Arxiv
Faydalı linklər
Azərbaycan Respublikası Prezidentinin İşlər İdarəsinin Prezident Kitabxanası
"Azərbaycanın vergi jurnalı" resenziyalı elmi jurnal
AMEA - Azərbaycan Milli Elmlər Akademiyası
AMEA İqtisadiyyat İnstitutu
Azərbaycan Dövlət İqtisad Universiteti
Azərbaycan Milli Kitabxanası
Azərbaycan kommersiya bankları haqqında informasiya portalı
İqtisadiyyat qəzeti
Məqalələr / NÜVƏ ENERGETİKASI: EKOLOJİ-İQTİSADİ DƏYƏRLƏNDİRMƏLƏR VƏ İNKİŞAF PERSPEKTİVLƏRİ
UOT 338.2:620.9 (479.24)
Hacızadə Elşən Mahmud oğlu
i.e.d., prof. Azərbaycan Dövlət İqtisad Universiteti
Az 1001, İstiqlaliyyət küçəsi 6
Xülasə
Tədqiqatın məqsədini müasir qloballaşma şəraitində nüvə energetikasının özəlliklərinin texniki-texnoloji, ekoloji-iqtisadi göstəricilərinin dəyərləndirilməsi və milli energetikanın inkişafinda bu enerji seqmentindən istifadə perspektivliyinin mühüm cəhətlərinin analitik təqdimatı təşkil edir.
Tədqiqatın metodologiyası təhlilin amilli, qiymətləndirmə və statistik metodlarına əsaslanır.
Tədqiqatın nəticələri qloballaşma şəraitində nüvə energetikasının təhlükəsizlilik aspektlərinin texniki-texnoloji və ekoloji-iqtisadi kontekstdə dəyərləndirilməsi və milli enerji təhlükəsizliyinin təminatı mənbələrinin şaxələndirilməsi istiqamətində ondan səmərəli istifadənin perspektivliyinin əsaslandırılması tədqiqatlarından ibarətdir.
Tədqiqatın məhdudiyyətləri sırasında əsasən mövzu predmetinin informasiya bazasının, iqtisadi və statistik göstəricilər sisteminin məhdud və konfidensial xarakterliyi önə çəkilir.
Tədqiqatın praktiki əhəmiyyəti: milli enerji təhlükəsizliyinin təminatı istiqamətində nüvə energetikasına keçidin konseptual əsaslarının qiymətləndirilməsində elmi mənbə kimi istifadə imkanı.
Tədqiqatın orijinallığı və elmi yeniliyi:qlobal çağrışlardan irəli gələrək, ilk dəfə milli energetikanın inkişafinda nüvə enerjisindən istifadə perspektivliyi texniki-texnoloji və ekoloji-iqtisadi aspektdə təhlil edilmiş və qiymətləndirilmişdir.
Açar sözlər: iqtisadi siyasət, nüvə energetikası, enejri təhlükəsizliyi, vergiqoyma, Azərbaycan iqtisadiyyatı
1.Giriş
Qlobal enerji balansında müasir mərhələdə baş verən pozitiv dəyişikliklərin dünya energetikasının yeni inkişaf mərhələsinə daxil olduğunu göstərir. İnkişaf etmiş yüksək enerjitutumlu industrial dövlətlər dərinləşən bu balans dəyişikliklərinə müvafiq olaraq energetik siyasətlərində əsaslı korrektələr edirlər. Hətta nəhəng neft-qaz ehtiyatarına malik OPEK ölkələri belə, bu məsələdə aktivlik göstərirlər.
Formalaşan yeni reallıqlar yetərli neft-qaz ehtiyatlarına malik olan respublikamızda da belə bir strategiyaya keçid məqamının yaxınlaşdığını əsaslandırır. Belə ki, Azərbaycanda enerji istehsalı əsasən karbohidrogen yanacağından istifadə əsasında inkişaf edir. Karbohidrogen ehtiyatları tükənən olduğundan təbii ki, bu proses sonsuz ola bilməz. Dərk edilən bu aydın həqiqət hazırkı miqyaslı karbohidrogen ehtiyatlarına istinadən ölkədə milli neft fondunun (Azərbaycan Respublikasının Dövlət Neft Fondunun - ARDNF) təsisini şərtləndirmişdir [1. 8, 26]. ARDNF-in əsas vəzifəsi respublikamızın vətəndaşlarının bu günkü və gələcək nəsillərinin mənafeyi naminə neft və qaz ehtiyatlarının kəşfiyyatı və işlənməsi sahəsində bağlanmış sazişlərin həyata keçirilməsinin və fondun öz fəaliyyəti nəticəsində əldə olunan valyuta və digər vəsaitlərin yığılmasını və səmərəli idarə olunmasını təmin etməkdir. Bununla belə, bir mühüm cəhət də yaddan çıxarılmamalıdır ki, dünya iqtisadiyyatı enerji tutumludur və onun gələcəyini də bu qaynaqdan kənarda təsəvvür etmək çətindir. Eyni ilə inkişaf edən Azərbaycan iqtisadiyyatı da perspektivdə daim enerji tələbli olacaqdır. Ona görə də, müasir neft kapitalının yetərli bir hissəsinin respublikanın fasiləsiz enerji təminatçısına çevrilən yeni enerji mənbələrinin inşasına səfərbər edilməsinə zərurət yaranır. Bundan irəli gələrək, Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin 21 oktyabr 2004-cü il tarixli sərəncamına əsasən «Azərbaycanda alternativ və bərpa olunan enerji resurslarından istifadə olunması üzrə dövlət proqramı» həyata keçirilir. Artıq bu sahədə müvafiq dövlət təsisatı yaradılmış, Qobustan rayonunda 5 MVt gücündə hibrid tipli günəş-külək elektrik stansiyası, Ölçü Müşahidə-Nəzarət stansiyası və Təlim-Tədris Mərkəzi tikilib istismara verilmişdir, ölkənin digər regionlarındakı (Sumqayıt, Abşeron, Bakı və s.) alternativ enerji mənbələrindən istifadə edilməsi layihələri həyata keçirilir və bu layihələrin gələcəkdə daha da geniş vüsət alacağı gözlənilir [21].
Hazırda nüvə energetikasından istifadə ilə bağlı da ölkəmizdə elmi araşdırmalar aparılırr, tədqiqat nüvə reaktorunun layıhələndirilməsi, müvafiq elmi-tədqiat mərkəzinin yaradılması işləri yerinə yetrilir. Göründüyü kimi nüvə enerjisindən istifadə məsələsi ölkəmizdə də aktual səciyə daşıyır və onun gələcək strateji məqsədlərində yer alır. Bunları əsas götürərək məqalədə müasir qloballaşma şəraitində nüvə energetikasının özəlliklərinin texniki-texnoloji, ekoloji-iqtisadi dəyərləndirilməsi və milli energetikanın inkişafinda bu enerji seqmentindən istifadənin perspektivliyinin mühüm cəhətlərinin analitik təqdimatı məqsəd olaraq qarşıya qoyulmuşdur.
2.Elektrik enerjisi istehsalı: texniki və iqtisadi parametrlər
Alovun energetik gücünün aşkarlanması bəşər sivilizasiyasının bənzərsiz nailiyyətlərindən biri olmuşdur. Elə bu gün də qida, su, hava və torpaqla yanaşı, energetik qaynaq da insanlar üçün başlıca yaşayış zərurətlərindəndir. Energetik sivilizasiyanın ilk çağlarında dünya yanacaq balansında uzun illər - tam XIX əsrə qədər əsas məhsul kimi oduncaq çıxış etmişdir. Bununla belə, min illər öncə neftdən də müvafiq məqsədlər üçün istifadə olunduğu bəlli idi. Ötən iki əsr ərzində dağ-mədən sənayesində, metallurgiyada və digər sənaye sahələrində vüsətlənən istehsal meyilləri daş kömürdən istifadəyə əsaslı keçidə rəvac verdi. Yüksəliş tapan elmi-texniki tərəqqi, daxiliyanma mühərriklərinin və həmçinin enerjitutumlu sənaye komplekslərinin yaranışı öz növbəsində neft erasının təşəkkülünə gətirdi. Neftin sənaye tətbiqi texniki-iqtisadi səmərələrlə müşayiət edilirdi. Bu isə öz növbəsində, neftin kəşfiyyat və hasilatını sürətləndirirdi. Daha dinamik sürət XX əsrdə təşəkkül tapdı. Statistik məlumatlara görə, 1910-cu ilin dünya yanacaq-enerji balansında daş kömür 65%, oduncaq 16%, bitki və heyvan mənşəli tullantılardan istifadə 16% idisə, bu pay neft üzrə cəmi 3% təşkil etmişdi. Balansda təbii qaz, demək olar ki, yox idi. XX əsrin 30-cu illərində vəziyyət bir qədər dəyişdi. Bu balansda daş kömürün payı 55%-ə endi, neftin payı 15%-ə, təbii qazın payı isə 3%-ə qalxdı. 1965-ci ildə dünya yanacaq-enerji balansına yeni güc - nüvə enerjisi daxil oldu. Hazırda qlobal yanacaq-energetika balansında nüvə energetikası 6-7% həddindədir [22, 23].
Hazırda hər il dünyada 110-120 milyard kVts elektrik enerjisinə ekvivalent 15-16 milyard ton şərti yanacaq müxtəlif növ enerji növlərinə çevrilir. Hazırda dünyada 21876 milyard kVts elektrik enerjisi istehsal olunur. Bu balansda karbohidrogen əsaslı resurslar yarıdan çox paya malikdir. Bununla belə, dünya əhalisinin 1/3-nin elektrik enerjisinə çıxışı tamam yox, digər 1/3-nin isə məhdud şəkildədir. Əlbəttə, məhdudiyyətlər hər il azalmağa meyillidir. Digər tərəfdən isə, tələb yüksəlişləri mövcuddur. Proqnozlara görə, 2050-ci ildə elektrik enerjisinə olan tələbat 3 dəfə artacaqdır. Lakin istehsal artımı isə 2 dəfədən çox olmayacaqdır [22].
Elektrik enerjisi istehsalında əsasən ənənəvi istilik və su elektrik stansiyalarından geniş istifadə olunur:
1.İstilik Elektrik Stansiyalarında - (İES) karbohidrogenlərin yandırılması nəticəsində alınan istilik enerjisi vasitəsilə su qızdırılmış istilikdaşıyıcıya (buxara) çevrilir, o isə öz növbəsində enerjisini elektrik cərəyanı generatorununun rotorunu hərəkətə gətirən turbinə verir və elektrik enerjisi istehsal olunur. İstilik Elektrik Stansiyalarının 60%-i daş kömürlə işləyir ki, bu göstərici CAR-da 100%, Avstraliyada 75%, Almaniya və ABŞ-da isə 50%-dən çoxdur. Son illərdə İstilik Elektrik Stansiyalarında qaz resurslarından istifadə genişlənməkdədir.
