gototop gototop
Azərbaycanca Русский English
Arxiv
Faydalı linklər

http://www.preslib.az/

Azərbaycan Respublikası Prezidentinin İşlər İdarəsinin Prezident Kitabxanası


http://www.vergijurnali.az/

"Azərbaycanın vergi jurnalı" resenziyalı elmi jurnal


http://www.science.gov.az/

AMEA - Azərbaycan Milli Elmlər Akademiyası


http://www.elm.az/az/economy/

AMEA İqtisadiyyat İnstitutu


http://www.aseu.az/

Azərbaycan Dövlət İqtisad Universiteti


http://www.anl.az/

Azərbaycan Milli Kitabxanası


http://banker.az/az/

Azərbaycan kommersiya bankları haqqında informasiya portalı


http://iqtisadiyyat.com/

İqtisadiyyat qəzeti


Məqalələr / VENÇUR KAPİTALI VƏ ONUN MİLLİ İQTİSADİYYATDA TƏTBİQ SFERASININ GENİŞLƏNDİRİLMƏSİ PROBLEMLƏRİ

06.02.2012

AzDİU, i.e.n. E.M.Hacızadə

Risketmə mənasını ifadələndirən vençur kapitalı biznes orbitində ötən əsrin 60-cı illərində ABŞ-da formalaşmış və növbəti onillikdə Avropaya yol açmışdır. Hazırda Avroatlantik məkanda minlərlə vençur təyinatlı biznes kompaniyaları fəaliyyət göstərirlər. MDB məkanında və başlıca olaraq Rusiyada vençur biznesi TASİS və Avropa Yenidənqurma və İnkişaf Bankının təşəbbüsləri əsasında dərin təşəkkül tapmaqdadır. Bu sırada ölkəmizdə müvafiq qeyri-hökumət təşkilatı fəaliyyət göstərsə də, vençur biznesi sferasında mütərrəqi nailiyyətlər nəzərə çarpmamış və onun tətbiq diapazonu məntiqi reallıqlar səviyyəsinə yüksəlməmişdir.
Yüksək biznes riskliliyi ilə fərqlənən vençur kapitalı məxsusi sxematik hərəkət strukturuna malikdir. Bu sxematik quruluşa görə vençur kapitalisti özəl kompaniya yaradaraq investorlardan pul yığımı təşkilini təmin edir. Sonra isə cəlbedici biznes layihəsi və onu gerçəkləşdirməyə müqabil sahibkar axtarışı aparılır. Müvafiq layihə ekspertizasından sonra investora nizamnamə fondu və ya səhmlər paketi müqabilində, bir neçə il müddətinə mübadilə zəminində fəaliyyət təklif olunur, nəticədə biznes riskini bölüşdürən tərəflər uğur perspektivində mənfəət sahibinə çevrilirlər.
Empirik olaraq məhdud zaman kəsiyində yüksək riskli mənfəət üçün hesablanan vençur kapitalı biznes fəaliyyətində alim potensialı və mühəndis istedadının tam dövriyyədə hərəkətini təmin edir. Ən geniş mənada o, elmi-texniki işləmələrin kommersializasiyasının sürətləndirilməsinə xidmətdə bulunur, mürəkkəb strukturlu biznes layihələrinin reallaşmasına zəmin olur.
Vençur biznesinin Azərbaycan Respublikasında inkişafı üçün institusional rekonstruksiyaya və ondan irəli gələn, bir sıra adekvat əhəmiyyətli tədbirlərin görülməsinə ehtiyac vardır. Burada ilk öncə müvafiq normativ-hüquqi bazanın formalaşdırılması və mütəmadi olaraq təkmilləşdirilməsi zərurəti əhəmiyyət kəsb edir. Bununla belə, müvafiq iqtisadi fəalliyyət sferasının genişləndirilməsində xüsusi likvid fondunun və vençur infrastrukturunun yaradılması da vacib şərtlərdəndir.
İqtisadiyyatın inkişafına vençur kapitalının cəlb edilməsi təşəbbüsləri qiymətləndirilməli, liberiallaşan iqtisadi prosesdə vençur seqmentindən yetərincə istifadənin işlək mexanizmləri hazırlanmalıdır. Vençur kapitalının geniş tətbiqi yeni texnologiyaların, innovasiyaların, «nou-xau»ların ölkəmizə gətirilməsində, kiçik və orta biznes müstəvisində strateji layihələrin reallaşmasında mühüm iqtisadi alətə çevrilməlidir.

83.Vençur kapitalı və onun milli iqtisadiyyatda tətbiq sferasının genişləndirilməsi problemləri. Bazar şəraitində kooperasiyanın inkişafının sosial-iqtisadi problemləri. /məqalələr toplusu/ Azərbaycan Kooperasiya Universiteti. Bakı. 2004. 0,1 ç.v.