gototop gototop
Azərbaycanca Русский English
Arxiv
Faydalı linklər

http://www.preslib.az/

Azərbaycan Respublikası Prezidentinin İşlər İdarəsinin Prezident Kitabxanası


http://www.vergijurnali.az/

"Azərbaycanın vergi jurnalı" resenziyalı elmi jurnal


http://www.science.gov.az/

AMEA - Azərbaycan Milli Elmlər Akademiyası


http://www.elm.az/az/economy/

AMEA İqtisadiyyat İnstitutu


http://www.aseu.az/

Azərbaycan Dövlət İqtisad Universiteti


http://www.anl.az/

Azərbaycan Milli Kitabxanası


http://banker.az/az/

Azərbaycan kommersiya bankları haqqında informasiya portalı


http://iqtisadiyyat.com/

İqtisadiyyat qəzeti


Məqalələr / MÜŞTƏRƏK MÜƏSSİSƏLƏR: ELMİ-EMPİRİK REALLIQLAR VƏ İNKİŞAF MEYİLLƏRİ

18.01.2012

 i.e.n. E.M.Hacızadə

Qlobal neft biznesinin sınanmış sosial-təşkilati formalarından biri kimi mütərəqqi istehsal və menecment texnologiyalarına mənsubluq, özünümaliyyələşdirmə və özünütəminat prinsipləri zəminində davamlı inkişafı qaynaqlandıran xarici kapitallı müştərək müəssisələr /MM/ strategiyası çıxış edir. Üstün səmərəli metod və mexanizmlərdə ifadəsini tapan müştərək fəaliyyət oriyentasiyası nəticəli olaraq ölkənin dünya təsərrüfat sisteminə davamlı inteqrasiyasında, daxili çevik bazar infrastrukturunun formalaşmasında əhəmiyyətli təsir göstərir. Bununla belə, iqtisadi və texnoloji transformasiyanın makro və mikro səviyyə parametrlərinə varmadan, hətta qısamüddətli perspektivlərdə reallaşdıran ölkədə də, MM strategiyasına edilən seçim sadəlövh ovqatlara köklənməməlidir. Məhz, buna görə də müvafiq strategiyaya edilən istinad öncədən bir sıra cəhətlərin ciddi nəzərə alınmasını, yetərli səmərəlilik aspektli əsaslandırmaları və dolğun iqtisadi-alqoritmik hesablamaların aparılmasını şərtləndirir.
*     *     *
MM-lər üçün daha qabaqcıl texnologiyalara mənsubluq, artan məhsuldarlıq, yüksək mənfəət və əmək haqlarına maliklik xasdır. Onlar proporsional əsasda risk və mənfəəti bölüşür, resursların daha səmərəli istifadəsini həyata keçirir, rəqabətədavamlı təsərrüfat vahidləri kimi iqtisadi baza yaratdıqları ölkədə dəyişən siyasi situasiyaya həssas reaksiya verirlər. Adətən mövcud müəssisələr bazasında istehsal miqyaslarının dəyişdirilməsi, səmərəliliyin artırılması nöqteyi nəzərindən xarici kapitalın cəlb olunması ilə müşayiət olunan bu biznes sistemində fəaliyyət investisiya sazişi üzrə həyata keçirilir. Bu sazişdə isə istehsal miqyasının təyinatı, məhsulun bölgü və satışı, vergilərin ödəniş qaydaları, idarəetmə sistemi və əməkdaşlıq müddətləri əksini tapır. Vəsaitlər isə təsisat kapitalına əsaslanan MM-in nizamnamə fonduna istinad edir və mütəmadi olaraq artırılır. Bir qayda olaraq xarici partnyorun investisiya qoyuluşlarının əsasını maşın və avadanlıqlar təşkil edir. Yerli tərəf isə özünə mənsub daşınmaz mülkiyyətlə - torpaq, təbii resurslar, bina və qurğular, qismən də investisiya imkanları ilə müvafiq biznes layihəsində iştirak edir. Bu zaman material dəyərləri hər iki tərəf üçün dünya bazarının mövcud qiymətləri əsasında hesablanır və qiymətlər qeyri-müəyyən olduqda tərəflər razılığa gələrək yeni dəyər formalaşdırırlar. [1,3,5]
MM-lər qoyuluşların növ təsnifatı ilə fərqləndikləri kimi, payçılıq miqyaslarına görə də ayrılırlar. Bu nisbət praktiki olaraq baza tərəfin 51%-lik üstün payçılığı əsasında təmin olunur. Lakin qarşı tərəfi pay proposiyası narahat etməyə də bilər. Burada mühüm amil rolunda baza ölkədəki qanunvericilik sisteminin praktiki qarantlığı çıxış edir. MM-lərə məxsus mülkiyyət mövcud qanunvericiliklə mühafizə olunsa da, onların mütləq qaydada sığortalanması məcburidir. Bu sistemdə vacib aspektlərdən biri də təşkilatın yüksək profilli mütəxəsislərlə təminatıdır. Buna görə də MM-lərdə əməyin təşkili xüsüsi kadr hazırlığı prosesi ilə sıx əlaqəlidir. Kadrlarla bağlı digər mühüm məsələ partnyorlar arasında rəhbər vəzifələrin razılaşdırılmış bölgüsünün keçirilməsidir. Bu bölgüdən fəaliyyət nətcəliyi xeyli dərəcə də asılıdır. Ona görə də MM strategiyasında top menecerlər məsələsinə tənzimlənməsi müntəzəm olan prinsipdən yanaşılır.
