gototop gototop
Azərbaycanca Русский English
Arxiv
Faydalı linklər

http://www.preslib.az/

Azərbaycan Respublikası Prezidentinin İşlər İdarəsinin Prezident Kitabxanası


http://www.vergijurnali.az/

"Azərbaycanın vergi jurnalı" resenziyalı elmi jurnal


http://www.science.gov.az/

AMEA - Azərbaycan Milli Elmlər Akademiyası


http://www.elm.az/az/economy/

AMEA İqtisadiyyat İnstitutu


http://www.aseu.az/

Azərbaycan Dövlət İqtisad Universiteti


http://www.anl.az/

Azərbaycan Milli Kitabxanası


http://banker.az/az/

Azərbaycan kommersiya bankları haqqında informasiya portalı


http://iqtisadiyyat.com/

İqtisadiyyat qəzeti


Məqalələr / EKOLOJİ İQTİSADİYYATIN NƏZƏRİ VƏ EMPİRİK ASPEKTLƏRİ

27.01.2012

Azərbaycan Dövlət İqtisad Universiteti E.M.Hacızadə

Müasir ekoloji problemlər müəyyən dərəcədə iqsisadi fikrin inkişafının ləngiməsi nəticəsində yaranmışdır. İqtisad elminin klassikləri və digər iqtisad məktəbinin alimləri iqtisadi inkişafda ekloji aspektin təmayülünə əhəmiyyət verməmişlər. Lakin çox yaxın keçmişdə ekoloji problemlərin kəskinləşməsi bütün iqtisad elminin qarşısında ekoloji-iqtisadi təzahürlərin inkişaf meylinə rəğmən yeniləşən müvafiq konsepsiyasının yaranışını şərtləndirmişdir.
XX əsrin 90-cı illərində ekosistemlə iqtisadi sistemlər arasında rabitəni öyrənən ekoloji iqtisadiyyatıın yaranışı bilik sahəsinin geniş üfüqdə yeni sferasının təşəkkülünə gətirmişdir.
Ekoloji iqtisadiyyatın mahiyyətini mənşəcə təsərrüfat fəaliyyətinin ətraf mühitə təsir qiymətləndirilməsi uzlaşması ilə bağılıqda, ənənəvi neoklassik və resurs iqtisadiyyatının sintezi təşkil edir. Burada istehlakçı-insanlar dominant və mərkəzi güc funksionallığından kənarda, ekoloji-iqtisadi sistemin vəhdət komponenti keyfiyyətində çıxış edirlər. İstehlak isə yalnız pul-büdcə məhdudluqlarını deyil, həm də ənənəvi iqtisadiyyatın və təbii fiziki qanunların təsir effektinə məruz qalır.
İnsanın təsərrüfat fəaliyyətinin iqtisadi, ekoloji və sosial aspektlərində inteqrasiya olunmuş ekoloji iqtisadiyyatın mərkəzində ekoloji-iqtisadi sistemin davamlı idarə edilməsi prosesi dayanır. Keçici çərçivələrə isə ənənəvi iqtisadiyyatda olduğundan fərqli sadə və adi obrazda baxılır.
Ekoloji iqtisadiyyatın makroməqsədlərini artımı təqib edən ənənəvi iqtisadiyyata xas olmayan cəhətlər, başlıca isə ekoloji-iqtisadi sistemin dayanıqlılıq kompleksi əsaslandırır. Ekoloji iqtisadiyyatda təsərrüfat iqtisadiyyatı daha tutumlu ekosistemə çıxış edən, bütöv «xidmətlər» spektrində bir sistemaltı olaraq dəyələndirirlir.
Ekoloji iqtisadiyyat planetmizdə iqtisadi inkişafın qənaətli, ekoloji müqabilli və daha optimal yaşayış kontekstində ehtiva olunan «iqtisadi cəmiyyət» axtarışını hədəf seçir. Bu baxımdan da onun əsasını üç konsepsiya formalaşdırır:
    ekoloji-iqtisadi sistemin emal bacarığı;
    ekosistemin aparıcılıq qabiliyyətliliyi;
    entropiya.
Elmi-texniki tərəqqi, istehsalın informatizasiyası, iqtisadi qloballaşma ekoloji problemlərin dolayısı - yandan keçmə üsulunda həllinin tapılması imkanlarını genişləndirmişlər. Artıq yeni ekoloji «təmiz» materiallar, az enerjitutumlu sistemlər yaranmış, material həcmli məmulatların istehsalı əhəmiyyətli dərəcədə kiçilmiş və eyni zamanda ekosistemin yüklülüyü azalmışdır.
