gototop gototop
Azərbaycanca Русский English
Arxiv
Faydalı linklər

http://www.preslib.az/

Azərbaycan Respublikası Prezidentinin İşlər İdarəsinin Prezident Kitabxanası


http://www.vergijurnali.az/

"Azərbaycanın vergi jurnalı" resenziyalı elmi jurnal


http://www.science.gov.az/

AMEA - Azərbaycan Milli Elmlər Akademiyası


http://www.elm.az/az/economy/

AMEA İqtisadiyyat İnstitutu


http://www.aseu.az/

Azərbaycan Dövlət İqtisad Universiteti


http://www.anl.az/

Azərbaycan Milli Kitabxanası


http://banker.az/az/

Azərbaycan kommersiya bankları haqqında informasiya portalı


http://iqtisadiyyat.com/

İqtisadiyyat qəzeti


Məqalələr / QLOKALİZASİYA: QLOBAL VƏ REGİONAL KONSENSUS

01.02.2012

AzDİU, i.e.n. E.M.Hacızadə

Ötən əsrin 80-ci illərində ticarətin və kapital axınının liberallaşması iqtisadi münasibətlər kontektsində köklü bazar islahatlarını qaynaqlandırmış, əmtəə və xidmətlərin beynəlmiləlləşdirilməsinin yeni dalğasını yaradaraq şirkətlərin təmərküzləşməsi prosesini dərinləşdirmişdir. İqtisadi sferada baş verən bu təbəllüdatlar sivilizasiyanın ən dərin guşələrinə nüfuz edərək yeni ümum geosiyasi və geoiqtisadi gerçəklikləri inteqrasion dövriyyəyə çıxartmışdır. Kürreyi ərzin müxtəlif guşələrində yaşamaqlarına baxmayaraq, müasir mərhələdə insanlar qarşılıqlı asılılıq və daha sıx təmaslar sistemində hərəkət etmək zorunda qalmış, qloballaşma adlanan yeni məzmunlu planetar orbitə qoşulmuşlar.
Dünya təsərrüfatının əmtəə və xidmətlərin, kapitalın, işçi qüvvəsinin, daha çox isə maliyyə, informasiya və biliyin təcəssümündə vahid bazara çevrilməsi prosesi olaraq qloballaşma müsbət və mənfi cəhətləri ilə sürətlə həyatımıza daxil olmaqdadır. Qloballaşma kommersiya və bütün insani fəaliyyəti tənzimlənməyə imkanlar yaradan vahid maliyyə-informasion məkanı formalaşdırır. Yaşadığımız sivilizasion mərhələnin ən mühüm sosial-inteqrir amilinə çevrilmiş informasion resurslar isə qloballaşma prosesində də dominantlığı ələ almışdır. Müasir zamanda planetin informasion səviyyəsi elm və texnikanın, enerji, tele-radio-kommunikasion, peyk rabitəsində ehtiva olunan yüksək texnologiyalarla müəyyən olunur.
Qloballaşmanın axın gücünə vararaq dünya iqtisadiyyatı istənilən ölkənin milli təsərrüfatına əhəmiyyətli təsir göstərir. Hazırda bu proses ümumdünya məhsulunun 60%-ni verərək 70-80% həcmində xarici ticarət və beynəlxalq maliyyəni əhatə edir. Beynəlmiləlləşmənin yüksək fazası olmaqla qloballaşma həm də neqativ təzahürlüyü ilə ictimai şüurda, iqtisadi və mədəniyyət təfəkküründə dəyişikliklərə rəvac verir, cəmiyyət adaptasiyası üçün çətinliklər, yeni sosial-iqtisadi problemlər yaradır. Dünya bazarının qloballaşması daha çox iqtisadi inkişaf etmiş dövlətlərin mənafelərinə xidmət edərək əks qütbdə olan zəif təsərrüfatlı ölkələrin yüksək tərəqqi əldə etməsinə mane olur. Bu xüsusiyyətinə rəğmən qloballaşma dünyanın bir sıra regionlarında antiqlobal proteslərlə müşayiət olunaraq milli məhsul istehsalına keyfiyyət və möhkəmlik gətirən vətənpərvər fərdiyyəçilərin simasında məhdudiyyətlərə və təcridə məruz qalır. Qloballaşmanın mənfi meylinə ayrıca götürülmüş sosial-iqtisadi məkanlar sferasında sipər çəkilməsi regionlaşma konsolidasiyasını yeni konturlarla möhkəmlədir. Məhz buna görə də müasir dünyanın sosial-iqtisadi həyatı yalnız qlobal axın sürətində deyil, həm də regional və subregional inteqrasiyanın artım tendensiyasında təyinat tapır. Qloballaşma  və regionlaşma hadisələri çox uzaq tarixi köklərə malik olmasalar da onların son onilliklərdə beynəlxalq arenada təzahür yetkinliyi yeni sosial və institusional keyfiyyətlər, çoxsaylı iqtisadi elementlər yaratmışdır.