2.Su Elektrik Stansiyalarında - (SES) xüsusi təyinatlı böyük diametrli borular vasitəsilə sürətlə axan suyun turbini hərəkətə gətirməsi nəticəsində elektrik enerjisi istehsal edilir. Dünyada ən iri SES Çində Yansızı çayı üzərində inşa edilmişdir. Bu stansiyanın gücü 22,4 min MVt-dir. Parana çayı üzərində (Braziliya - Paraqvay) olan «İtaypu» SES-inin gücü isə 18 min MVt-dır [3, 22, 23, 28].
Yeni enerji alternativlərinin palitrası isə geniş spektrlidir. Burada hazırda ənənəvi energetik mənbələrlə (biokütlə, oduncaq, neft, qaz, daş kömür, yanar şist, torf, nüvə ) yanaşı yeni enerji alternativləri (günəş, külək, geotermal, hidrogen, dalğaların, dənizlərin qabarma və çəkilməsi enerjisi) də yer alır. Lakin enerji istehsalının optimallaşdırılması istiqamətində geniş miqyaslı elmi tədqiqat işlərinin aparılmasına baxmayaraq energetikanın yeni inkişaf mərhələsində təbii enerji resurslarının payı yenə də yüksək olaraq qalmaqdadır. Hazırda dünya energetikasında əsas yeri üzvi yanacaqla işləyən İES-lər tutur ki, onlarında istehsal olunan elektrik enerjisində payı müvafiq bölgüdə təqribən 60%-dən çox SES-lərin bu bölgüdə payı 20%, Atom Elektrik Stansiyalarının (AES) isə 16% həcmindədir. [13, 17, 28].
Bütün bunlarla yanaşı hazırda tədqiqatlar bərpa olunan enerji mənbələrindən səmərəli istifadə perspektivliyinə yönəlmişdir. Lakin müvafiq istiqamətdə texnoloji, rentabellilik və sair bu kimi bir sıra spesifik problemlər hələ də qalmaqdadır. Belə ki, çaylar və termal enerji mənbələri planetin fasiləsiz enerji təminatına o qədər də adekvat deyildir. Bir sıra mülahizələrə görə artan su anbarları yer kürəsinin hərəkət ritminə təsirir göstərərək planetar təhlükə yaradır. Külək enerjisinin (külək vasitəsilə pər rotoru hərəkətə gətirərək elektrik cərəyanının yaranmasına səbəb olur) ənənəvi enerji mənbələrinə nisbətdə coqrafi, güc və iqtisadi rəqabətqabiliyyətliliyi hələ ki üstünlük ala bilmir. Günəş enerjisi (Günəş enerjisinin fotoelementlər vasitəsilə birbaşa elektrik enerjisinə çevrilməsi) ilə bağlı da hələ ki, çoxsaylı problemlər mövcuddur.
Bir cəhəti də xüsusi olaraq vurğulamaq lazımdır ki, nəqliyyatla təsərrüfat həyatının digər sahələrinin energetik istehlak payı yetərli fərqlidir. Belə ki, bütün avtomobillər elektrik stansiyalarında istehsal olunan enerjidən 2 dəfə çox resurs istehlak edir. Hidrogendən (H) yanacaq kimi istifadə edilməsi də prioritet məsələdir. Məlumdur ki, hidrogen kainatda ən geniş yayılmış maddədir. Planetdə intəhasız həcmdə yayılmış su (H2O) molekulunu parçalamaqla hidrogen almaq olar. Eyni zamanda metanın (CH4) parçalanmasından da hidrogen əldə edilir. Lakin hər iki halda proses enerji tutumlu olduğundan geniş sənaye istehsalında yerini tapmamışdır. [6, s. 235-244].
Alternativ enerji mənbələrinin axtarışı və ram edilməsi ilə yanaşı, mövcud resursların səmərəli istifadəsi və istismarı sahəsində də tədqiqatlar davam etdirilir. Son zamanlar neft və qazın alternativi kimi, ekoloji baxımdan üstün hesab edilən etanoldan geniş istifadə edilir. Etanol adi şərab spirtidir (C2H5OH). Onu istənilən şəkər tutumlu xammaldan - şəkər qamışı və çuğunduru, oduncaq, qarğıdalı, buğda, arpa və digər bu kimi bitkilərdən almaq mümkündür. Bir ton qarğıdalıdan 400 litrdən artıq etanol alınır. Hazırda dünyanın bir çox ölkələrində etanol istehsalı avtomobil yanacağı sferasına daxil olmuş və proses yeni hibrid yanacaqlı avtomobillər nəslini ərsəyə gətirmişdir. Bu məqsədlə dünyada əsasəndə nəhəng şəkər qamışı plantasiyaları olan Cənubi Amerika ölkələrində minlərlə xüsusi etanol satışı ilə məşğul olan yanacaqdoldurma məntəqələri fəaliyyət göstərir (məs. Braziliyada avtomobillərin təqribən 40%-i etanolla işləyir) [2, 22, 28]. Lakin yeyinti məhsullarından yanacaq kimi istifadə edilməsinin dünyada ərzaq qıtlığına səbəb ola biləcəyi ehtimalının mövcudluğundan bu məsələyə mütəxəsislər ehtiyatla yanaşırlar.
Analitik şərhi verilən bu perspektiv enerji alternativləri göstərir ki, bəşər sivilizasiyasının enerji təhlükəsizliyi heç də ümidsiz deyildir və bu istiqamətdə elmi tədqiqatlar daha geniş vüsət alır, miqyaslı investisiya layihələri həyata keçirilir. Dünya energetikasının aparıcı dövlətləri əlverişli və rentabelli enerji növü olaraq nüvə enerjisinindən istifadəni optimallaşdırır və investisiyaların önəmli hissəsi problemin ən səmərəli elmi həllinə yönəldilir.
3.Nüvə energetikası: reallıqlar və perspektivlər
Nüvə enerjisi bir çox ölkələrin energetik balansının əsas hissəsini təşkil edir. Belə ki, hazırda Fransa elektrik enerjisi istehsalında, demək olar ki, neftdən istifadə olunmur. Burada AES-lər ölkə elektrik enerjisinin 77,7%-ni verir. Enerji istehsalında AES-lərin pay əhəmiyyətinə görə üstün olaraq Ukrayna (45%), Almaniya (32%), Yaponiya (25%), İngiltərə (23,7%), ABŞ (19,3%) və Rusiya (16,5%) fərqlənirlər. Yeni irəliləyiş templəri əldə edən Çin Xalq Respublikasında isə bu pay hələlik 2,2% təşkil edir [22, 24, 29].
İlk nüvə reaktoru Enriko Ferminın (1901-1954) rəhbərliyi ilə 1942-ci ildə Çikaqoda yaradılmışdır. İtaliyadan ABŞ-a mühacirət edən E.Fermi ilk uran-qrafit tipli nüvə reaktorunu inşa etmiş (45 ton təbii urandan və 450 ton qrafitdən ibarət) və onda müvafiq nüvə reaksiyasını həyata keçirmişdir. E.Fermi ilə yanaşı, bu sahədə həm birlikdə və həm də ayrı-ayrılıqda çoxsaylı elmi simalar fəaliyyət göstərmiş, XX əsrin böyük tarixi dönüş reallığını bəşəriyyətin ümumi xidmət və istifadəsinə təqdim etmişlər [2, 15, 28].
Atom enerjisinə əsaslanan ilk sənaye əhəmiyyətli enerji qurğusu isə 1954-cü ildə keçmiş SSRİ-nin Obninsk şəhərində 5MVt gücündə AES-in istifadəyə verilməsi ilə təşəkkül tapmışdır. İkinci sənaye əhəmiyyətli 46 MVt gücündə AES 1956-cı ildə Böyük Britaniyada, növbəti ildə isə ABŞ-da 60 MVt gücündə AES fəaliyyətə başlamış və bununla da atom enerjisindən dinc məqsədlər üçün istifadənin əsası qoyulmuşdur. Artıq ötən əsrin 80-ci illərində dünyada reaktorların sayı artaraq 300-ü ötmüş və ümumim gücü 200 min MVt-ı haqlamışdır. Hazırda isə 33 ölkədə ümumi gücü 375 min MVt olan 442 nüvə reaktoru fəaliyyət göstərir. Burada istehsal olunan elektrik enerjisini həcmi 2011-ci ildə 2700 milyard kVt/saat təşkil etmişdir. Enerji gücü baxımından nüvə elektroenergetikası üzrə dünyada ABŞ (836,63 mlrd kVt.s/il), Fransa (439.73 mlrd kVts/il), Yaponiya (263,83 mlrd kVts/il), Rusiya (160,04 mlrd kVts/il), Cənubi Koreya (142,94 mlrd kVts/il) və Almaniya (140,53 mlrd kVts/il) liderlik edirlər [9, 23].
Aşagıda ayrı-ayrı ölkələr üzrə nüvə energetikası ilə bağlı məlumatları əks etdirən cədvəl verilmişdir:
Cədvəl 1
Dünya nüvə energetikası (2011-cü il)
№ |
Ölkə |
Fəaliyyətdə olan |
İnşa edilən |
|||
Reaktorların sayı |
Ümumi güc (MVt) |
Reaktorların sayı |
Ümumi güc (MVt) |
|||
1 |
ABŞ |
104 |
100,747 |
1 |
1,165 |
|
2 |
Fransa |
58 |
63,130 |
1 |
1,600 |
|
3 |
Yaponiya |
54 |
46,823 |
2 |
2,650 |
|
4 |
Rusiya |
32 |
22,693 |
11 |
9,153 |
|
5 |
Koreya Respublik |
21 |
18,665 |
5 |
5,560 |
|
6 |
Hindistan |
20 |
4,391 |
5 |
3,564 |
|
7 |
Böyük Britaniya |
19 |
10,131 |
2 |
1,900 |
|
8 |
Kanada |
18 |
12,569 |
x |
x |
|
9 |
Almaniya |
17 |
20,490 |
x |
x |
|
10 |
Ukrayna |
15 |
13,107 |
2 |
1,900 |
|
11 |
Çin |
13 |
10,048 |
27 |
27,230 |
|
12 |
Tayvan |
6 |
4,980 |
2 |
2,600 |
|
13 |
İsveç |
10 |
9,303 |
x |
x |
|
14 |
İspaniya |
8 |
7,514 |
x |
x |
|
15 |
Belçika |
7 |
5,926 |
x |
x |
|
16 |
Çexiya |
6 |
3,722 |
x |
x |
|
17 |
İsveçrə |
5 |
3,238 |
x |
x |
|
18 |
Finlandiya |
4 |
2,716 |
1 |
1,600 |
|
19 |
Macarstan |
4 |
1,189 |
x |
x |
|
20 |
Slovakiya |
4 |
1,792 |
2 |
782 |
|
21 |
Bolqarstan |
2 |
1906 |
2 |
1906 |
|
22 |
Brazilya |
2 |
1,884 |
1 |
1,245 |
|
23 |
CAR |
2 |
1,800 |
x |
x |
|
24 |
Meksika |
2 |
1,300 |
x |
x |
|
25 |
Ruminiya |
2 |
1,300 |
x |
x |
|
26 |
Argentina |
2 |
935 |
1 |
692 |
|
27 |
Pakistan |
2 |
425 |
1 |
300 |
|
28 |
Sloveniya |
1 |
666 |
x |
x |
|
29 |
Hollandiya |
1 |
487 |
x |
x |
|
30 |
Ermənistan |
1 |
375 |
x |
x |
|
31 |
Litva |
2 |
2370 |
1 |
900 |
|
32 |
İran |
x |
x |
1 |
915 |
|
33 |
KXDR |
x |
x |
1 |
1040 |
|
Cəmi |
442 |
374 958 |
65 |
63 762 |
||
Mənbə: http://www.iaea.org saytının məlumatları əsasında müəlliflər tərəfindən işlənmişdir.
