Arxiv
Faydalı linklər
Azərbaycan Respublikası Prezidentinin İşlər İdarəsinin Prezident Kitabxanası
"Azərbaycanın vergi jurnalı" resenziyalı elmi jurnal
AMEA - Azərbaycan Milli Elmlər Akademiyası
AMEA İqtisadiyyat İnstitutu
Azərbaycan Dövlət İqtisad Universiteti
Azərbaycan Milli Kitabxanası
Azərbaycan kommersiya bankları haqqında informasiya portalı
İqtisadiyyat qəzeti
Məqalələr / STRUKTUR İSLAHATLARININ TƏNZİMLƏNMƏSİNİN NƏZƏRİ-METODOLOJİ MEXANİZMLƏRİ
AMEA İqtisadiyyat İnstitutu, i.e.n. E.M.Hacızadə
Tarixən bir çox struktur islahatları dəqiq struktur analizi aparıldığına görə baş tutmamışdır. Struktur analizi müasir iqtisadi tədqiqatların ən ümidli və məhsuldar istiqamətlərindən biri kimi dəyərləndirilir. [6,7] Burada məlum baxışlara görə struktur transformasiyasından daha çox həmən strukturlara adaptasiya etmə bacarığı məqbul hesab olunur. Məhz buna görə də, struktur dəyişikliklərinin tədqiqi həm nəzəri-empirik çərçivədə və həm də metodoloji əsasda, iqtisadi göstəricilər sferasında geniş təhlil zəruriliyini əsaslandırır.
Struktur anlayışı yaşadığımız çağdaş zamanda daha da populyarlaşmışdır. Müasir iqtisadi aləmdə gedən təbəllüdatlar, islahatlar və modernizasiya prosesləri alternativ məzmunda struktur dəyişiklikləri kimi də səciyyələndirilir. Bununla belə, struktur dəyişiklikləri bir qədər spesifik mahiyyəti ilə də fərqlənir. Bəzi mənbələrdə struktur çoxsaylı və müxtəlif təbii elementar hissələrin təşkilati vahidlərin nizamlama üsulu kimi qəbul olunur. Digər baxış bucağı altında isə strukturu iki mənada xarakterizə etmək olar. [3,6]
məxsusi funksiyalardan fərqli olaraq vahid tamı yaradan hissələrin düzümü (anatomiya və fiziologiya);
tamamilə yeni düşüncədə - vahid tamı yaradan sadə elementlər kombinasiyasından fərqli, hər biri digərindən bilavasitə asılı olaraq bir biri ilə həmrəy fenomenlər yaranışı.
İkinci məna alman nəzəriyyəsi olan «Heştaltlar» (Gestalt Theorie) və ya forma nəzəriyyəsini səciyyələndirir. Burada fenomenlər avtonom vahidliyi yaradaraq öz məxsusi qanunlarına tabeçilik şəraitində daxili həmrəylik nümayiş etdirir və hər bir element struktur ümumiliyindən, onun qanunlarından və onu idarəedənlərdən aslıdır. [6]
Struktur anlayışına hər yerdə təsadüf etmək olar. Fizika materiyanın strukturunu, biologiya canlı aləmin və orqanizmlərin strukturunu, riyazi analiz isə məxsusi struktur tipini öyrənir. İnstitusional sosiologiyanın banisı fransız iqtisadçısı Fransua Perruya görə iqtisadi vahidin strukturu proporsiyalar və münasibətlər məcmusu olmaqla hazırkı vəziyyət və anda həmin vahidin özünü xarakterizə edir:
proporsiya nisbi ölçüdür və iqtisadi vahidin tərkib hissəsi kimi baxılan əhəmiyyət elementidir;
münasibət bir tərəfdən vahidi səciyyələndirən elementlər arasında, digər tərəfdən isə bu vahidləri digər iqtisadi vahidlə təyin edir.
