [6, 9, 11]. Belə həcmdə səmərəli emalı isə istismar müddətini tam başa vurmuş, müasir texnoloji və ekoloji tələblərə cavab verməyən Qaradağ Qaz Emalı Zavodunda təşkil etmək mümkün deyildir. Ona görə də, respublikada müasir texnoloji normalara və təhvil alınan qaz həcmlərinə uyğun, ətraf mühitə zərər vurmayan yeni müasir tipli və ölçülü iri və kiçik istehsal həcmli yeni zavodlar tikilməli və onun qiymətli komponentli məhsulları əsasında qaz-kimya kompleksi yaradılmalıdır.

Ümumiyyətlə, respublikada neft-qaz emalı və neft-kimya sənayesinin yenidən təşkilində ölkənin mövcud və perspektiv karbohidrogen ehtiyatları potensialı dəqiqliklə nəzərə alınmalıdır. Belə ki, respublikada təhvil qazının yalnız 4-5 milyard m3-i emal müəssisəsinə göndərilir. Ona görə də, digər qaz həcmlərinin əraziyə gətirilməsi üçün əlavə magistral xətləri olmalı və bu kəmərlər təbii və səmt qazlarını müvafiq həcmdə və ayrılıqda qəbul edən qollar üzrə çəkilməlidir. İnşa edilən qaz emalı zavodları isə istehsal həcmləri genişləndirilə bilən texnoloji sistemdə qurulmalıdır. Növbəti onillik ərzində respuklikada qaz təhvili həcmi 14-15 milyard m3 arası dəyişəcəyinə rəğmən, onun tam emalını həyata keçirmək mümkün olduqda istehlak üçün hər il orta hesabla 12,5-14,5 milyard m3 təmizlənmiş qaz yaranacaqdır. Qalan hissə isə 1,2-1,4 milyon ton etilen-propilen xammalına bərabər olacaqdır ki, bunun da əsasında orta hesabla 1400-1600 min ton/il yüksək və aşağı sıxlıqlı polietilen, 100-150 min ton/il polipropilen və 70-80 min ton/il benzol istehsalını təşkil etmək mümkündür. Bundan başqa ildə 0,5 m3təbii qaz (metan) resursu bazasında orta hesabla 1 milyon ton azot gübrəsi (karbamid) buraxılışı və eyni həcmdə resursa istinadən metanol istehsalı da həyata keçirilə bilər. Bütün bu məhsullar yüksək ixrac qabiliyyətli olmaqla ölkə xəzinəsinə hər il milyon ABŞ dollarına bərabər xarici valyutanın daxil olmasını təmin edəcəkdir.

Bütün bu və ya digər məsələlər, işlənməsinə çox mühüm zəruri əsaslar olan enerji strategiyasında konseptual baxımdan həllini tapmalıdır. Enerji strategiyası milli iqtisadi və enerji təhlükəsizlikləri prinsiplərindən irəli gələrək, təbii enerji resursları və yanacaq-enerji potensialından səmərəli istifadə, onların ekologizasiyası, ölkənin geosiyasi rolu, dövlətin və enerji resurslarının istehsalçı və istehlakçısı olan təsərrüfat subyektlərinin maraqları, YEK-in perspektivini, respublikanın və regionların iqtisadi inkişafını nəzərə alan normativ-hüquqi və maliyyə-iqtisadi mexanizmlər yaradılmaqla işlənilməlidir.

Bütün bunlardan irəli gələrək və həmçinin milli enerji müstəqilliyini dolğunlaşdırmaq və enerji təhlükəsizliyini daha təminatlı etmək üçün real bazar iqtisadiyyatı ölkələrində olduğu kimi, Azərbaycanda uzun müddətləri əhatə edən enerji strategiyasının hazırlanması olduqca zəruri və mühümdür. Bu zərurətlilik neft-qaz sektorunun iqtisadiyyatındakı əhəmiyyəti, enerji resurslarının xalq təsərrüfatının həyatqabiliyyətli bütün sahələrində aparıcı və həlledici rolu, neft-qaz infrastrukturunun modernləşməsi, ekoloji fonun yaxşılaşdırılması və sosial rifahın daha da yüksəlişi, həmçinin əsaslı dərəcədə də Azərbaycanın artan geostrateji potensialı və dünya enerji bazarlarının qloballaşması tələblərində ifadəsini tapır. Analoji enerji strategiyaları ölkənin modernizasiyası və inkişafı proqramının ayrılmaz hissəsini təşkil edərək qardaş Türkiyədə, Rusiyada, Çin Xalq Respublikasında, əlahiddə, 2030-cu ilədək dövrə hesablanmış Ukraynada və digər ölkələrdə yeni quruluşda həyata keçirilməkdədir. ÜmumAvropa məkanında isə enerji strategiyası 50 ölkənin təmsil olunduğu «Enerji Xartiyası»nda birləşir. Enerji strategiyası regional kontekstdə Şanxay Əməkdaşlıq Təşkilatı ölkələrinin də assosiativ maraqlarının özəyində yer almışdır [18, 19].