Bundan başqa dünyanın 56 ölkəsində 250-yə qədər təcrübə reaktoru, təqribən 140 suüstü və sualtı gəmini hərəkətə gətirən 180 nüvə energetik reaktoru fəaliyyət göstərir.
4.Atom Elektrik Stansiyaları: texnoloji sistem və iş pirsipi
Atom Elektrik Stansiyası nüvə enerjisini elektrik enerjisinə çevirən mürəkkəb qurğudur. AES-lər bir, iki və üç dövrəli (konturlu) olur. İş prinspinə görə AES-ləri istilik elektrik stansiyalarına aid etmək olar. Stansiyada yüksək temperaturlu buxar karbohidrogenlərin yandırılmasından deyil idarə olunan nüvə reaksiyası zamanı ayrılan istiliyin hesabına əldə edilir. Bu qurğuda istilikayırıcının, istilik daşıyıcının, turbin və elektrik cərəyanı generatorunun ümumi işi nəticəsində elektrik enerjisi istehsal edilir.
Nüvə reaktorunda - güclü mühafizəedici təbəqə ilə əhatələnmiş şaquli slindirvari qurğuda idarə olunan nüvə reaksiyası zamanı uran-235 atomu (92U235 izotopu) sərbəs neytronla qarşılıqlı təsirdə olaraq hissələrə bölünür. Bu zaman bölünən hər bir atomdan yeni neytronlar meydana çıxır və bu neytronlar öz növbəsində başqa atomlarla qarşılıqlı təsirdə olaraq onların bölünməsinə səbəb olur. Nəticədə daha böyük miqdarda neytron seli yaranır. Belə reaksiyalar zəncirvari nüvə reaksiyası adlanır və reaksiyanın gedişi zamanı böyük miqdarda istilik enerjisi ayrılır və həmin enerjidən suyun buxara çevrilmsi üçün istifadə olunur.
İstifadə olunma xüsusiyyətlərinə görə nüvə reaktorları təcrübi, tədqiqat, izotop və energetik reaktorlardan ibarət olur [16, s. 268-284]:
q Təcrübi reaktorlar nüvə reaktorlarının layihələndirilməsi və istismarı üçün vacib olan müxtəlif fiziki kəmiyyətlərin hesablanması üçün istifadə edilir. Bu reaktorların gücü bir neçə kVt-dan çox olmur;
q Tədqiqat reaktorlarında aktiv zonada yaranan neytron və γ - kvant seli nüvə fizikası, bərk cisimlər fizikası, radiyasiya kimyası, bioloji tədqiqatlar və müxtəlif izototların (xüsusi ilə tibbdə istifadə olunan) istehsalında istifadə olunur;
q İzotop (silah, sənaye) reaktorları müxtəlif izotopların istehsalında istifadə olunur, məsələn nüvə silahlarında istifadə olunan U235 (94Pu239);
q Energetik reaktorlar elektrik və istilik enerjisinin alınması, dəniz suyunun duzsuzlaşdırılması, gəmilərdə güc qurğularının hazırlanmasında və s. istifadə olunur.
Neytron spekrtinə görə reaktorlar istilik (yavaş) neytronları ilə işləyən reaktorlar, sürətli neytronlarla işləyən reaktorlar və aralıq neytronlarla ilə işləyən reaktorlara, nüvə yanacağının reaktorda yerləşdirilməsinə görə isə heterogen və homogen reaktorlara bölünür. Energetik reaktorlar adətən istilik neytronları ilə işləyən heterogen reaktorlardan ibarət olur.
Növündən asaılı olmayaraq hər bir reaktorun əsas tərkib hissələri aşağıdakılari əhatə edir [20, с. 578-588]:
¦ aktiv zona;
¦ istilikötürücü;
¦ nizamlama sistemi (idarəedici çubuqlar);
¦ radiasiyadan (şualanmadan) mühafizə;
¦ məsafədən idarəolunma mərkəzi;
¦ digər konstruksiya elementləri.
Reaktorda nüvə yanacağı yerləşdirilən sahədə - aktiv zonada uran-235 atomunun bölünməsi nəticəsində istilik enerjisi ayrılır. Ayrılan istilik maye və yaxud qaz şəklində istilikdaşıyıcı vasitəsilə aktiv zonadan istilikdəyişdiriciyə ötürülür. İstilikdaşıyıcı su, natrium (maye halda), carbon qazı ola bilər. İstilikdaşıyıcı ilə birlikdə bu qapalı sistem birinci dövrə (kontur) adlanır. İstilikdəyişdiricidə birinci dövrənin istisi ikinci dövrədəki suyu qaynama dərəcəsinə qədər qızdırır. Əmələ gələn yüksək təzyiqli buxar turbinə istiqamətləndirilir. Turbin isə öz növbəsində generatorun rotorunu hərəkətə gətirərək elektrik cərəyanı yaradır. Zəncirvari nüvə reaksiyasının sürəti idarəedici çubuqlar vasitəsilə idarə edilir. Bu çubuqlar adədən bor və kadmium maddəsindən hazırlanır. İdarəedici çubuqlar aktiv zonaya nə qədər dərin daxil edilərsə daha böyük miqdarda neytron udur və reaksiyanın sürəti, eyni zamanda ayrılan istiliyin miqdarı azalır. İdarəedici çubuqlar aktiv zonadan çıxarıldıqda isə reaksiyada iştirak edən neytronların miqdarı artır, daha çox uran atomu bölünür və böyük miqdarda istilik enerjisi ayrılır. İES-lərdə olduğu kimi AES-lərdə də istifadə olunmuş sudan təkrar istifadə üçün soyutma sistemi inşa edilir. Adətən istifadə olunmuş buxar qradirnilər vasitəsi ilə soyudularaq təkrar sistemə qaytarılır.
Nüvə reaktorlarının ən vacib xassəsi onun gücüdür - yəni müəyyən zaman kəsiyində ayırdığı istiliyin miqdarıdır. Sənaye reaktorlarının gücü meqavatla (MVt) ölçülür. 1MVt (106Vt) güc saniyədə 3.1016 bölünmə aktına bərabər nüvə reaksiyasına uyğundur. İlk dəfə nüvənin bölünməsi uran atomunda (92U235, 92U238) müşahidə olunmuşdur. Eyni zamanda uran-233 və plutonium-239 izotoplarıda istilik və sürətli neytronların qarşılıqlı təsiri nəticəsində bölünür və nəticədə çoxlu miqdarda istilik ayrılır [11, 19].
Aşağıda uran-235 izotopunun bölünməsi variantları göstərilmişdir [11, s. 272-273]:
0n1 +92U235 →52Te137+40Zr97+0n1
0n1 +92U235 →56Ba142+36Kr91+0n1
Bu izotopun bölünməsi nəticəsində 200-dən artıq müxtəlıf izotopun, 35-dən artıq kimyəvi elementin əmələ gəlməsi müəyyən edilmişdir. Bu maddələrin böyük əksəriyyətı yüksək radioaktivliyə malikdir və həyat üçün böyük təhlükə törədir.
Aşağıda reaktorda nüvə reaksiyası sxematik qruluşda verilmişdir:
SHAPE * MERGEFORMAT
Neytron yavaşıdıcısı |
U235 |
U235 |
Bölünmə |
Sürətli neytronlar |
Bölünmə məhsulları |
Bölünmə məhsulları
|
İstilik neytronları |
Np239 |
U238 |
Pu239 |
Reaksiya təkrarlanır |
Neytron udulması |
Plutoniumun yaranması |
Sürətli neytronlar
|
Bölünmə məhsulları
|
Bölünmə məhsulları
|
Sxem 1. Reaktorda nüvə reaksiyası
Mənbə: Пустовалов Г.Е. Атомная и ядерная физика. M.: Издателства Московского Университета. 1968. с. 302.
Aktiv zonada yerləşdirilmiş nüvə yanacağı 3-5% zənginləşdirilmiş uran-235 (92U235) və uran-238 (92U238) izotopunun qarışığından ibarət olur.
Plutonium-239 (94Pu239) nüvə energetikasında istifadə oluna bilər, hazırda bu element nüvə silahlarında əsas komponentlərdəndir.
Aşağıda BMT-nin Atom Enerjisi üzrə Beynəlxalq Agentlinin - AEBA (ingiliscə - IAEA, International Atomic Energy Agency) təsnifatına görə sənayedə istismar edilən müxtəlif tipli reaktorlar haqqında məlumatlar əksini tapməşdır:
Reaktorun növü |
Yanacağın növü |
İstilik-daşıyıcı |
Neytron yavaşıdıcısı |
Yüksət təzyiqli sulu reaktor (PWR) |
Zənginləşdirilmiş UO2 |
Su |
Su |
Qaynayan sulu reaktor (BWR) |
Zənginləşdirilmiş UO2 |
Su |
Su |
Təzyiqli ağır sulu reaktor “CANDU” |
Təbii UO2 |
Ağır su |
Ağır su |
Qazla soyudulan reaktor (Magnox, AGR) |
Təbii uran, Zənginləşdirilmiş UO2 |
CO2 |
Qrafit |
Sulu-qrafitli (kanallı) reaktor (РБМК) |
Zənginləşdirilmiş UO2 |
Su |
Qrafit |
Sürətli neytronlarla işləyən reaktor (FBR) |
PuO2 və UO2 |
Maye natrium |
İstifadə edilmir |
Səkil 1. ABEA-nin təsnifatına görə sənayedə istismar edilən müxtəlif tipli reaktorlar
Mənbə: http://www.iaea.org saytı məlumatları əsasında müəlliflər tərəfindən işlənmişdir.
PWR (ingiliscə - Pressurised water reactor) - Yüksət təzyiqli sulu reaktor.
Bu reaktorlarda aktiv zonada istilikyaradıcı elementlətdən ayrılan istilik enerjisi birinci dövrədə yüksək təzyiq altında olan adi suya verilir. Birinci dövrədəki yüksək təzyiq (160 atm) suyun 3000C-dən yuxarı temperaturda qaynamasının qarşısını almaq üçün yaradılır. Birinci dövrədəki su enerjisini istilikdəyişdirici vasitəsilə ikinci dövrədəki suya verir. İkinci dövrədəki su 3300C temperaturda buxara çevrilrək 12-60 atm təzyiqdə turbini hərəkətə gətirir. Birinci dövrədəki su həm istilikdaşıyıcı, həm də neytron yavaşıdıcısı rolunu oynayır. PWR dünyada ən çox istifadə olunan reaktordur (dünyada istismar olunan sənaye reaktorlarının yarıdan çoxu). Reaktorlarda suyun həm istilikdaşıyıcı həm də neytron yavaşıdıcısı kimi istifadəsinin bir sra üstünlükləri mövcuddur.