Ötən əsrin sonlarında təşəkkül tapan yeni yaranışlar, innovasion nailiyyətlər iqtisadiyyatın menecmentinin mərkəzi başlanğıclarını daha da möhkəmləndirərək onu təbəllüdatlara uğratmışlar. Bu təzahürlər ilk növbədə Milli Hesablar Sisteminin və milli sərvətin ekoloji-iqtisadi uçot sisteminin ekologizasiyasında daha geniş dövriyyə etmişdir. Bu sıradan iqtisadi rifahın və iqtisadi artımın mühüm indikatorları - Ümum daxili məhsul və Ümum milli gəlirin hesablanmasında da ekoloji aspekt daha çox əhəmiyyət kəsb etməyə başlamışdır.
İqtisadi fikrin təkamülü həm də iqtisadiyyatın «dayanıqlı inkişafı» adlanan yeni elmi-empirik sahəsini ərsəyə gətirmişdir. Resurs iqtisadiyyatı işləmələrini, təbiəti mühafizə və ekoloji iqtisadiyyatı ümumilləşdirən «dayanıqlı inkişaf» insanın təsərrüfat həyatının ayrılmaz fəaliyyət komponentinə çevrilmişdir.
Beynəlxalq arenada «dayanıqlı inkişaf» anlayışı Təbiəti beynəlxalq mühafizə ittifaqının, Dünya təbiət fondunun və BMT-nin təbiəti mühafizə proqamının /UNEP/ 1980-ci ildə birgə hazırladıqları təbiəti mühafizənin beynəlxalq strategiya sənədlərində əksini tapmışdır.
«Dayanıqlı inkişaf» konsepsiyasının əsasını ekoloji, iqtisadi və sosial tapşırıqların harmoniyasında mərkəzləşən triada təşkil edir. Onun hazırlanması və reallaşdırılması isə cəmiyyət maraqlarını ifadə edən digər bir triadada - dövlət, işgüzar və ictimai strukturda gerçəkləşir.
Ekoloji iqtisadiyyatın müasir inkişaf forması iqtisadi tərəqqinin texnogen tipi kimi qiymətləndirilir. Bu təbiəttutumlu tip ekoloji məhdudiyyətlər uçotunu nəzərə almayan istehsal vasitələrinin istifadəsinə əsaslanır.
İqtisadi inkişafın texnogen tipinə iqtisadi fəaliyyətə mənfi və müsbət təsir edən xarici effektlər xasdır. Təəssüf ki, təbiətin mühafizəsində ətraf mühitə təsir edən xarici effektlərin əksəriyyəti mənfi təzahürlüdür.
Ekoloji fəaliyyət çox kapitaltutumludur. Burada kapital yığımı üçün bir neçə il tələb olunur. İstehsal proseslərinin adaptasiyası, səhəvi strukturun dəyişməsi, firmaların yenidən yeriləşdirilməsi bir-neçə onilliklər tələb edir. Buna görə də ekoloji siyasət daim aparılmalıdır.
Müasir dünyada ekoloji siyasət daha çox ekoloji-iqtisadi forma alır. Belə xüsusiyyət özünü daha çox inkişaf etmiş ölkələrdə göstərərək məxsusi struktur prinsipləri diktə edir. Bu ölkələrdə formalaşan ekoloji-iqtisadi prinsiplər ekoloji iqtisadiyyatın tərkib hissəsi olaraq aşağıdakıları əhatə edir:
1.    Buraxılmış imkanların dəyəri prinsipi. Bu prinsip məhdud resursun istifadəsində tələb edir ki, onun dəyəri və istifadə olunmayan alternativi nəzərə alınsın. Buraxılmış imkanların dəyəri ətraf mühitdən istifadə zamanı müvafiq ərazidə yaranan fərq mənfəəti kimi hesablanır. Burada bir cəhəti də vurğulmaq lazımdır ki, bu prinsip geriyə də işləyir. Belə ki, ətraf mühitin mühafizəsi ondan təsərrüfat məqsədləri üçün istifadə edilməyən dəyərə də malikdir.