Dünyanın regionlaşmasında uzun dövr ərzində tarixən yetkinləşmiş sivilizasion ərazi kompleksləri daha stabil xarakterli mahiyyət daşıyır. Əgər iqtisadi mikrorayon müəyyən şərtlər daxilində bir nəslin həyatı zamanı formalaşırdısa, dünyanın müasir makroregionları özünün kökləri ilə insan cəmiyyətinin daha dərinliklərinə gedirlər. Xalqların, dövlətlərin, etnosların, mədəniyyətlərin intensiv ünsiyyəti nəticəsində onların müasir sərhədləri meydana gəlmişdir. Dövrümüzdə baş verən regionlaşma prosesi isə bütün siviliozasion landşaftı əhatə edən material, sosial, institusional və mənəvi mədəniyyət komponentlərinin daha qabarıq nəzərə çarpan müasir toplumu ilə fərqlənir. Burada başlıca funksiyanı yenə də məhsuldar qüvvələr yerinə yetirərək özünün inkişaf səviyyəsi ilə istehsal münasibətlərinə təsir edir.
Müasir iqtisadi inteqrasion model açıq regionalizmdə tərənnüm olunur. Onun məqsədinin fövqündə azad ticari sferanın genişlənməsi, insan və kapital axınının sərbəst hərəkət missiyası dayanır. Bununla yanaşı inteqrasion növlər müxtəlifliyi əhatəsində regionlaşma institusional yaranışlalın iqtisadi, texniki, elmi və maliyyə əməkdaşlığının yeni forması kimi çıxış edərək qarşılıqlı diffuziya əsasında öz sferasını genişləndirir.
Ölkə və birliklərin qarşılıqlı rabitəsi və dərinləşən inteqrasiyası yeni sosial, geosiyasi və geostrateji əsasda reallaşmaqdadır. Sosial-ekoloji faktorlar ön sırada olan geosiyasi gerçəklikləri sıxışdıraraq onu ikinci plana yuvarlatmış, bununla da dünya prioritetlərini təbəllüdatlara uğratmışlar. Müasir qloballaşma prosesi bütün planeti əhatə edən yeni mümkün ümumi siyasi-iqtisadi, sosial-ekoloji sistem axtarışındadır. Belə bir qlobal strateji sistem layihəsi olaraq «Kontinentlərin böyük qovuşması» konsepsiyası gündəmə gəlmişdir. Müvafiq universal konseptual layihə Roma klubunun «Artım sərhədləri», BMT-nin «Dayanıqlı İnkişaf Proqramı», Rusiyanın Qloballaşma Problemləri İnstitutunun «Qloballaşmanın praktikası» və digər fundamental tədqiqatlardan qaynaqlanaraq YUNESKO-nun dəstəyi ilə bir qrup müstəqil alimlər tərəfindən işlənmişdir. Bu konsepsiyanın əsasında bütün kontinentlərin kommunikasiyasını tam qammada əhatə edən mobil qovuşması prosesi dayanır. Burada ayrı-ayrı kontinentləri əhatəsində çoxfunksional infrastrukturun yaranışını, mühəndis qurğuları, kanallar, süni üzən adaların, körpu və tunellərin inşası obyektlərində əhatə olunan elmi-texniki və texnoloji-inteqrasion amil kimi məkan-kommunikasiya resursu çıxış edir. «Kontinentlərin böyük qovuşması» layihəsinin ana xəttində konkret təcəssümdə Berinq boğazından yeraltı tunel çəkilişi ilə dəhliz yaradaraq, bütün sivilizasion areallar üzərindən keçərək planetin əksər quru parçasını birləşdirən, eni 80-100, uzunluğu 60 min kilometr olan transkontinental magistral kompleksin inşası dayanır. Planetin inteqrasiyasında sosial-iqtisadi münasibətlərin yeni harmonik birləşmə mexanizmi olacaq «Kontinentlərin böyük qovuşması» layihəsinin reallaşması yeni texnoloji sistemlərin tətbiqilə 25 trilyon ABŞ dolları həcmində, 20-25 il müddətinə müəyyən olunmuş, özünütəminat dövriyyəsi isə tam 20 ilə hesablanmışdır.