BWR (ingiliscə - Boilinq Water Reaktor) - Qaynayan sulu reaktor.
Belə reaktorlarda su-buxar sistemi bir başa aktiv zonada alınır. Reaktor bir dövrəli olur və 2800C temperatur, 70 atm təzyiqdə buxar turbinə ötürülür. BWR PWR-ə nisbətən sadə konstruksiyaya malikdir. Bu növ reaktorlarda reaktorun polad gövdəsi daha aşağı təzyiqə məruz qalır (su aktiv zonada qaynydığından bunun qarşısını almaq üçün dövrədə süni yüksək təzyiq yaratmağa ehtiyac yoxdur) və ümumi sxemdə istilikdəyişdiriciyə ehtiyac qalmır.
PHWR (ingiliscə - CANDU - CANada Deuterium Uranium) - Yüksək təzyiqli ağır sulu reaktor.
Bu reaktorun aktiv zonası kifayət qədər böyük olur və reaktora böyük miqdarda yanacaq yüklənir. Bu reaktorun digər reaktorlardan əsas fərqi birinci dövrədə ağır su (D2O) istifadə olunması və təbii uranla işləyə bilməsidir. Birinci dövrədə ağır su istifadə olunmasının səbəbi reaktorun təbii uranla işləməsidir. Ağır su adi suya nisbətən daha az neytron uducudur. Başqa su-sulu energetik reaktorlardan fərqli olaraq bu reaktorun kanallı olması onda reaktorun işini dayandırmadan istsfadə olunmuş istilikayırıcı elementləri yeniləri ilə əvəz etməyə şərait yaradır.
AGR (ingiliscə - Advanced Qas-cooled Reactor) - Qazla soyudulan reaktor.
Belə reaktorlarda neytron yavaşıdıcısı kimi qrafitdən istifadə olunur. Reaktor karbon (CO2) qazı ilə soyudulur və carbon qazı həm də istilikdaşıyıcı funksiyasını yerinə yetirir. Yanacaq kimi 2,5-3% zənginləşdirilmiş uran oksidindən istifadə olunur.
РБМК 1000 (rusca - Реактор Большой Мощности Канальный) - Su ilə soyudulan kanallı reaktor.
Belə reaktorlar bir dövrəli sxem üzrə işləyir. Reaktorun aktiv zonasında su istilikayırıcı elementləri soyudaraq qismən buxarlanır. Neytron yavaşıdıcısı kimi qrafitdən istifadə olunur. Burada əmələ gələn su-buxar qarışığı baraban-seperatora daxil olur və seperasiya olunur. Seperasiya olunmuş doymuş buxar adətən (~ 280 oC, 70 atm) hər birinin elekltrik gücü 500 kVt iki turbugeneratora ötürülür. Qalan su isə qidalandırıcı su ilə qarışaraq əsas dövretdirici nasos vasitəsilə aktiv zonaya yönəldilir. İstifadə olunan buxar kondensasiya edilərək yenidən ümumi sistemə qaytarılır. РБМК tipli reaktorlar keçmiş SSRİ-də ixtira edilmişdir, hazırda yalnız Rusiyada istifadə olunur. Bu reaktorun da kanallı olması onun işini dayandırmadan istsfadə olunmuş istilikayırıcı elementləri yeniləri ilə əvəz etməyə şərait yaradır.
FBR (ingiliscə - Fast Breeder Reactor) - Sürətli neytronlarla işləyən reaktorlarda zəncirvari nüvə reaksiyası enerjisi 105 eV-dan yüksək olan neytronlar hesabına həyata keçirilir. Sürətli neytronlarla işləyən reaktorlar istilik neytronları ilə işləyən reaktorlardan müəyyən qədər fərqli texnologiya ilə fəaliyyət göstərirlər. Bu reaktorda nüvə yanacağı kimi hazırda yüksək zənginləşdirilmiş uran-235 (20% dən yüksək 92U235) və plutonium-239 (94Pu239) izotopundan istifadə edilir. Reaktor sürətli neytronlarla işlədiyindən neytron yavaşıdıcısına ehtiyac qalmır. Bu reaktorun ən böyük üstünlüyü onun enerji istehsalı ilə eyni zamanda təkrar süni nüvə yanacağı istehsal edə bilmək qabiliyyətidir [11, II cild, s. 272-273].
Sürətli neytronlarla işləyən reaktorlarda aktiv zonanın ətrafında əks etdirici kimi ağır maddələr - uran-238(92U238) və torium-232 (90Th232) yerləşdirilir. Onlar enerjisi 0,1 MeV-dən artıq olan neyrtonları aktiv zonaya qaytararaq neytron itkisinin qarşısını alır. Uran-238 (92U238) və torium-232 (90Th232) tərəfindən udulan neytronlar isə həmin maddələrdən nüvə yanacağı kimi istifadə edilməsi nəzərdə tutulan plutonium-239 (94Pu239) və uran-233 (92U233) süni nüvə yanacaqlarının alınmasına səbəb olur. Nüvə energetikasının fəaliyyəti nəticəsində hazırda böyük miqdarda plutonim-239 (94Pu239) və uran-238 (92U238) ehtiyatlarının yaranması, torium elementinin təbiətdə geniş yayılması bu reaktorların gələcəkdə əsas energetik reaktor kimi istifadə olunması ehtimalını yaradır.
Hazırda bu reaktorun geniş istifadə olunmamasının səbəbi onun konstruksiyasının istilik neytronları ilə işləyən reaktorlara nisbətə mürəkkəb olması, yüksək zənginləşdirilmiş uranla işləməsi, eyni zamanda plutoniumdan nüvə yanacağı hazırlayan müəssisələrin geniş yayılmaması və plutoniumun həddən ziyadə zəhərli olmasıdır (təbiətdə mövcud olmayan nüvə reaksiyası nəticəsində yaranan plutonium radioaktiv olması ilə yanaşı kimyəvi cəhətdən də təhlükələi maddədir).
Aşağıda Uran-qrafit tipli nüvə reaktorunun ümumi sxemi verilmişdir:
SHAPE * MERGEFORMAT
Əksetdirici |
Istilikdaşıyıcının hərəkəti üçün kanal |
Neytron yavaşıdıcısı |
İdarəedici çubuqlar
|
İstilikayırıcı elementlər (nüvə yanacağı)
|
Sxem 2.Uran-qrafit tipli nüvə reaktorunun ümumi sxemi
Mənbə: Широков Ю.М., Юдин Н.П. Ядерная Физика. М.: «Наука» 1980, с. 579.
Nüvə yanacağı - Nüvə reaktorlarında zəncirvari nüvə reaksiyası həyata keçirmək üçün istifadə olunan maddə nüvə yanacağı adlanır. Nüvə yanacağı istehsal etmək üçün təbii urandan, daha dəqiq onun üç izotopunun qarışığından - 92U238 (99,282%), 92U235 (0,712%), 92U234 (0,006%) istifadə olunur. Lakin belə vəziyyətdə o nüvə yanacağı kimi istifadə oluna bilmir. Uran-238 (92U238) izotopu radioaktiv olmasına baxmayaraq kifayət qədər stabil izotopdur (yarımparçalanma dövrü 4.5 milyard il) və istilik neytronlarının təsiri ilə nüvə reaksiyasında iştirak etmir. Uran-235 (92U235) izotopu yeganə təbii nüvə yanacağıdır. Eyni zamanda onun iştirakı olmadan süni nüvə yanacağı plutonium 94Pu239 və 92U233 izotoplarını (bu izotodan həmdə AES-də nüvə yanacağı kimi istifadə etmək nəzərdə tutulur) əldə etmək mümkün deyil. Lakin 92U235 izotopunun təbii uranda miqdarı çox azdır (0,7%) [7, s. 151-155]. Bu səbəbdən nüvə yanacağının hazırlanması zamanı təbii uranda onun zənginləşdirilməsi zəruridir.
Zənginləşdirilmiş urandan bir neçə millimetrlik həblər şəklində olan nüvə yanacağı xüsusi poladdan və yaxud sirkonium əsaslı xəlitədən hazırlanmış hermetik istilikayırıcı elementlərdə yerləşdirilir. İstilikayırıcı elementlər heterogen reaktorlarda aktiv zonanın əsas konstruksiya elementidir. İstilikayırıcı elementlərdə istilik enerjisinin ayrılması ilə xarakterizə olunan uran-235 izotopunun (92U235) bölünməsi baş verir və alınan enerji istilikdaşıyıcıya ötürülür. Müasir energetik reaktorlarda istilikayırıcı elementlər diametri 9,1-13,3 mm, uzunluğu bir neçə metr olan sirkonium və ya nikelli poladdan hazırlanmış mil şəkill qurğudur [11, II cild, s. 269]. İstilikayırıcı elementlər rahat istifadə olunması məqsədi ilə bir neçə yüz istilikayırıcı elementdən ibarət olan istilikayırıcı kaset (yığım) şəklində birləşdirilir. Bir istilikayırıcı kaset 150-350 istilikayırıcı elementdən ibarət olur, reaktorun aktiv zonasına isə 200-450 istilikayırıcı kaset yerləşdirilir. Reaktorun gücündən, növündən, formasından, aktiv zonanın ölçüsündən asılı olaraq istilikayırıcı elementlərin ölçüsü və istilikayırıcı kasetlərdə istilikayırıcı elementlərin sayı müxtəlif ola bilər. Kimyəvi tərkibinə görə nüvə yanacağı metallik (U), oksid (UO2), carbid (PuC1-x), qarışıq (PuO2+UO2) ola bilər [16, s. 268-284].
Uranın zənginləşdirilməsi - hasil olunan təbii uran kütləsində uran-235 (92U235) izotopunun uran-238 (92U238) izotopuna nisbətən miqdarının artırılmasından ibarət olan mürəkkəb fiziki prosesdir. İzotopların kimyəvi xassələri eyni olduğundan onları kimyəvi üsulla ayırmaq mümkün deyil. Uranın zənginləşdirilməsi istehsalatda əsasən setrofuqa və qaz-diffuziya üsulu ilə həyata keçirilir. Hazırda əsasən sentrofuqa üsulundan istifadə edilir. Burada qazvari UF6 molekulları sentrofuqa qurğusunun daxilində sürətli dairəvi hərəkətə məruz qoyulur. Nəticədə kütlə fərqinə görə izotopların ayrılması baş verir (fiziki proses). Sonra alınan zənginləşdirilmiş maddə yenidən metallik vəziyyətə gətirilərək ondan nüvə yanacağı istehsal edilir.
Yarımparçalanma dövrü - bu müddət ərzində radioaktiv maddər öz şüalanma xassəsinin yarısını itirir. Məsələn müəyyən miqdar yod 131 izotounun (53I131) yarısı təqribən səkkiz gün ərzində parçalanaraq stabil vəziyyətə gəlir (Bu izotop nüvə qəzaları zamanı ətarafa yayılan ən təhlükəli maddələrdəndir) . Radioaktiv izotopların yarımparçalanma dövrü müxtəlif olur.