Daha qabarıq iqtisadi yanaşma kontekstində isə struktur iqtisadi və çərçivəyə salınmış təsnifata malikdir. İqtisadi struktur kimi məxsusi formada sadə və kompleks iqtisadi strukturlar, çərçivəyə salınmış mahiyyətdə isə iqtisadi fəaliyyətin əhatə mühiti diqqətə gətirilir. İqtisadi struktur kimi bir-biri ilə qarşılıqlı təmas yaradan, çoxsaylı makroiqtisadi elementlərdən ibarət mürəkkəb sistem, xalq təsərrüfatı kompleksi də müqayisə edilir. Burada mövcud elementlər sosial, sahəvi, təkrar istehsal, regional və xarici ticarət strukturlarına təsnif olunmaqla öz aralarında münasibətlər qurmaqla iqtisadi strukturu yaradırlar. [3]
İqtisadi inkişaf struktur çərçivədə çoxfaktorlu proses olmaqla təsərrüfat mexanizminin təkamülünü və yeni iqtisadi sistemin təşəkkülünü şərtləndirir. Bununla belə o, mürəkkəb və ziddiyyətli proses kimi çox zaman açılan istiqamətdə düzxətli hərəkətə tam nail ola bilmir. Burada yüksəliş və enmə, müsbət və mənfi meyillər təzahür olunur. Tarixi gerçəklik belədir ki, iqtisadi inkişaf struktur modeldə orta və uzun müddətli mərhələdə dövr edir. İqtisadi nəzəriyyədə bir neçə sınanmış inkişaf tsikl göstərilir. 50 illik dövr «Kondratev» tsikli adlanır. [4,7] Normal sənaye tsikli 8-12 ili əhatə edir. Kiçik tsikl 3-4 ili əhatə edən «Kitçin» tsikli adlanır. Bu əsas fondların kütləvi yeniləşmə müddətini əhatə edir. İlk iki tsikldə dörd faza nəzərə çarpır: eniş, depressiya, canlanma və istehsal qalxınması. Burada iki pik nöqtəsi - qalxınma və eniş pikləri vardır. İqtisadi inkişaf tsiklinin əhəmiyyətini vurğulamada məqsəd ölkədə aparılan struktur dəyişikliklərinin zaman baxımından da elmi əsaslandırılması şərtliliyindən irəli gəlir. İstənilən layihə struktur formalaşmasında zaman resursunu dəqiq nəzərə almadan məqsədə yetişməz. Bu baxımdan respublikada aparılan iqtisadi islahatların məğzini təşkil edən struktur modernizasiyası da tsikllilik aspekti ilə təminatlandırılmalı və möhkəmləndirilməlidir.
Planetin müxtəlif guşələrində yaşamaqlarına baxmayaraq, sivilizasiyanın müasir mərhələsində insanlar qarşılıqlı asılılıq və sıx təmaslar sistemində hərəkət dövriyyəsinə qoşulmuşlar. Ən uzaq məmləkətlərdəki hadisələr indi hamıya təsir etmədədir. Qloballaşma təzə hadisə olmasa da onun yüksək sürəti aydın görünür. Dünya təsərrüfatının, əmtəə və xidmətlərin, kapital və işçi qüvvəsinin və biliyin təcəssümündə vahid bazara çevrilməsi qloballaşma adlanan hadisədə, özünün müsbət və mənfi cəhətləri ilə yüksələn templərdə həyatımıza daxil olmaqdadır. Qloballaşma texnoloji nailiyyətləri, iqtisadi inkişafı stimullaşdırdığı kimi struktur dəyişikliklərini də qaynaqlandırır. Belə ki, çağdaş zamanda dərin iqtisadi təbəllüdatlar struktur dəyişiklikləri fonunda milli səviyyə ilə yanaşı həm də dünya iqtisadiyyatı miqyasında gedir. Ölkəmizdə aprarılan struktur dəyişiklikləri də məhz qlobal aspektləri nəzərə alma perspektivində davamlı və səmərəli olacaqdır.