Yeni inkişaf müstəvisinə qədəm qoymuş insan təkamülünün problemlərini yalnız qlobal kommunikasion layihələrlə təmin etmək mümkün olmayacaqdır. Biz indi təbiət və cəmiyyətə fərqli yanaşmanı əxzetmədə, biosferin şüur dünyası olan noosferaya keçid epoxasındayıq. Bu epoxal keçid sosium paradiqmasının yeni konstruksiyasını şərtləndirir. Belə ki, XXI əsr insanın tərəqqi strategiyasının əsas meyarını bəşəri istehlak tələbinin miqdarı müqabilində proporsional, uyğun kəmiyyətli istehsalın yaradılmasına, elmi-texnoloji məhsulların hamıya paylaşdırılmasına nailolma ifadə etmədədir. Bu yeni mahiyyətin fundamental reallaşması isə əsaslı dərəcədə qlobal axın və regional dirçəliş konsensusu ilə mümkün olacaqdır.
Qloballaşma və regionlaşma münasibətləri diskutiv predmetlidir. Bir qism tədqiqatçılar onların bir-birlərinin möhkəmləndirdikləri, digərləri isə bu fenomenlərin təzadlı olduğu qənaətindədirlər. Qloballaşma və regionlaşma proseslərinə birləşmə və siyasi motivləşmə kimi də baxılır. Onların qarşılıqlı şərtliliyi «qlokalizasiya» neologizmi yaratmışdır. Əslində, dəqiq interpretasiyada ambivalent strukturlu «qlokalizasiya» termini «qlobal» və «lokal» antonimlərin sintezinin ifadəsidir. Qlokalizasiya qlobal, lokal və ya regional olan siyasi-iqisadi, sosial-mədəni maraq və təmayüllərin uzlaşması kimi dövlət tənzimlənməsindən çox submilli və üstmilli səviyyələrlə asılılıqda cərəyan edir.
Qlokalizasiya ilə yanaşı planetdə modern konsepsiya formatında postsivilizasion inqilabi meyil - mondoliziasion proseslər də sürət toplayır. Mondolizasiya bir tərəfdən sivilizasiya moderninin davamı, digər tərəfdən milli dövlətin baza formasının ayıran və dağıdan müasir dünya sistemli planetar dualiz kimi çıxış edir. Ənənəviçiliyə əks qütbdə dayanan mondinalizm məqsədlərini qlobal ideoloji məkfurədə: irqi, milli, dini təsnifat olmayan və sonda hətta cinsi bölgüyə belə etiraz edən prinsiplər üzərində qurur. Lakin nə qloballaşma və nə də mondolizm vesternizasiya təşviqində bulunmamalı, üstün olaraq sosial və mədəni çoxnövlülüyün sintezində daha çox yeni translokal, qlakolikazision kefiyyətlərə istinad etməlidir.
Sosial-texniki tərəqqi məhz inkişaf edən qlolakalizasiyadır. Ümumdünya siyasəti qlokalizasiya prosesində dövlətlərarası sistemdən daxili qlobal şəbəkəyə transformasiya olunur. Qlokalizasion şəbəkədə kommunikasion rabitə ən böyükdən son kiçiyə, BMT-dən aula, səhradan vahəyə, dəyradan gölməçəyə nüfuz edən vektorial xətt üzərində qurulmuşdur. Müvafiq «rejim» Roma klubunun «qlobal düşün, lokal hərəkət et» prinsipinə tamlıqla adekvatdır. Elə bu baxımdan «qlobal brendlər» işləyən marketoloqlar multimilli və postmodern situasiyada öz kompaniyalarının iflas riskini artırmaq müstəvisində hərəkət etmək məcburiyyətində qalırlar. Qlokalizasiya isə belə şəraitdə brendinq strategiyasını dəyişərək istehlakçının mədəni xüsusiyyətlərinin maksimal nəzərə alınmasını şərtləndirir. Obrazlı deylimdə qlokalizasion strategiyada yalnız əmtəə deyil, tam marketinq kommunikasiyası və hərdən də marketoloqların özlərinin də imici lokallaşdırılır.
Qloballaşma planet sakinlərinin inteqrasiya strategiyasının qanunauyğun, qaçılmaz, labüd, obyektiv bir proses olsa da o, bu gün sərbəst məqsədyönlü inkişaf vektoruna malik deyildir. Kortəbii, xaotik dinamikliyi ilə fərqlənən qloballaşmanın mərkəzləşmiş qaydada tənzimlənməsi hələ ki, dünya ictimaiyyəti tərəfindən tələb olunmamışdır. Lakin bu nisbi xaotikliyi konsensusa gətirən lokal və regional indikatorları mövcuddur. Məhz müvafiq lokal və regional indikatorlar bu planetar prosesin hazırkı məqamda qapalı tənzimləyiciləri funksiyasını yerinə yetirərək qlokalizasion prosesi stimullaşdırır, qlobal inteqrasiyaya nizami ahəng və düzüm gətirirlər.

89.Qlokalizasiya: qlobal və regional konsensus. «Qloballaşma və regional iqtisadi inkişaf» Beynəlxalq konfransın materialları. Bakı. Azərbaycan Dövlət iqtisad Universiteti. 2004. 0,3 ç.v.