Qeyd olunmalıdır kı, uranın planetar ehtiyatları 1,5 milyon ton hesablanır və bu ehtiyatlar əsasən, Şimali Amerika, Avstraliya, Braziliya, Cənubi Afrikada, Qazaxıstan və qismən də Rusiyada cəmləşmişdir. Bundan başqa, dünyada əlavə olaraq daha 1,0 milyon ton uran ehtiyatının da mövcudluğu təxmin edilir [19, s. 47-49].
5.Qlobal rezonanslı nüvə qəzaları
Nüvə energetikasında ən böyük təhlükə hər hansı bir səbəbdən radioaktiv maddələrin ətraf mühitə atılması ilə nəticələnən qəzanın baş verməsidir. Çünki heç bir texnogen qəza ətraf mühitə vurduğu zərərə görə AES-lərdə baş verən qəza ilə müqayisə edilə bilməz.
AES tikintisi zamanı ən vacib məsələlərdən biri onun yerinin seçilməsidir. Tələblərə görə stansiyanın yerləşdiyi ərazidə torpaq möhkəm olmalı, ərazidə güclü zəlzələlərin baş vermə etimalı çox az olmalıdır. Burada praktiki mövqe seçimi belədir ki, stansiyanın yerləşdiyi ərazidə küləyin istiqaməti böyük şəhərlərə və məhsuldar torpaqlara deyil, əhalinin az məskunlaşdığı ərazilərə və mümkün olduqca dənizə istiqamətlənməlidir. Reaktorun soyudulması üçün stansiyanın böyük su mənbələrinin yaxınlığında tikilməsi də vacib şərt hesab olunur. Müasir ETT imkan verir ki, təhlükəsizlik baxımından nüvə reaktorunda gedən bütün proseslər son dərəcə dəqiqliklə izlənilsin, nüvə reaksiyası daimi nəzarətdə saxlanılsın.
Nüvə enerjisi insanları ətraf mühitə istixana effekti yaradan qazlar atmadan, nisbətən ucuz enerji ilə təmin etsə də onun radiyasiya kimi çox təhlükələ bir xüsusiyyəti var.
Nüvə enerjisindən istifadə edilməyə başlandıqdan bəri AES-lər və digər nüvə qurğularında ətraf mühitə radioaktiv maddələrin sızması ilə nəticələnən bir sra qəzalar baş vermişdir. AEBA nüvə enerjisi müəssisələrində baş verən qəzaları 7 ballıq şkala üzrə qiymətləndirir. Atom enerjisindən dinc məqsədlər üçün istifadəyə başlandıqdan sonra görülən bütün təhlükəsizlik tədbirlərinə baxmayaraq sahə üzrə ümumilikdə yüzdən çox qəza hadisəsi baş versə də ətraf mühitə vurduğu zərərə görə 5 hadisə xüsusi fərqlənir [23]:
1.Keçmiş SSRİ-nin qapalı “Çelyabinsk-40” şəhəri (indiki Ozersk) yaxınlığında 1957-ci ildə “Mayak” kimya kombinatında baş verən qəza şərqi uralda böyük ərazini radioaktiv çirklənməyə məruz qoymuşdur. Soyutma sisteminin sıradan çıxması nəticəsidə təqribən 80 m3 yüksək radioaktivliyə malik nüvə tullantısı olan 300 m3 həcmilı anbar partlamış atmosferə təqribən 20 mln. küriradiyasiya atılmışdır. Maye və bərk aerozollardan ibarət olan radioaktiv bulud küləyin istiqaməti boyu ümumilikdə 23 min km2 ərazini radioaktiv hissəciklərlə şirkləndirmişdir. Qəzanın nəticələrinin aradan qaldırılmasında yüz minlərlə hərbi və mülki şəxs iştirak etmiş və onlar əhəmiyyətli dərəcədə şüalanmaya məruz qalmışlar. Hazırda təqribən uzunluğu 300 km eni 5-10 km olam “Şərqi Ural Radioaktiv ərazisi” qoruq elan edilmiş, yüksək radioaktiv fon olan bu ərazidə hər hansı kənt təsərrüfatı fəaliyyəti qadağan edilmişdir
2.ABŞ tarixində 1979-cu ildə “Tri-Mayl Aylend” AES-ində baş verən qəza ən böyük nüvə qəzası hesab olunur. Bu hadisə Çernobl AES baş verən qəzaya qədər dünya nüvə energetikasında ən böyük qəza hesab olunurdu. Texniki qüsurlar, istismar və təmir prosedurlarında buraxılmış səhflər nəticəsində elektrik gücü 900 MVt olan PWR tipli reaktorda aktiv zona ciddi zədələnmiş, nüvə yanacağının bir hissəsi əriyərək reaktorun dibinə çökmüşdür. Qəza nəticəsində atmosferə atılan təsirsiz qazların radioaktivliyi təqribən 2-13 milyon küri olsa da yod 131 kimi təhlükəli izotopun atmosferə sızması çox cüzi olmuşdur. Stansiyanın ərazisi isə birinci konturdan axan radioaktiv su ilə çirklənmişdir. Stansiya ətrafından əhalinin köçürülməsinə ehtiyac olmasa da stansiyanınn ətrafındakı 8 kilometrlik ərazidən azyaşlı uşaqların və hamilə qadınların müvəqqəti tərk etməsi tövsiyyə edilmişdir. Qəzanın nəticələrinin aradan qaldırılması 1993-cü ildə başa çatdırılmış və buna təqribən 1 milyard dollar vəsait sərf edilmişdir.
3.Atom energetikası erasında 1986-cı ildə keçmiş SSRİ-də (Ukrayna SSR) Çernobl AES-nin 4-cü enerji blokunda baş verən qəza ətraf mühitə dəyən zərərə, insan itkisinə və iqtisadi təsirinə görə nüvə energetikası tarıxində ən böyüyüdür. Qəzaya qədər Çernobl AES-də РБМК 1000 tipli hər birinin elektrik gücü 1000 MVt, istilik gücü 3200 MVt olan 4 reaktor fəaliyyət göstərirdi və əlavə olaraq 2 analoji reaktorun tikintisi həyata keçirilirdi. Stansiya keçmiş SSRİ-də ən böyük AES idi. Qəza zamanı 4-cü enerji blokunun reaktorunda 200 tona qədər nüvə yanacağı (UO2) olmuşdur ki, bu yanacaqdan 5-30%-ə qədəri ətraf mühitə yayılmışdır. Partlayış şəklində baş verən qəzada reaktor tamamilə dağılmış ətraf mühitə böyük miqdarda radioaktiv maddələr yayılmışdır. Qəza nətıcəsində ilk 3 ay müddətinda 31 nəfər həyatını itirmiş, 134 nəfər ağır şüa xəstəliyinə tutulmuş bunların böyük əksəriyyəti sonradan vəfat etmişlər. Stansiyanın ətafından 30 kilometrlik ərazidən 115 min nəfər köçürülmüş, 600 min nəfər qəzanın nəticələrinin aradan qaldırılmasında iştirak etmişdir ki, bu da onların sağlamlığına ciddi zərər vurmuşdur. Tamamilə dağılmış reaktordan qalxan radioaktiv bulud Avropanın böyük ərazilərinə külli miqdarda radioaktiv maddələr, o cümlədən uran, plutonium-239, yod-131, sezium-134, sezium- 137, stronsium-90 və s. radioaktiv izotopları yaymışdır. Ən çox zərər çəkən ərazilər isə Belarusiya, Ukrayna və Rusiyanın Çernobl AES-inə yaxın əraziləri olmuşdur. Bu ərazilərə yayılmış yarımparçalanma müddəti 8 gündən 24 min ilə qədər olan radioaktiv maddələr adı çəkilən ölkələrdə xeyli ərazini uzun müddət insanların yaşaması üçün tamamilə yarasız etmişdir.
4.Yaponiyanın Tokaymura nüvə müəssisəsinində (JCO kompaniyası) 1999-cu il baş verən qəza o vaxta qədər Yaponiya nüvə energetika sənayesində baş verən ən ciddi insident hesab edilməkdə idi. Qəza baş verən müəssisə AES-lər üçün nüvə yanacağı hazırlamaq məqsədi ilə zənginləşdirilmiş heksafülorid urandan (UF6) dioksid uranın (UO2) emalı sahəsində fəaliyyət göstərirdi. Personalın səhvi nəticəsində durulducu çənə nəzərdə tutulandan 7 dəfə artıq 18% zənginləşdirilmiş uranilnitrat UO2(NO3)2 yüklənmiş nəticədə çəndəki maddədə böhran kütləsi alınaraq zəncirvari nüvə reaksiyası başlamışdır. Partlayış baş verməsə də ətraf mühitə müəyyən qədr radioaktiv təsirsiz qazlar və yod 131 izotopu yayılmışdır. Məhlulla işləyən iki nəfər yüksək miqdarda şüalanmaya məruz qalmış, və həyatlarını itirmişlər. Ümumilikdə 667 nəfər (xilasedıcılər və yanğınsöndürənlərdə daxil olmaqla) müəyyən qədər şüalanmamaya məruz qalmışdır.
5.Yaponiyada Fukusima-1 AES-ində baş verən qəza nüvə energetikası tarixində son böyük ciddi qəza hesab olunur. Qəzaya qədər ümumi gücü 4,7 HVt olan 6 reaktorlu Fukusima-1 stansiyası dünyanın ən güclü 25 AES-lərindən biri idi və əlavə 2 reaktorun tikintisi planlaşdırılırdı. 2011-ci il 11 mart tarixində Sakit okeanda 9 ballıq zəlzələnin təsirindən yaranan sunami Yaponiyanın şərq sahillərində böyük dağıntılar törətməklə yanaşı Fukusima-1 AES-nin kənar enerji təminatını və ehtiyat dizel elektrik stansiyasını sıradan çıxarmışdır. Zəlzələ zamanı qəza mühafizə sisteminin avtomatik işə düşməsi nəticəsində AES-də fəaliyyətdə olan reaktorlarda nüvə reaksiyası dayansa da elektrik enerjisi təchizatı kəsildiyindən 1-ci, 2-ci və 3-cü reaktorlarda qəza soyutma sistemlərinin normal iş rejimi pozulmuşdur. Lakin nüvə reaksiyası dayandıqdan sonra belə reaktorda müəyyən müddət istilik ayrıldığndan reaktorda istilikayırıcı elementlərin əriməsinin, aktiv zonada yüksək temperatur nəticəsində su malekullarının parçalanması nəticəsində hidrogen qazının əmələ gəlməsinin qarşısının alınması üçün onun soyudulması sisteminin çalışması vacibdir (hidrogen qazı partlayış törədərək reaktoru tamamilə dağıda bilər). Nəticədə reaktorlarda qəza baş vermiş və ətraf mühitə xeyli miqdarda radioaktiv maddələr yayılmışdır. Ümumiyyətlə Fukusima-1 AES baş verən qəza bir neçə reaktorun eyni zamanda qəzaya uğradığı ilk hadisədir və ətraf mühitə vurduğu zərərə görə Çernobl AES qəzasından sonra ən böyük qəzadır. Belə ki, qəza külli miqdarda iqtisadi zərərə səbəb olmuş, stansiya ətrafındakı radioaktiv maddələrlə çirklənmiş 30 kilometrlik məsafədə bütün əhali köçürülmüşdür. Eyni zamanda qəzanın ilkin nəticələrinin aradan qaldırılması zamanı radioaktiv maddələrlə çirklənmiş min tonlarla suyun Sakit okeana axıdılması zərurəti yaranmışdır ki, bu da onun bioloji aləmi üçün ciddi təhlükə yaratmışdır.
