Arxiv
Faydalı linklər
Azərbaycan Respublikası Prezidentinin İşlər İdarəsinin Prezident Kitabxanası
"Azərbaycanın vergi jurnalı" resenziyalı elmi jurnal
AMEA - Azərbaycan Milli Elmlər Akademiyası
AMEA İqtisadiyyat İnstitutu
Azərbaycan Dövlət İqtisad Universiteti
Azərbaycan Milli Kitabxanası
Azərbaycan kommersiya bankları haqqında informasiya portalı
İqtisadiyyat qəzeti
Məqalələr / EKONOMETRİKAYA GİRİŞ
i.e.d, prof. Elşən Hacızadə
Ekonometrika iqtisadi hadisə və proseslərin kəmiyyət və keyfiyyətini riyazi, statistik metod və modellərin köməyi ilə öyrənən elm sahəsidir. Əsas məqsədi statistik və riyazi modellərdən istifadə yolu ilə iqtisadi nəzəriyyəni inkişaf etdirmək olan ekonometrikanın müasir predmeti Beynəlxalq İqtisadçılar İttifaqı - Ekonometrik Cəmiyyətin nizamnaməsində öz əksini tapmışdır.
Artıq yaşı bir əsri haqlamış ekonometrika həm də müxtəlif elm və praktika sahələrində ölçmələr və statistik metodların tətbiqinə həsr edilən geniş fənlər ailəsinə daxildır. Bu elmi fənn respublikamızın bir çox ali məktəblərində mühüm fənlərdən biri kimi tədris edilsə də, müvafiq istiqamətdə Azərbaycan dilində müasir dərsliklərin və dərs vəsaitlərinin kəskin çatışmazlığı hiss olunur. Bu boşluğu AMEA-nın müxbir üzvü, iqtisad elmləri doktoru, professor Akif Musayev və fizika-riyaziyyat elmləri üzrə fəlsəfə doktoru, dosent Aslan Qəhrəmanov yazdıqları «Ekonometrikaya giriş» adlı dərs vəsiti ilə doldurmağa çalışmışlar. Nəticədə isə tam bir tədris kursunu əhatə edən mükəmməl dərs vəsaiti ərsəyə gətirib milli elm və təhsil sferasına təqdim etmişlər.
Xüsusi müasir tədris üslubunda yazılmış, 10 fəsildən ibarət olan kitabın hər bir bölümü müvafiq bilikləri möhkəmləndirməyə kömək edən çalışmalarla bitir ki, bu da onun orijinallığını səciyyələndirən fərqli hal kimi dəyərləndirilir.
Çətin mənimsənilən fənlər qrupuna daxil olan ekonometrikaya müəlliflər asan anlaşılan tərtibat verməklə mümkün qədər oxunaqlı hala salmış, tez qavranılan məcraya istiqamətləndirərək ona hətta bir qədər də stilistik milli dəyər qatmışlar.
Müəlliflərin qeyd etdiyi kimi, iqtisadçıların bacarıqlı mütəxəssis kimi yetişməsində bu fənnin mühüm əhəmiyyəti var. Ekonometrika üsullarını bilməyən şəxs iqtisadi parametrlər arasında empirik asılılıqların qurulmasında, iqtisadi prosesin etibarlı proqnozlaşdırılmasında çətinlik çəkir və ona görə də maliyyədə, biznesdə, bank işində uğur qazana bilmir.
Azərbaycan Universitetinin Elmi Şurasının qərarı ilə nəşr olunan «Ekonometrikaya giriş» kitabı yüksək poliqrafik keyfiyyəti ilə də fərqlənir. Dərs vəsaiti 176 səhifədən ibarətdir və «Çaşıoğlu» nəşriyyatının mətbəəsində çap edilmişdir.
Hörmətli müəllifləri - AMEA-nın müxbir üzvü, iqtisad elmləri doktoru, professor Akif Musayevi və fizika-riyaziyyat elmləri üzrə fəlsəfə doktoru, dosent Aslan Qəhrəmanovu belə dəyərli bir dərslik hazırlayıb ərsəyə gətirdiklərinə görə təbrik edir, onlara elmi-pedaqoji fəaliyyətlərində yeni uğurlar arzulayırıq.
158. Ekonometrikaya giriş (məqalə-resenziya). Azərbaycanın vergi xəbərləri. Bakı: 2011, № 9. 0.1 ç.v.
© 2011 E