gototop gototop
Azərbaycanca Русский English
Arxiv
Faydalı linklər

http://www.preslib.az/

Azərbaycan Respublikası Prezidentinin İşlər İdarəsinin Prezident Kitabxanası


http://www.vergijurnali.az/

"Azərbaycanın vergi jurnalı" resenziyalı elmi jurnal


http://www.science.gov.az/

AMEA - Azərbaycan Milli Elmlər Akademiyası


http://www.elm.az/az/economy/

AMEA İqtisadiyyat İnstitutu


http://www.aseu.az/

Azərbaycan Dövlət İqtisad Universiteti


http://www.anl.az/

Azərbaycan Milli Kitabxanası


http://banker.az/az/

Azərbaycan kommersiya bankları haqqında informasiya portalı


http://iqtisadiyyat.com/

İqtisadiyyat qəzeti


Məqalələr / DAYANIQLI İQTİSADİ İNKİŞAFIN TƏMİN EDİLMƏSİNDƏ AZAD İQTİSADİ ZONALARIN FUNKSİONAL ROLU VƏ ƏHƏMİYYƏTİ

08.02.2012

 AzDİU, i.e.n. E.M.Hacızadə

Uğurlu, dayanıqlı iqtisadi inkişafın təmin olunmasında milli dövlət ərazisinin məhdud hissəsini təşkil edərək xüsusi iqtisadi şərt və şərait imkanlarına malik Azad İqtisadi Zonalar /AİZ/ arealı üstün səmərəliliyi ilə fərqlənir. Bu iqtisadi təyinatlı spesifik zonada sahibkarlar öz biznes fəaliyyətlərini geniş imkanlar çevrəsində: vergi, gömrük, icarə, vizit, əmək rejimi və digər bu kimi normativ-hüquqi orientasiyalı güzəştlər şəraitində qururlar.
Yaranışı bazar iqtisadiyyatının dərinləşməsi tələblərindən qaynaqlanan AİZ-lər industrial inkişafın investisiyalaşması, xarici ticari, ümumi sosial-iqtisadi, elmi-texniki və texnoloji problemlərin həlli məqsədləri üçün təşkil olunur, dünya təsərrüfatında iqtisadi artımın sürətlənməsini və beynəlxaq əmtəə dövriyyəsinin aktivləşməsini təmin edirlər. AİZ-lərin quruculuğu sferasında nəqliyyat və kommunikasiya imkanlarının genişliyi, bazarlara münasibətdə əlverişli coğrafı mövqe, mineral-xammal resurslarına maliklik, inkişaf etmiş istehsal potensialı, münbit infrastruktur kimi bir sıra mühüm spesifik tələblər əsaslandırılır.
AİZ-lərin yaranışında bir sıra məqsədlərə nail olmaq nəzərdə tutula bilər:
    məşğulluğun təmin edilməsi;
    xarici investisiyaların cəlb olunması və mobilləşməsi;
    xarici bazarlara çıxarıla biləcək məhsul istehsalının mənimsənilməsi;
    müvafiq zonanın mövcud resurslarından daha dolğun istifadə olunması;
    ekoloji mühitin sağlamlaşdırılması;
    iqtisadi artımın sürətləndirilməsi;
    xarici əmtəə dövriyyəsinin aktivləşdirilməsi;
    iqtisadi inteqrasion proseslərin dərinləşdirilməsi;
    innovasiyaların, qabaqcıl istehsal və menecment texnologiyalarının zonaya cəlb olunması.
Son onilliklərdə AİZ-lərin inkişafı beynəlxalq təsərrüfatda nəzərə çarpan hadisələrdən biri kimi qiymətləndirilir. Bir sıra dünya ölkələrin təcrubəsi göstərir ki, dövlətlərin dünya iqtisadiyyatına səmərəli inteqrasiyası, ölkənin və onun regionları qarşısında duran aktual sosial-iqtisadi problemlərin həlli üçün müvafiq iqtisadi zonaların təşkili mühüm rol oynamaqdadır. Bu əhəmiyyətli funksionallıq ötən əsrin sonlarında planetdə məşğulluq şəbəkəsi 3 milyon insanı əhatə edərək 25-dən çox çeşiddə fəaliyyət göstərən 1200 AİZ-in simasında daha da dolğunlaşmış və genişlənmişdir.
İnvestisiyaların mobilləşməsini, iqtisadi inteqrasion proseslərin dərinləşməsini stimullaşdıran AİZ-lərə çağdaş zamanda dünyanın əksər ölkələrində rast gəlinir. Avtarkiyalı iqtisadi sistemə malik qonşu İran İslam Respublikasında, kommunist rejimli Çin Xalq Respublikasında, Latın Amerikasının əksər ölkələrində AİZ-lər təşəkkül taparaq tərəqqi edir. Bir çox ölkələr məhz AİZ-lərin inteqrasion effektinə istinadən onların mili iqtisadiyyatda formalaşdırılmasını və genişləndirilməsini şərtləndirirlər.
Neftinin təkrar əks-sədası fonunda adekvat biznes mühitinin formalaşmasına zəmin olmuş respublikamızda da AİZ-lərin yaradılması imkanları genişlənmiş, sahədə yeni keyfiyyətli təşəbbüslər dövriyyə çıxmışdır. Aparılan araşdırmalar əsas verir ki, çeşidli konfiqurativ iqtisadi zonalar spektrində respublikanın iqtisadi özəlliklərinə uyğun olan seqmentlər tapmaq çətin deyildir. AİZ effektinin əhəmiyyət diapazonunu təhlil edərkən alınan nəticə ondan ibarətdir ki, respublikamızda istehsal potensialının möhkəmləndirilməsi, əmtəə çeşidinin artırılması, təsərrüfat diversifikasiyasının genişlənməsi aspektində müvafiq zonaların yaradılması bir daha dövlətin iqtisadi siyasət paketində yer almalı, Sumqayıtdan başlanan ilk epopeya yeni mahiyyət və məzmunda daha uğurla davam etdirilməlidir.


77.Dayanıqlı iqtisadi inkişafın təmin edilməsində azad iqtisadi zonaların funksional rolu və əhəmiyyəti. "Azərbaycan Respublikasında milli iqtisadiyyatın inkişaf etdirilməsi istiqamətləri" mövzusunda elmi-praktiki konfrans. АMEА-nın İqtisadiyyat İnstitutu, Bakı Biznes Universiteti. Bakı. 2004. 0,1 ç.v.