6.AES-lərin fərləndirici cəhətləri: ekoloji-iqtisadi aspekt
AES-lərin üzvi yanacaqla işləyən elektrik stansiyalarından əsas üstünlüyü onun yanacaq istehsal edən müəssisədən asılı oımadan uzun müddət müstəqil işləyə bilməsidir. Ümumi çəkisi 41 ton olan 54 istilikayırıcı elementdən ibarət nüvə yanacağı ilə yüklənmiş 1000 MVt gücündə Su-Sulu Energetik Reaktoru 1-1,5 il ərzində heç bir yanacaq yükləmədən davamlı enerji istehsal edə bilir. Üzvi yanacaqla işləyən satansiyalara isə daimi böyük miqdarda yanacaq daşınması zərurəti var. Nüvə yanacağının enerji ekvivalenti üzvi yanacaqlara nisbətən müqayisə edilməyəcək dərəcədə çoxdur. Bir sra ölkələrdə AES-lərdə enerji istehsalı üzvi yanacaqla işləyən stansiyalara nisbətən ucuz başa gəlir. AES-lərin ən böyük üstünlüyü isə onun daha ekoloji təmiz olmasıdır. Müqayisə üçün qeyd etmək lazımdır ki, il ərzində 1000 MVt gücündə daş kömürlə işləyən İES 164 min ton, mazutla işləyən İES 121 min ton, qazla işləyən İES 12 ton müxtəlif tərkibli zəhərli və parnik effekti yaradan maddələri birbaşa atmosferə buraxır. Təkcə ABŞ-da il ərzində AES-lər təqribən 5 mln ton kükürd qazı, 2 mln ton azot oksidləri, 164 mln ton karbon qazının ətraf mühitə atılmasının qarşısını alır [10, 17].
Göstərilən maddələr AES-lərin fəaliyyəti zamanı sadəcə yaranmır. Stansiya yaxınlığında radiyasiya fonu normal təbii fondan çox da yüksək olmur. Digər tərəfdən yerin dərinliyindən hasil edilən üzvi yanacaqlarda da təbii radioaktiv izotoplar olduğundan onların yandırılması zamanı həmin hissəciklər bir başa atmosferə atılır. 1000 MVt gücündə İES il ərzində yancağı oksidləşdirmək üçün 8 milyon ton oksigen istifadə edirsə nüvə reaktoru ümumiyyətlə oksigen sərf etmir. Hazırda ümumi gücü ~ 375 min MVt olan nüvə reaktorları ildə təqribən 3 milyard ton oksigenə qənaət edir. Nəzərə almaq lazımdır ki, qlobal istiləşmənin əsas səbəbi istilik maşınlarının atmosferə buraxdığı istixana effekti yaradan qazlardır (CO2 və s.).
Böyük uran filizi ehtiyatlarının mövcudluğu, əsas enerji mənbəyi olan neft, qaz və gaş kömür ehtiyatlarının tükənən mənbələr olması nüvə enerigetikasına böyük gələcək vəd edir. Bu baxımdan elektrik enerjisinin generasiyası üçün nüvə reaktorlarından istifadə qlobal istiləşmənin və iqlim dəyişmələrinin qarşısını almaqda əhəmiyyətini yüksəldir.
Məlumdur ki, üzvi yanacaq növləri ətraf mühitin korlanması zəminində “gizli” subsidiyalar məsrəf edirlər. Nüvə energetikası isə davamlı inkişaf üçün dövlət subsidiyaları tələbli deyildir. Nüvə sənayesi yeganə sahədir ki, öz tullantılarına görə bütün məsuliyyəti öz üzərinə götürür və onlarla bağlı məsrəfləri öncədən məhsul xərclərinin üzərinə qoyur. Nüvə enerjisi bütün enerji mənbələrinin vergiqoyması, tullantılara görə cərimələnməsi və sosial amillərə rəğmən ədalətli bərabərlilik şəraitində daha rəqabət qabiliyyətliliyi ilə də fərqlənmə imkanına malikdir. Nüvə yanacağının qiyməti daim sabitdir və istehsal xərcləri konfiqurasiyasında yüksək mövqedə dayanmır. Nüvə enerjisi tullantıları da nisbətən az həcm tutur və onun lokallaşması imkanları da genişdir.
Bir reallığın da nəzərə alınması vacibdir. Bir qram uran təxminən 3 ton daş kömürün yanarkən ayırdığı enerji qədər enerji ayırma qabiliyyətinə malikdir. Əgər dünyada fəaliyyətdə olan AES-ləri daş kömürlə işləyən stansiyalar əvəz etsə, onda təqribən 600 milyon ton əlavə daş kömür lazım olar və ətraf mühit 2 milyard ton karbon qazı, 30 milyon ton azot oksidi, 50 milyon ton kükürd və 4 milyon ton uçan kül atılar. AES-lərin istismarı hər il 400 milyon ton neftə qənaət etməyə imkan verir [22, 29].
7.İstilik-nüvə reaksiyası: qlobal energetik alyans
Nüvə enerjisini yalnız ağır nüvələrin bölünməsi ilə deyil eyni zamanda yüngül nüvələrin sintezi ilə də əldə etmək olar. İstiliknüvə reaksiyası adlanan prosesdə yüngül atomların nüvələri birləşərək nisbətən ağır nüvələrin əmələ gəlməsi ilə müşayət olunur. Reaksiyanın başlaması üçün ilkin nüvələr elektrostatik əkstəsir qüvvələrini dəf edərək bir birinə nüvənin ölçüsü qədər yaxın məsafəyə yaxınlamalıdırlar. Bunun üçün ilkin nüvələr çox böyük kinetik enerjiyə malik olmalıdırlar. Nəzərə alsaq ki, nüvənin kinetik enerjisi onun istilik hərəkəti ilə xarakteizə olunur buradan belə nəticəyə gəlinir ki, istilik nüvə reaksiyasının başlaması üçün çox böyük temperatur lazımdır (milyonlarla dərəcə). Buna görə də belə reaksiya istiliknüvə reaksiyası adlanır.
Süni istilik nüvə reaksiyası ilk dəfə hidrogen bombasının partladılması nəticəsində həyata keçirilmişdir. Reaksiyanın başlaması üçün lazım olan temperatur hidrogen bombasının daxilində yerləşdirilmiş atom bombasının partladılması hesabına əldə edilir. Lakin bu reaksiya idarə olunmur və ondan stabil enerji mənbəyi kimi istifadə etmək mümkün deyil. Təbii şəraitdə proton-proton tipli istiliknüvə reaksiyası hidrogen nüvələri arasında günəş də daxil olmaqla ulduzların daxilində gedir. Günəşin nəhəng ölçüsü və günəş maddəsinin sıxlığı onun milyardlarla il günəş sistemini enerji ilə təmin edəcəyini deməyə əsas verir.
Idarə olunan istiliknüvə reaksiyasının həyata keçirilməsi üçün göstərilən reaksiyalar daha əlverişli hesab olunur [18, s. 507-510].
1H2 + 1H2= 1H3 + 1P1 + 4.03 MeV
1H2 + 1H3 = 2He4 + 0n1 + 17.6 MeV
Xüsusən də daha artıq enerji ayrılması ilə gedən ikinci reaksiya daha cəlbedicidir. Lakin radioaktiv tritium (hidrogenin ağır izotopu - 1H3) təbiətdə mövcud deyil. Qeyd olunan reaksiyanın həyata keçirilməsi üçün əvvəlcə tritium əldə edilməsi vacibdir. Müəyyən edilmişdir ki, litium-6 izotopu (3Li6) istilik neytronlarının təsiri nəticəsində tritima çevrilir.
3Li6 + 1n0 = 1H3 + 2He4
İdarəolunan istiliknüvə reaksiyasının həyata keçirilməsinin əsas iki prinsipal istiqaməti proqnozlaşdırılır və tədqiqatlar bu istiqamətdə aparılır [16. s. 288-304].
1.Kvazistosionar sistem - burada qızdırılmış plazma maqnit sahəsi ilə ətrafdan izolyasiya olunur. Bu məqsədlə TOKAMAK və STELLARATOR növlü qurğuların istifadəsi nəzərdə tutulur.
2.İmpulslu sistem - burada idarəolunan istiliknüvə reaksiyasını tərkibində deyterium və tritium olan kiçik həcmli yanacağı ifrat güclü lazer şüası və ya yüksək enerjili zərrəcik (ion, elektron) seli ilə qısamüddətli qızdırmaqla əldə etmək nəzərdə tutulur. Belə şüalanma ardıcıl istiliknüvə mikropartlayışlarının baş verməsinə səbəb olur.
Beləliklə idarəolunan istiliknüvə reaksiyasının həyata keçitrilməsi üçün əsas şərt əvvəlcə milyonlarla dərəcə temperatura qədər qızdırılmış plazmanın əldə edilməsi sonra reaksiyanın baş verməsi üçün həmin plazmanın müəyyən zaman kəsiyində qorunub saxlanılmasıdır. Lakin belə yüksək temperaturlu plazma ilə təmasda ola bilən bir maddə mövcud deyil. Bu problemin aradan qaldırılması üçün plazmanı reaksiya zonasında maqnit sahəsi ilə termoizolyasiya etmək nəzərdə tutulur.
İstilik-nüvə enerjisinin alınması prosesində çətin tədqiqatlara əsasən müəyyən edilmişdir ki, müvafiq layihələri heç bir dövlət təkbaşına yerinə yetirə bilməz və burada hökmən ümumi səylər, birgə elmi-texniki və maliyyə potensialı ortaya qoyulmalıdır. Buna görə də hazırda istiliknüvə energetikası sferasında “Beynəlxalq Eksperimental İstiliknüvə Reaktoru”nun - İTER (ingiliscə - International Thermonuclear Experimental Reactor) layihəsi üzrə fəaliyyət reallaşmaqdadır [17, 23].
Hal hazırda sənaye əhəmiyyətli istiliknüvə reaksiyası həyata keçirilməmiş və İTER tikintisi hələlik ilkin mərhələdədir. Bu qurğuda yüksək temperaturlu plazmanın müəyyən xüsusiyyətləri və sənaye reaktorunun konstruksiya materiallarının tədqiqi nəzərdə tutulur. Sonra isə sənaye əhəmiyyətli reaktorun prototipini yaradılaraq yüksək temperaturlu plazmanı əldə etmək konstruksiya materiallarının yararlılığını sübut etmək və s. texnoloji problemlərin həll zıəruridir.Lakin bu sahədə aparılan elmi tədqiqatlarda irəliləyişlər əldə edilsədə daimi yeni texniki problemlər qarşıya çıxır. İlk sənaye əhəmiyyətli idarəolunan istiliknüvə reaktorunun yaradılması təqribən 2040-cı ildən sonraya proqnozlaşdırılır.