Hər hansı bir ölkənin iqtisadi inkişafı, struktur mükəmməlliyi təyin olunmuş hesabatlanmadan keçir. Bir çox ölkələr öz səviyyəsini ABŞ-la müqayisə etməyə meyillidirlər. Bu kimi müqayisələr təhlil qammasını tam ifadə etmədiyindən qüsurlu sayılır. Buna görə də ümumi təsbit olunmuş iqtisadi meyarlardan istifadə olunur.
ÜDM-in adambaşına düşən payı;
milli iqtisadiyyatın sahəvi strukturu;
əsas məhsul növlərinin adambaşına düşən həcmi;
əhalinin həyat səviyyəsi və keyfiyyəti;
iqtisadi səmərəlilik göstəricisi.
Sadalanan bütün iqtisadi göstəricilər bir-biri ilə qarşılıqlı rabitə və asılılıqdadır. Bu göstəricilər arasında ÜDM şərtsiz olaraq lider mövqedə dayanır və iqtisadi artım tempində əhəmiyyətini nümayiş etdirir. Əsas göstəricisi ÜDM olan iqtisadi artım cəmiyyətin məqsədlərinin mühüm indikatoru kimi əmtəə və xidmətlərin təsbit olunmuş vaxt ərzində həcm yüksəlişidir. İqtisadi artımın keyfiyyət və templəri onun tipindən asılıdır. Burada ekstensiv və intensiv tiplər fərqləndirilir. Ekstensiv artım tempi resursların keyfiyyətini və texnoloji səviyyəni saxlamaqla istehsala əlavə resurslar cəlb edilməsi ilə xarakterikdir. İntensiv artım tipi məhsuldarlığın texnoloji təkmilləşməni və resurs keyfiyyətini artırmaqla təmin olunur. Hər iki tip eyni zamanda mövcud olaraq müxtəlif dövrü mərhələlərdə bir-birinə üstün gəlir.
Real həyatda əlavə resursların cəlb edilməsi xərclər artımına və bahalaşmaya gətirərək istehsal artımının səmərəsizliyi ilə müşayiət olunur. İstifadə olunan resursların xalis mexaniki artımı istehsal faktorlarının azalan verim qanunu ilə ziddiyyət təşkil edir. Digər mənada əlavə istehsal faktorunun tətbiqi ilə onun məhsuldarlıq həddi azalır. İstifadəsiz resurslar izafiliyi də iqtisadi artıma təsir edir. Belə ki, əmək resurslarının Afrika və Asiya ölkələlində artımı kapital artımı ilə müşayiət olunmur. Bu da öz növbəsində sosial proqramlara tələb olunan xərcləri yüksəldir. Alınan gəlir istehlaka məsrəf olunur, yığım və investisiyaların səviyyəsi isə artımı təmin edə bilmir. Kapital izafiliyi, izafi güc formasını alaraq xərclər və informasiya artımını stimullaşdırır. Adtən təbii resurslarla bol olan ölkələr onlarla ticarət edərək dünya iqtisadiyyatının xammal bazasına çevirilirlər. Belə ölkələr çox zaman köhnə texnologiyalar əsasında istehsalı qurur və inkişaf etmiş ölkələrlə ayaqlaşa bilmir. Belə gerçəklik nisbi mənada respublikamız üçün də xarakterikdir. Təbii ehtiyatları olmayan ölkələr isə resurs qoruyucu texnologiyalar yaratmaq zorunda qalır, emal sənayesi və elmtutumlu istehsalı inkişaf etdirirlər. Göründüyü kimi, iqtisadi artım yalnız resursların nağdlılığı yox, onlardan səmərəli istifadə kombinasiyaları qurmaq təşkil edir. Hər bir resurslar digərindən asılı olaraq dəyişkənliyə məruz qalır.
Resurslar natural və dəyər formasında aşağıdakı göstəricilərlə xarakterizə olunurlar.