2.    «Çirkabı törədən ödəyir» prinsipi. İqtisadi əməkdaşlıq və inkişaf təşkilatının 1972-ci il tövsiyələrinə görə «çirkabı törədən ödəyir» prinsipi «ekoloji bərpa üçün çirkabı törədən hakimiyyət orqanlarının qərarına görə bütün xərcləri ödəyir» mənasını ifadələndirir. «Çirkabı törədən ödəyir» prinsipinin müasir interpretasiyasını iki əsasla uzlaşdırmaq olar:
    ətraf mühitin mühafizə fəaliyyəti üzrə çirkabı törədən bütün xərcləri ödəməyə məsuldur;
    çirkabı törədənin təbiəti mühafizə xərclərini öz məhsul və xidmətlərinin qiymətləri ilə kompensasiya etmək hüququ var.
3.    Uzunmuddətli perspektiv prinsipi. Ekoloji deqradasiyanın və ya ətraf mühitin mühafizəsinin dəyərinə statik olaraq baxılmır. Çirkab törədən maddələr zaman axınına müvafiq akkumulyasiya olunur və yalnız fəlakət baş verdikdə yaranmış zərər tam müəyyən edilir.
4.    Qarşılıqlı asılılıq prinsipi. Ekoloji siyasətdə təbii vasitələr, istehsal texnologiyaları, çirkab yaratma, çirkabı məhdudlaşdırma və çirkab maddələrin özləri arasındakı qarşılıqlı asılılıq nəzərə alınmalıdır.
5.    «İstifadəçi ödəyir» prinsipi. Resurslardan istifadəyə istinadən «istifadəçi ödəyir» prinsipi adekvat olmasa da, «çirkabı törədən ödəyir» prinsipinin tətbiqi ilə reallaşır. O, tələb edir ki, istənilən təbii resurs istifadəçisi ondan istifadə və sonrakı bərpa xərclərini tamlıqla ödəsin.
Vurğulanmalıdır ki, ekoloji iqtisadiyyatın prinsiplərinin praktiki tətbiqi ilə onun nəzəri postulatları arasında kənarlaşmalar da mövcuddur. Belə hal xüsusən hüquqi və siyasi planda səciyyəvidir. Səbəblər ayrı-ayrı regionlarda normativ-hüqüqi bazanın qeyri-təkmilliyi və siyasi hadisələrin uzlaşma prosesində əks olunması ilə izah edilir. Burada həmçinin yenə də regional səviyyədə sosial-iqtisadi infrastrukturun inkişaf problemləri ilə bağlı iqtisadi səbəblərə də yer ayrılır
Cəmiyyətin yeni tərəqqi meyli insanın fəaliyyəti nəticəsində təbii maddələr və enerji yaranışılarının idarə olunmasını təbii proseslər və mexanizmlər vasitəsi ilə reallaşmasını diktə edir. Bu baxımdan iqtisadiyyatın bütün sahələrində yeni elmi və mühəndis-konstuksiyalı, resursqoruyucu texnika və texnologiya əsaslı təkrar istehsala üstünlük verilməlidir. Bu strategiyada əsas məsələlərdən biri də istehsalda təbiət proseslərindən istifadəni təmin edən prinsipcə yeni texnologiyaların yaradılması və mənimsənilməsi ilə bağlıdır. Belə yanaşma cəmiyyətlə təbiətin harmonikliyini daha kamil formatda təmin etməyi imkanlı edir. Məhz buna görə də bütün bu gerçəkliklər kosmik və geoloji güc ahəngdə biosferin şüur sferası olan noosferə keçidi və eyni kontekstdə insanın təsərrüfat həyatında ekoloji iqtisadiyyatın labüdlüyünü qaçılmaz edir.


95.Theoretical empirical aspects ecological economy. /Ekoloji iqtisadiyyatın nəzəri və empirik aspektləri/ Eighth Baku International Congress «Energy, Ecology, Econome». International Ecoenergy Academy. Baku. 2005. [VIII Beynəlxalq konqress «Enerji, ekologiya və iqtisadiyyat. Beynəlxalq Energetika Аkademiyası Bakı-2005] (M.F.Haсızadə ilə müştərək) 0,2 ç.v.