8.Nüvə enerjisindən istifadənin perspektivliyi
AEBA-nın proqnozlarına görə AES-lərin inkişaf sürəti yaxın onillikdə o qədər də yüksək olmayacaqdır. Relallıqlar isə belədir ki, təhlükəsizlik aspektinə baxmayaraq nüvə enerjisindən istifadə daha da geniş xarakter alır və “Nüvə energetik klubu” üzvlərinin sayı artır. Bu təyinatın isə öz özəllikləri vardır. Belə ki, atomun parçalanmasıdan alınan enerji mənbəyinə görə praktiki fiziki tükənməzdir. Lakin qəza riski kəskin ekoloji fəsadlıdır. Daim ətrafımızda mövcud olan təbii radioaktiv fonun cüzü artımı belə arzuedilməz haldır. Məhz buna görə də, onun istehsalının təhlükəsiz istismarına istiqamətində böyük sərmayələr xərclənməkdədir. İndi bu sistemin fəaliyyəti daha çox nəzarətə götürülmüş, onun təhlükəsizliyi istiqamətində növbəti texnoloji uğurlar əldə olunmuşdur və bu istiqamətdə işlər davam etdirilir. [23].
Nüvə enerjisi ilə bağlı vəziyyət ötən əsrin 90-cı illərində məyusedici idi. Bu məyusluğun da yetərli əsasları olmuşdur. Çernobıl faciəsinin müdhiş qorxusu AES-lərə olan inamı səngitmiş, atom enerjisindən dolğun istifadə perspektivini kölgəyə sürükləmişdir. Həmin AES-də baş vermiş hadisə kütləvi insan tələfatı ilə nəticələnən yeganə nüvə reaktoru qəzasıdır. Bu qəza nüvə energetikasının reputasiyasına çox ciddi zərər yetirmişdir. Fukusima-1 AES-ində baş verən hadisə də bu proseslərdə ciddi səngimələrə səbəb olmuşdur. Bir sıra ölkələr, xüsusən də Almaniya özünün nüvə enerjisindən istifadə strategeyasını götür qoy etməyə məcbur olmuşdur.
Terror təhlükəsinin mövcudluğu da nüvə reaktorları olan dövlətlərdə daha geniş mühafizə tədbirlərinin görülməsi istiqamətində işləri gücləndirmişdir. Hazırda bir sıra sənaye ölkələrində yaşıllar nüvə enerjisindən istifadənin əleyhinə çıxsalar da, proses irəliləyişini davam etdirir. Belə ki, İsveçrədə 2003-cü ildə keçirilən referendum AES-lərin bağlanmasına yox dedi. İsveçdə də əhalinin 80%-i AES-lərin istismarının davam etdirilməsini və genişləndirilməsini istəyir. Araşdırmalar göstərir ki, ABŞ əhalisinin də 2/3 hissəsi atom enerjisindən istifadəyə müsbət yanaşır.
Nüvə energetikası dünya iqtisadiyyatın qlobal problemləri sırasında qalmaqda davam edir. Nüvə təhlükəsizliyi məsələsi nüvə silahının və müvafiq energetik sahənin yarınışını ilə eyni vaxtda beynəlxalq mühafizəyə götürülmüş və konkret olaraq 1957-ci ildə atom enerjisindən dinc məqsədlər üçün istifadə istiqamətində əməkdaşlığın inkışafı missiyasını daşıyan AEBA təsis edilmişdir. Nüvə Təhlükəsizliyi ilə bağlı son üç ildə artıq iki beynəlxalq sammit keçirilmişdir. 2012-ci ilin mart ayında Koreya Respublikasının paytaxtı Seul şəhərində keçirilən Nüvə Təhlükəsizliyi Sammitində Azərbaycan Respublikasının Prezidenti İliham Əliyev çıxış etmişdir. Dövlətimizin başçısı çıxışında bildirmişdir ki, «Azərbaycan nüvə təhlükəsizliyini təmin edən norma və standartların formalaşdırılması işində AEBA-nın oynadığı rolu vacib hesab edir. Ölkəmiz nüvə təhlükəsizliyinin müxtəlif aspektləri ilə bağlı Agentliklə uğurlu əməkdaşlıq qurmuşdur. Biz mövcud uğurlu əməkdaşlığı 2008-ci ildə təsis etdiyimiz Nüvə və Radioloji Fəaliyyətin Tənzimlənməsi üzrə Dövlət Agentliyi vasitəsilə daha da genişləndirmək əzmindəyik». Prezident İliham Əliyev həmçinin qeyd etmişdir ki, «Azərbaycan coğrafi şəraitini və ətraf mühit üçün baş verə biləcək transsərhəd fəsadları nəzərə alaraq, mülki məqsədlər üçün nüvə qurğularının təhlükəsizliyini və etibarlılığını möhkəmləndirmək məqsədilə göstərilən səyləri tam dəstəkləyir. Azərbaycan Ermənistanın 1976-cı ildə fəaliyyətə başlamış və hazırda köhnəlmiş Metsamor Atom Elektrik Stansiyasından olduqca narahatdır. Metsamor stansiyası bütöv region və yaxınlıqda olan qonşular üçün potensial fəlakət mənbəyidir. Belə ki, son illərini yaşayan reaktor soyudulması üçün zəruri olan su resurslarının çatışmadığı yüksək dərəcəli seysmik zonada yerləşir. Avropa İttifaqı Şərqi Avropa və keçmiş Sovet İttifaqında tikilmiş 66 sovet reaktoru arasında Metsamor reaktorunu “ən köhnəlmiş və ən etibarsız” hesab etmişdir. Bununla belə, biz nüvə enerjisi qurğusunu tikməyi arzulayan tərəfə səlahiyyətləri verəcək regional nüvə təhlükəsizliyini və etibarlılığını müəyyənləşdirən rejimlərin tətbiq edilməsini təklif edirik. Bu halda öz qonşularından razılığın alınması, həmin sahələrin etibarlılığı və təhlükəsizliyi barədə məlumatların şəffaf şəkildə mübadiləsi, yoxlamaların qəbulu və risklərə görə kompensasiyanın ödənilməsi kimi prosedurlar nəzərdə tutula bilər» [21].
Bütün bunlar bir daha onu göstərir ki, nüvə energetikası problemi getdikcə beynəlxalq ictimayətin daha çox diqqət və tələbləri sırasında möhkəmlənir və bu sahədə inkişaf meylləri ekosivil və modern texnoloji aspektlərdə irəliləyiş tapır. Azərbaycanın da bu dəyərlərdən faydalnması üçün mühüm zərurətlər və imkanlar görünür [4, 28].
9.Enerji təhlükəsizliyi və milli energetik strategiya.
Enerji müstəqilliyi və enerji təhlükəsizliyi bol enerji resurslu Azərbaycan Respublikası üçün də həyati əhəmiyyətli bir məsələdir. Geoloji əsaslandırmalar göstərir ki, Azərbaycanda 2-3 milyard ton neft, 2,6 trilyon m3 qaz, 25-27 milyon ton kömür, 400-450 milyon ton yanar şist ehtiyatı vardır. Hazırda layihə gücü 6,4 min, faktiki gücü isə 4,5 min MVt olan istehsal konfiqurasiyası 83:17 nisbətli 13 İES və 5 SES qismində fəaliyyət göstərərək illik orta hesabla 20-23 milyard kVts elektrik enerjisi istehsal olunur. Bu güc müqayisədə ümumilikdə Gürcüstan və Ermənistanın elektrik enerji potensialından (ümumi güc 1,7 min MVt) 3-4 dəfə çoxdur. Lakin bütün bu enerji təhlükəsizliyinin təminat potensialına baxmadan iqtisadiyyatın inkişafı və genişlənən sosial təminatlılıq qarşıya artan enerji istehlakı tələbini qoyur [1, 23, 27]. Hesablamalara görə yaxın perspektiv üçün respublikanın təbii qaza olan tələbatı artaraq 12-14 milyard m3 təşkil edəcəkdir. Elektrik enerjisinə görə isə bu tələb 8-10 min MVt-a bərabər olacaqdır. Bütün bunlar isə iqtisadiyyatın aparıcı sahəsi olan enerji sektorunda aparılan islahatların daha da dərinləşməsinə və təkmilləşdirilməsinə əsaslı zəmin yaradır [5, 8, 14]. Araşdırmalar göstərir ki, respublikada iqtisadi artımın davamlı təminatı enerji sektorunda yeni istehsal güclərinin buraxılışı və sahəvi istehsal infrastrukturunun yeniləşməsinin həyata keçirməsi ilə yüksək səmərəli olacaqdır [3, 12].
Enerji təhlükəsizliyi vaxt çərçivəli dövri bir məsələ deyildir. O, çox uzaq zaman hədəflərini əhatə edən milli və dövləti bir vəzifədir. Buna görə də, enerji resurslarının səmərəli bölgüsü, istifadəsi və başlıca olaraq artırılması, gələcək nəsillərə transformasiyası çox mühüm və vacibdir. Artırma və transformasiya prosesində isə əsaslandırmağa cəhd etdiyimiz kimi, gələcəkdə nüvə enerjisindən istifadə strategiyasına da bu istiqamətdəki alternativlərdən biri kimi baxılmalıdır.
Nüvə enerjisindən istifadə ideyası Azərbaycan üçün yeni bir məsələ deyildir. Hələ Azərbaycan güclü SSRİ dövlətinin tərkibində olduğu zamanlarda burada AES tikintisi ittifaq hökumətin baş planları sırasında qərar tutmuşdu. Lakin 1986-cı ildə Çernobl AES-də baş verən ağır nüvə qəzası və layihədə nəzərdə tutulan reaktorun Çernobl AES-ində olan РБМК tipli olması bu proses hətta konkret reallaşma mərhələsinə daxil olsada onu dayandırdı. Həmin məqsədlə layihə üzrə smeta-maliyyə sənədləri hazırlanmış və Bakı Şirvan şəhərləri arasındakı Nəvai qəsəbəsi ərazisində müəyyən yardımçı binalar və tikililər inşa olunmuşdu. Bu hadisə isə onu göstərir ki, ənənəvi neft ölkəsi olan, perspektiv karbohidrogen ehtiyatları ilə də fərqlənən Azərbaycanda AES tikintisi strateji dəyərləndirilmiş, yüksək seysmoloji amilə baxmadan belə, o məqbul hesab edilmişdir. Bununla belə, hazırkı mərhələdə AEBA ekspertləri karbohidrogen bolluğunu qabartmadan, seysmoloji amili nəzərə almaqla 2005-ci ildə qurumun Vyanada keçirilən 49-cu sessiyasında respublikamızda nüvə enerjisindən dinc məqsədlər üçün istifadəyə müsbət rəy vermişdilər. Agentlik bir daha hansı enerji mənbəyinin ölkə üçün əlverişli olub-olmadığını araşdırmaq məqsədilə Azərbaycan Respublikanın Sənaye və Energetika Nazirliyi ilə “Azərbaycanın enerji balansının hesablanması və perspektiv istiqamətlərin müəyyən olunması” adlı müştərək layihələrin həyata keçirilməsinə dair əməkdaşlığa başlamışdır. Bu layihə əsasında bütün enerji mənbələri, o cümlədən də nüvə enerjisi ilə bağlı perspektivlər nəzərdən keçiriləcək və onların ətraf mühitə təsiri öyrəniləcəkdir [27].