Resursların natural və dəyər göstəriciləri
Faktorlar |
Mövcud resursun kəmiyyət göstəricisi |
Yaxşı istifadə və səmərəliliyin artmasının üsulları |
Səmərəli istifadə göstəriciləri |
Təbii resurslar |
Hər növ üzrə müxtəlif |
Mümkün tam alım, xammalın kompleks və dərin emalı, təbiətin dağıdıcılığından mühafizə |
Məhsulun materialtutumu |
Əmək resursları |
Əmək qabiliyyətli əhalinin sayı və onun ixtisas səviyyəsi |
Təhsilin, səhiyyəin təkmilləşdirilməsi, əməyin təşkilinin yaxşılaşdırılması |
Əmək məhsuldarlığı |
Sahibkarlıq bacarığı |
Təhsil, istedad, əməksevərlik |
Daimi təkmilləşmə |
Mənfəətin maksimallaşdırılması |
Əsas kapital |
İstehsal gücü vahidinin qiyməti |
İstehsalın təşkilinin və texnologiyaların təkmilləşdirilməsi |
Fondverimi, məhsulun keyfiyyəti |
ETT və onun nailiyyət-lərindən istifadə |
Nəticə vahidində xərclər səviyyəsi |
Əməyin təşkilinin elmi texniki tədqiqatların inkişafı və onun nəticələrondən səmərəli istifadə |
Mənfəətin maksimallaşdırılmasının yeni əmtəə və xidmətlər, ətraf mühitin mühafizəsinin yaxşılaşdırılması |
Ümumi istehlak |
Pul həcmi |
İnflyasiya ilə mübarizə, bank sisteminin tələblərinin tənzimlənməsi |
Gəlirlərin sosial ədalətli bölgüsü |
Cədvəl-blokda təcəssüm olunanlar iqtisadi artıma bilavasitə təsir edən göstəricilər sistemi kimi onun çoxfaktorlu struktur modelini təşkil edir. Bununla belə, iqtisadi artımına təsir edən digər modellər də mövcuddur: [2,3,6]
Keynsion modelin ideya şərhində makroiqtisadi tarazlığın saxlanmasında başlıca rolu tələb ifadə edir. Tələbin vacib elementi kimi burada investisiyalar çıxış edir və multiplikator vasitəsi mənfəət artımı təmin olunur. Keyns modelində bütün istiqamətlərdə investisiya və yığım arasında asılılıq xasdır.
Neoklassik modeldə öz aralarında qarşılıqlı hərəkət edən iki amil nəzərə gəlir. Model yalnız qəti rəqabəti şərtləndirir. İstehsal faktorlarından səmərəli istifadə kontekstində özünü tənzimlənmə mexanizmi kimi mükəmməl işləyir. Burada başlıca ideya kimi bazar sisteminin optimallığı önə çıxır. Neoklassik model özündə bir sıra məhşur olan modellərə sintez edir:
Kobba-Duqlas faktor modeli;
R.Solounun bir sektorlu iqtisadi dinamik modeli;
C.Keynsin qısamüddətli iqtisadi tarazlıq modeli;
Xarroda-Domaranın dinamik tarazlıq modeli.