Qeyd olunmalıdır ki, Rusiyanın yanacaq enerji kompleksi öz gücünә görә dünyada 2-ci yeri tutur. Ölkәnin gәlirinin 2/3 hissәsi bu kompleksin hesabına әldә olunur. Rusiyada energetika strategiyası ölkәnin dirçәlişini tәmin edәcәk iqtisadi doktrinanın tәmәlini vә özәyini tәşkil edir. Belә yanaşma Azәrbaycana da adekvat olmalıdır. Çünki büdçəyә daxilolmaların 50%-dәn çoxu bizdә dә bu kompleksin üzәrinә düşür. İqtisadiyyatımızın müһәrriki һәlә ki, әsasәn neftlə һәrәkәtә gәlir [14].

Milli Enerji Strategiyası təbii enerji resurslarının və yanacaq-enerji potensialının ölkənin iqtisadi məkan bütövlüyündə rolunu, onun siyasi, makroiqtisadi, elmi-texniki inkişafına zəmin yaradan əhəmiyyətliliyini nəzərə alaraq konkret dövr üçün məqsəd və vəzifələri olan dövlətin enerji siyasəti sənədi rolunda çıxış edir. Ona görə də, onun hazırlanması istiqamətində dövlət tərəfindən çox mühüm olan kompleks tədbirlərin həyata keçirilməsi zəruridir. Bütün bunlar üçün isə indidən müəyyən tədbirlərin görülməsi vacib hesab olunur. İlk növbədə, respublika iqtisadiyyatının daha optimal inkişafı və səmərəliliyin artırılması istiqamətində enerji effektivliyi üzrə dövlət proqramları hazırlanmalı və həyata keçirilməlidir. Enerji ishehlakında genişliklə enerji qənaətcil texnologiyalar, innovasiyalar tətbiq olunmalı, avtomobil təsərrüfatı az enerji məsrəfli sistemdə fəaliyyət göstərməlidir. Bədbin inkişaf ssenarisində 2015-2025-ci illərdə yaranacaq 1,0-2,5 milyon ton neft defisitinin aradan qaldırılması üçün xam neftin, hazır avtomobil yanacaqlarının xaricdən alınması və həmçinin AÇG-də olan pay neftinin bir hissəsinin emala yönəldilməsi nəzərdən keçirilə bilər.

Bir məqam da xüsusi ilə qeyd olunmalıdır ki, respublikamızda neft və qaz resursları ilə yanaşı kondensat da çıxarılır. Hazırda ölkəmizin dəniz yataqlarından ildə orta hesabla 400 min ton kondensat hasil olunur. Bu həcmlər mövcud yığım sistemində digər quyuların nefti ilə qarışdırılaraq sahilə çıxarılır. Dənizdən quruya kondensat nəqli ayrıca olmaqla yalnız Şahdəniz yatağında həyata keçirilir. Bu məhsul da sahildə AÇG nefti ilə Səngəçal terminalında qarışdırılaraq BTC xətti ilə Ceyhana nəql olunur. Göründüyü kimi, bu qiymətli karbohidgen məhsulundan da səmərəli istifadə olunmur. Ona görə də kondensatla bağılı ayrıca nəql sistemləri yaradılmalı və bu resurs hesabına da kimya məhsulu istehsalları təşkil edilməlidir. Ümumiyyətlə, respublikanın mövcud neft emalı və neft-kimya sənayesi müəssisələrində istehsal güclərinin optimallaşdırılması, məhsulların keyfiyyətinin artırılması və assortimentin genişləndirilməsi, aralıq məhsul istehsalından son ishehlak tələbli məhsul buraxılışına keçid üçün əsaslı rekonstruksiya işləri aparılmalı və yeni istehsal sahələri tikilib istismara verilməlidir.

  4.Nəticələr

Aparılan təhlili araşdırmalar göstərir ki, Azərbaycanda neft-qaz sektorunun inkişafıının sosial-iqtisadi inkişafa təsiri mühümdür. Ona görə də, enerji təhlükəsizliyi və həm də iqtisadi təhlükəsizlik baxımından yaxın onillikdə neft-qaz resurslarından səmərəli istifadənin optimal senarilərinin işlənilməsi və həyata keçirilməsi olduqca vacibdir. Bu mühüm strateji əhəmiyyəti bir daha dəyərləndirərək aşağıdakı üç mühüm nəticəlik əsaslandırılaraq təsbit edilir:

  1.               I.     Milli neft-qaz sektorunun resurs bazası və potensial imkanların təhlili, qiymətləndirilməsi üzrə əsaslandırmalar göstərir ki, milli neft-qaz sektorunun resurs bazası neft üzrə 2050-ci ilə qədər, təbii qaz üzrə isə əsrin sonuna qədər kifayət edəcəkdir.
  2.            II.     ÜDM ilə neft-qaz sektoru və qeyri-neft sektoru arasında statistik xətti əlaqədə korrelyasiya nisbətlərini əmsal ifadəsində qiymətləndirilərək müəyyən edilmişdir ki, bütün istehlak indekslərinin əsasən qorunub saxlanıldığı son 15 il ərzində neft-qaz sektorunda baş verən artım aparıcı xarakterdə olmuş və ümumilikdə respublika üzrə ÜDM-in inkişafında başlıca rol oynamışdır. Digər tərəfdən neft-qaz sektorunun artım tempinin qeyri-neft sektoruna korrelyasiyasında da dominantlığın neft-qaz sektoruna məxsusluğu əsaslandırılmışdır.
  3.         III.     Milli neft-qaz sektorunun inkişafında əsas problemlər kimi, köhnə yataqlarda hasilatın tükənməsi və bu istiqamətdə aparılan investisiya əməliyyatlarının artırılması, ümumilikdə isə YEK-in modernizasiyasının sürətləndirilməsi aspektləri təsbit olunmuşdur.

Milli neft-qaz sektorunun inkişaf perspektivləri ilə bağlı təhlili araşdırmalar bir daha yəqinlik verir ki, 2013-2015-ci illər üzrə respublikada iqtisadi artımın 5-7% orta illik tempi ilə 2015-ci ildə ÜDM artımı orta göstəricidə 53-55 milyard manata yüksələcəkdir. Neft-qaz sektorunda artım isə (orta dünya inkişaf neft-qaz qiymətlərində) hesablamalara görə ÜDM artımı ilə biçimli ssenaridə üst-üstə düşəcək, daha optimist ssenaridə isə 2-4% olmaqla onu üstələyəcəkdir. Belə vəziyyətdə isə qeyri-neft sektorunda yüksək dinamizm meyillərinə nail olunmayacağı təqdirdə respublikada 2015-ci ilə qədər iqtisadi artım yenə də neft-qaz sektorundakı artım ilə yanaşı addımlayacaqdır. Sonrakı mərhələlərdə isə neft hasilatının azalması ilə bu nisbətlər bir qədər mülayimləşəcəkdir. Nəzərə alınırsa ki, 2020-2040-cı illərdə ölkədə qaz hasılatında yetərli artımlar gözlənilir, onda bu parelellik həmin müddət ərzində də müəyyən qədər müşahidə ediləcəkdir.

 

Ədəbiyyat siyahısı

1.

Əliyev H.Ə. Azərbaycan nefti dünya siyasətində. Bakı, 1997, s.478.

2.

Hacızadə E.M. Neftqazçıxarma kompleksinin iqtisadi inkişaf modeli, Bakı: Elm, 2002. 472 s.

3.

Hacızadə E.M., Abdullayev Z.S. Neft təsərrüfatının iqtisadi strukturunun modernizaziyası. Bakı: Elm, 2003, 512 s.

4.

Hacızadə E.M. Sosiallaşan iqtisadiyyat. Bakı: Elm, 2006, 509 s.

5.

Müstəqil Azərbaycan - 20. Azərbaycan Respublikasının Dövlət Statistika Komitəsi. Bakı: «9 №-li kiçik müəssisə» 2011, 640 s.

6.

Səfərov Q.Ə., Dadaşova K.S. Neft-qaz kompleksində məhsulun keyfiyyəti və rəqabətqabiliyyətliliyi. Bakı: Elm,  2011, 224 s.

7.

Алиев И.Г. Каспийская нефть Азербайджана. М.: Известия, 2003, 798 с.

8.

Мирзаджанзаде А.Х., Султанов Ч.А. Этюды нефтяной концепции Азербайджана. Баку, 1994, 100 с.

9.

Остальский A. Нефть: Сокровище и Чудовище. M.: Амфора. 2009, 256 c.

10.

Носова С. С. «Экономическая теория. М.: «ВЛАДОС», 2007, 272 с.

11.

Природный газ (под ред. Р.Басби). М.: ЗАО «Олимп-Бизнес». 2003, 240 с.

12.

Самедзаде З.А «Этапы большого пути - Экономика Азербайджана за полвека, её новые реалии и перспективы». Баку: Издтельско-Полиграфический Центр «НУРЛАР», 2004, 936 с.

13.

www.president.az - Azərbaycan Respublikası Prezidentinin rəsmi saytı.

14.

www.azstat.org - Azərbaycan Respublikası Dövlət Statistika Komitəsi.

15.

www.socar.com - ARDNŞ

16.

www.oilfund.az - ARDNF

17.

www.elshanhajizadeh.com - prof. Elşən Hacızadənin saytı.

18.

www.bp.com - BP-Azərbaycan.

19.

www.europa.eu.int - Avropa İttifaqı.

 

 167.Neft-qaz sektorunun sosial-iqtisadi inkişafa təsirinin təhlili və qiymətləndirilməsi. Azərbaycan Milli Elmlər Alademiyasının məruzələri. Bakı: Elm, Tom LXVIII Cild № 3, 2012, 1.0 ç.v.

 

 



[1] Ümid, Babək, Abşeron, Asiman və digər bu kimi yeni yataqların tammiqyaslı məhsul verimi bu müddətlərdən sonraya təsadüf edəcəyindən, onlar hesablamalarda nəzərə alınmamışdır.