Azərbaycanda nüvə enerjisindən istifadə strategiyasına real müstəvidə keçiddə xammalla təminat problemi də həllini tapacaqdır. Belə ki, bir qayda olaraq layihəni gerçəkləşdirən ölkə xammal təminatını öz üzərinə götürür və ciddi problem olan nüvə tullantılarının utilizasiyasını da həyata keçirir. Stansiyanın işinə nəzarəti isə daimi olaraq AEBA ekspertləri reallaşdırırlar.
Hansı sayda və gücdə nüvə reaktoru və stansiyası məsələsi də araşdırıla bilər. Hesab olunur ki, gələcəkdə enerji istehsalı sahəsində diversifikasiyaya ciddi ehtiyac yaranarsa bu güc 1000-2000 MVt arası nəzərdə tutula bilər.
İlk AES üçün inşaat məkanı kimi yenə də qeyd edilən Nəvai ərazisi və yaxud dəniz sahilində yerləşən cənub rayonlarından birinin ərazisində küləyin əsasən dənizə tərəf istiqamətləndiyi bir mövqe nəzərdən keçirilməsi məqsədəuyğun hesab olunur. Nəvai ərazisinin AES tikitisi üçün adekvatlığı fikrimizcə, SSRİ tərəfindən mümkün qədər əsaslandırılmışdır. Əlbəttə, bütün bu ilkin araşdırma predmetləri və obyektləri böyük bir konsepsiyanın nəzəri müddəalarının prioritetləri və niyyət manifestidir. Konsepsiyanın qurulması, strategiyanın işlənməsi, layihələşmə prosesləri isə daha kəskin məsuliyyətli ciddi bir məsələdir.
10.Nəticə
Aparılan təhlil və əsaslandırmalar göstərir ki, milli enerji təhlükəsizliyinin davamli təminatında nüvə energetikasından istifadəyə də yer ayrılmalıdır və enerji effektivliyini artıran aşağıdakı prioritetləri nəzərdə tutmalıdır.
Nüvə enerjisindən istifadə strategiyasında başlıca meyar enerji təhlükəsizliyi məsələsidir. Bu məsələ gələcəkdə daha səmərəli həllinə qovuşacaq, onun ekoloji təhlükəsizlik sistemi təkmilləşdirəcək və daha mühfizəli olacaqdır. Belə ki, gələcəkdə Azərbaycan nüvə enerjisinin istehsalı üçün yeni modern nəsil reaktorlardan və texnologiyalardan istifadə edə bilər.
Nüvə enerjisindən istifadə elmi-texniki tutumlu sistemdir. Bu strategiya milli elmi bazamızı nüvə fizikası araşdırmaları ilə zənginləşdirəcəkdir. Nəticə etibarilə ölkədə “Nüvə fizikası” sahəsində elmi-tədqiqat institutunun, digər müvafiq elmi mərkəzlərin yaranışını, təhsil sisteminin rəqabət qabiliyyətinin yüksəlişini labüd edəcək, yüksək texnologiyalar sahəsində yeni təməlçi prinsipləri formalaşdıracaqdır və nüvə dövləti kimi ölkənin beynəlxalq aləmdə nüfuzunun daha da artmasına tövhəsini verəcəkdir.
Nüvə enerjisindən istifadə strategiyası respublikaya həm də siyasi güc gətirəcəkdir. Ölkənin beynəlxalq qurumlara inteqrasiyasinda nüfuz və kamilliyi yüksələcəkdir.
Nüvə enerjisindən istifadə strategiyası ölkədə bu istiqamətdə yeni institusional dəyişiklikləri labüd edəcəkdir. Bu sistem birmənalı olaraq ölkə qanunvericiliyində yeni normativ-hüquqi aktların təzahürü, infrastruktur təsisatlarının formalaşması ilə müşayiət ediləcəkdir.
Nüvə enerjisindən istifadə strategiyası şəhər və regionyaratma baxımından da effektlidir. Bu mənada o, ərazi və ölkə məşğulluğunu mülayimləşdirəcək, sosial sferanın mütərəqqiliyinə təsir göstərəcək, iqtisadi gücü daha da artıracaqdır. Praktiki tətbiq sferasında bu prioritetlərin daha fundamental iqtisadi əsaslandırmaya məruz qalacaq və dəyişən siyasi-iqtisadi situasiyaya uyğun fərqli və alternativ düzümdə formalaşdırılması daha elmi məntiqi həllini tapacaqdır.
Ədəbiyyat siyahısı
- Əliyev H.Ə. Azərbaycan nefti dünya siyasətində. Bakı: 1997, 478 s.
- Hacızadə E.M. Sosiallaşan iqtisadiyyat. Bakı: Elm, 2006, 509 s.
- Hacızadə E.M. Energetik kompleks yeni islahatlar ərəfəsində. Bakı: Elm, 2000, 257 s.
- İsmayılov S.F. Azərbaycanın qüyri-neft sənaye sahələrinin inkişafında yeni mərhələ. Bakı: Elm 2011, 136 s.
- Müstəqil Azərbaycan - 20. Azərbaycan Respublikasının Dövlət Statistika Komitəsi. Bakı: «9 №-li kiçik müəssisə», 2011, 640 s.
- Qarayev Z. Qeyri-üzvi kimya. Maarif nəşriyatı. 1983, 437 s
- Şirinov X. Nüvə energetikası qurğuları. Bakı: Maarif nəşriyatı, 1978, 293 s.
- Алиев И. Каспийская нефть Азербайджана. М.: Известия, 2003, 798 с.
- Бекаев Л.С., Марченко С.В., Пинегин С.П. и другие. Мировая энергетика и переход к устойчивому развитию. Новосибирск: Наука, 2000, 433 с.
- Белая книга ядерной энергетики (Под общей редакцией проф. Е.О.Адамова) М.: ГУП НИКИЭТ, 2001, 324 с.
- Браун Т., Лемей Г.Ю. Химия в центре наук. М.: «Мир». Том 2, 520 с.
- Исмаилов С.Ф. Реформирование и развитие промышленных предприятий в условиях переходной экономики, Баку: Элм, 2006, 340 с.
- Максимов В.А., Аношин В.В., Чернов И.Л. Исследования рынков основных энергоносителей, Уфа: БГУ, 2000, 561 с.
- Мирзаджанзаде А., Султанов Ч. Этюды нефтяной концепции Азербайджана. Баку: 1994, 100 с.
- Пустовалов Г.Е. Атомная и ядерная физика. M.: Издателства Московского Университета. 1968, 311 с.
- Сивухин Д.В. Обший Курс Физики-Атомная и Ядерная Физика. Часть 2, M.: «Наука», 453 с.
- Социально-экономическая география зарубежного мира. (под редакцией члена корреспондента РАН заслуженного профессора МГУ В.В.Волжского) М.: Дрофа, 2003, 190 с.
- Трофимова Т.И. Курс Физики. M.: «Академия», 560 с.
- Фримантл М. Химия в действии. M.: «Мир» 1991, 528 с.
- Широков Ю.М., Юдин Н.П. Ядерная Физика. М.: «Наука» 1980, 727 с.
- http://www.president.az - Azərbaycan Respublikası Prezidentinin rəsmi saytı.
- http://www.iea.org - Beynəlxalaq Enerji Agentliyi.
- http://www.iaea.org - BMT-nin Atom Enerjisi üzrə Beynəlxalq Agentliyi.
- http://www.europa.eu.int - Avropa İttifaqı.
- http://www.socar.az - ARDNŞ.
- http://www.oilfund.az - ARDNF.
- http://www.azerenerji.com - «Azərenerji» ASC.
- http://www.elshanhajizadeh.com - prof. Elşən Hacızadənin saytı.
- http://www. energystrategy.ru - Rusiya Federasiyasının enerji strategiyası.
Qeyd: Materialın hazırlanmasaında göstərdiyi köməyə və məsləhətlərə görə Azərbaycan Respublikası Nazirlər Kabineti Aparatının Sənaye və Energetika Şöbəsinin müdiri t.f.d. Səyyaf İsmayılova öz minnətdarlığımızı bildiririk.
Гаджизаде Эльшан Махмуд оглы
Д.э.н. проф. Азербайджанский Государственный Экономический Университет
elshan@hajizadeh.co
Гусейнов Фаик Нураддин оглы
К.х.н. Бакинский Государственный Университет
f.n.huseynov@gmail.com
Ядерная энергетика:
экологически-экономические оценки и перспективы развития
Резюме
Цель исследования: оценка технических и технологических, экологических и экономических показателей особенностей ядерной энергетики в условиях современной глобализации и аналитическое представление важных аспектов перспектив использования данного сегмента в развитии национальной энергетики.
Методология исследования: факторные, оценочные и статистические методы анализа.
Результаты исследования: 1. Оценка аспектов безопасности ядерной энергетики в техническом, технологическом, экологическом и экономическом контекстах в условиях современной глобализации. 2. Исследование обоснования перспективности её рационального использования в направлении разветвления источников обеспечения национальной энергетической безопасности.
Ограничения исследования в основном можно отметить ограниченную и конфиденциальную характерность системы экономических и статистических показателей, информационной базы предмета темы исследования.
Практическая важность исследования: возможность использования как научный источник концептуальных основ перехода на ядерную энергетику в направлении обеспечения национальной энергетической безопасности.
Оригинальность и научная новизна исследования: выступая из глобальных призывов, впервые была оценена и анализирована перспективность использования ядерной энергии в развитии национальной энергетики в техническом, технологическом, экологическом и экономическом аспектах.
Ключевые слова: экономическая политика, ядерная энергетика, налогообложе́ние, экономика Азербайджана.
Hajizadeh Elshan Mahmud oglu
Prof. Dr., Azerbaijan State Economic University
Huseynov Faik Nureddin oglu
PhD in Chemical Sciences Baku State University
Nuclear Power: environmental and economic estimates and prospects
Abstract
Purpose: Evaluation of technical and technological, environmental and economic performance characteristics of nuclear power in today's globalization and the analytical representation of the important aspects of the prospects for this segment in the development of system of national energy.
Methodology: Factor, evaluation and statistical analysis methods.
Findings: 1. Estimate of safety of nuclear power in the technical, technological, environmental, and economic contexts in today's globalization. 2. Research study of the prospects of rational use of branching in the direction of sources of national energy security.
Research limitations: In can mainly be restricted and confidential note the specificity of the system of economic and statistical indicators, the information base object of the research topic.
Practical implications: Ability to use as a research source framework transition to nuclear energy in the direction of ensuring national energy security.
Originality: According to the global appeals, the first time has been evaluated and analyzed the prospects of using nuclear energy in national energy development in technical, technological, environmental and economic aspects.
Keywords: economic policy, nuclear power, taxation, Azerbaijan economy
JEL Classification Codes: N7, O1, P11, Q38, Q43, Q51
164.Nüvə energetikasi: ekoloji-iqtisadi dəyərləndirmələr və inkişaf perspektivləri. (F.N.Hüseynov ilə müştərək). Azərbaycanın vergi jurnalı. Bakı: № 3, 2012, 2,8 ç.v.
Sxem və qrafikləri açmaq üçün faylı yükləyin.