Növbəti mühüm göstərici isə sahəvi təsnifatda ÜDM əsasında aparılan milli iqtisadiyyatın sahəvi strukturunun təhlilini ifadə edir. Ölkə iqtisadiyyatının səhəvi optimal struktur düzümü iqtisadi dayanıqlıq və çeviklik göstəricisi kimi qiymətləndirilir. Əsas məhsul növləri istehsalınnın əhali hesabına bölgüsü isə milli iqtisadiyyatın inkişafının mühüm bazis göstəricisi hesab olunur. Bu göstərici əsas məhsul növlərinə ölkənin təminat mümkünlüyündə ifadəsini tapır. Ölkə əhalisinin həyat səviyyəsi ÜDM strukturundan dolğun istifadə ilə xarakterikdir. Əhalinin həyat səviyyəsinin təhlili «istehlak səbəti» və «yaşayış minimumu» göstəriciləri ilə təhlil edilir. Bundan başqa, bu göstərici həmçinin aşağıdakı meyarlarda da əksini tapır:
əmək ehtiyatlarının vəziyyəti (orta həyat müddəti, əhalinin təhsil və maarifçilik səviyyəsi; adambaşına düşən əsas ərzaq məhsullarının kalori proporsiyası, ÜDM-də təhsil xərclərinin həcmi);
xidmətlər sferasının inkişafı (həkimlərin sayı, xəstəxana çarpayılarının miqdarı, əhalinin mənzil və məişət cihazları ilə təminatı)
İqtisadi səmərəlilik göstəriciləri iqtisadi inkişafın səviyyəsi, onun keyfiyyəti, ölkənin əsas və dövriyyə kapitalından istifadə şəraiti və əmək resursları ilə müəyyən edilir. İqtisadi səmərəliliyə daha mühüm aşağıdakı təsnifatı vermək olar:
əmək məhsuldarlığı;
konkret məhsul növünün ÜDM-də kapitaltutumu vahidi;
əsas fondların fondverimi;
konkret məhsul növünün ÜDM-də materialtutumu vahidi.
Qlobal empirik sferasında struktur islahatlarını qaynaqlandıran amillər şəbəkəsi genişdir. Burada əsas mahiyyət hər bir dönüş nöqtəsində yeni reallığı dərk etmək və mütərəqqiyə sürətli adaptasiya olunmaqdan ibarətdir. Rəqabət prioritetini təcəssüm etdirən bazar iqtisadiyyatı fasiləsiz olaraq struktur dəyişikliklərinə təkan verir. Bu orbitdə hərəkət edənlər yaxşı anlayırlar ki, mütəmadi struktur dəyişiklikləri aparmadan qəti iqtisadi inkişafa nail olmaq, dayanıqlı rəqabət davamlılığını təmin etmək mümkün deyildir. [5]
Struktur islahatlarının tənzimlənməsinin nəzəri-metodoloji mexanizmlərinin təhlili göstərir ki, istənilən struktur dəyişikliyinin məqsədli quruluşa əsaslanan direktiv proqnozu sintez etməlidir. Dünya təcrübəsi demokratik fundamentli, bazar orientasiyalı yeni iqtisadi sistem quruculuğu prosesini gerçəkləşdirən onlarca ölkələrdən biri kimi Azərbaycan Respublikası üçün də aprobasiyadan keçmiş nümünələr təqdim edir. İnteqrasion meyillər, qloballaşma amilləri respublikamızın sivilizasion nailiyyətlər etmiş ölkələr sırasına təzliklə qatılması üçün əvəzsiz imkanlar açır. Yeni gerçəkliklər ölkəmizdə aparılan iqtisadi islahatların dərinləşməsi və təkmilləşməsi istiqamətində daha çevik iqtisadi tələbli struktur dəyişikliklərinin aparılmasını şərtləndirir.
QAYNAQLAR
1.Волконский В.А. Институциональные проблемы российских реформ, М:Диалог-МГУ, 1998, с.432.
2.Доминик Сальваторе. Международная экономика, М: Риа «ПК», 1998, с.714.
3.Экономика. под редакцией д.э.н. А.С.Булатова, М: Юристь, 2000, с.896
4.Hacızadə E.M. Energetik kompleks yeni islahatlar ərəfəsində, Bakı, Elm, 2000, s.257.
5.Draker Peter.F Management during large changes, NY:Truman Taiiey Books, 1995, р.654
6.www.gallery.economicus.ru..
7.www/technobusiness.chat.ru/index7.html.html.
51.Struktur islahatlarının tənzimlənməsinin nəzəri-metodoloji mexanizmləri. Azərbaycan iqtisadiyyatı yüksəliş yolunda. АMEА-nın İqtisadiyyat İnstitutu. /məqalələr toplusu/ III (XII) Bakı. 2003. 0,5 ç.v.