MM strategiyasında başlıca olaraq maraqlar qovuşsa da, bu sferada tərəflər arasında müyyən qabarıq nisbət də görünəndir. Belə ki, xarici tərəf MM strategiyasına qoşularkən iqtisadi mənfəəti ilə yanaşı, motiv kimi özünün yerli bazarda möhkəmlənməsini də əsaslandırır. Digər bir arqument isə burada bol və sərfəli qiymətli təbii resursun ixrac xüsusiyyətliliyi ilə bağlanılır. Bu sırada üçüncü ölkələr üçün heç də sirr olmayan cəhətlər: ucuz işçi qüvvəsi aspekti, təbii sərvətlərdən istifadə və ekoloji təminat qanunvericiliyinin məhdudluğu da mühüm rol oynayır. Belə vəziyyət xarici partnyorlara bərabər şərtlilik sferasında əsas kapitalın 20%-i həcmində qənaətə, məhsulun maya dəyərinin azı 10-15% aşağı salınmasına imkan verir. Bununla belə, xarici tərəfdaşlar bu sayaq iş birliyində elmin, texnikanın nailiyyətlərinin sınaq və tətbiq effektində əks olunan maraqlarını da əsas şərtlərdən biri kimi irəli sürürlər. [2,7]
*     *     *
Azərbaycan Respublikasında ilk MM-lər Sovetlər İttifaqının son illərində görünməyə başlanmışdır. Müvafiq proseslər yenidənqurma mərhələsində kooperativ hərəkatı ilə başlansa da, genişlənən kompaniya müstəqillik illərində daha vüsətli olmuşdur. MM strategiyasının bariz nümunələri üstün olaraq milli neft sektorunda təşəkkül tapmışdır. Belə ki, İttifaqın son illərində davamlı istismar olunan yataqlarda subsidiya ayırmaları xeyli məhdudlaşmışdı. Bu baxımdan sahənin investisiya təminatlığının gücləndirilməsi zəminində MM strategiyasının nəzəri və sınanmış praktiki prinsiplərı əsas götürülmüş və 1989-cu ildə «Şirvanneft» Neft-Qaz Çıxarma İdarəsinə /NQÇİ/ mənsub «Kəlaməddin» yatağının Türkiyənin «Petroldinq» şirkətinin müştərək istismarına verilməsi ilə proses start götürmüşdür. İttifaqın dağılması yatağın faktiki işlənməsinin 1992-ci ilin martına qədər yubadılmasına səbəb olmuşdur. Proses növbəti illərdə quruda neft-qaz çıxarma sənayesində yeni MM-lərin təsəkkülü ilə silsiləvi xarakter almışdır. Ona görə də milli neft sektorunda MM strategiyasının əsasli təşəkkülü və inkişaf mərhələsi dövlət müstəqilliyinin bərpası zamanı ilə bağlanılır. Fərqli olaraq qlobal neft sənayesində MM-lərin tarixi yaranış məkanı ABŞ-a mənsubdur. Belə ki, neft industriyası tarixində ilk müştərək müəssisəni 1870-ci ildə Qərbi Pensilvaniyada Con Rokfeller təşkil etmişdir. O, bununla neft biznesində birgə əməkdaşlığa əsaslanan korporativ idarəçiliyin təməlini qoymuşdur. Sonrakı mərhələdə MM-lər neft iqtisadiyyatının digər bölmələrini də əhatə edərək daha geniş miqyas almışlar. [1]
Hazırda Azərbaycanda neft-qaz sənyesində qazma, təchizat və digər xidmət-servis yönümlü, MM formatlı 15 müəssisə - «Azəri-Fuqro» MM, «AzTürk Qaz» MM, «Kaspian Drillinq Kompani», «AzLAB QTSC», «Bosşelf» MMC, «Kaspian Ofşor Fabrikatorz» MMC, «Kaspian Şipyard Kompani», «Azfen» BM, «Atəşgah Sığorta Şirkəti», «Kaspian Geofizikal Kompani», «Azəri M.İ. Drillinq», «Enerji Solunşnz Qrup QSM», «OYL and Qas Pro Servis» MMC, «Trans Kaspiyan Servis» MMC, «Azərineftqaz-tikinti» MMC fəaliyyət göstərir. Köhnə yataqlar kompleksində isə MM-lər başlıca olaraq hasilat prosesslərinə cəlb olunmuşlar. Ənənəvi NQÇİ-lərdən fərqli olaraq bazar çağrışlı yeni neftqazçıxarma təşkilatları olan MM-lər ikili - HPB prinsipli və Məhdud Məsuliyyətli Müəssisə tipli sadə sistemli təşkilati quruluşa malikdirlər. Aşağıda təsisat tarixini əks etdirən xronoloji ardıcıllıqla milli neft sektorunun köhnə yataqlar sektorunda təsisaslandırılmış MM-lərin təsnifat xarakteristikası verilmişdir:
1.Qarasu ƏŞ - «Kəlaməddin» və «Mişovdağ» yataqları (Azərbaycan - ARDNŞ 20% və Kanada - «Nations Energy» 80%), təsis tarixi - 2003-cü il. MM Azərbaycanın bağladığı beynəlxalq neft kontrkatları silsiləsinə aid edilir. Əməliyyat şirkəti.
2.Anşad-Petrol MM - «Neftçala» və «Xıllı» yataqları - «Neftçalaneft» NQÇİ-nin bazasında - (Azərbaycan - ARDNŞ 51% və Türkiyə - «Atil Doqan Petrol» 49%), təsis tarixi - 1994-cü il.
3.Azgerneft MM - «Ramana» yatağı - «Balaxanıneft» NQÇİ-nin 7-ci mədəninin bazasında (Azərbaycan - ARDNŞ 40% və Almaniya - «Qrunvald İnterneşnl» LTD 60%) təsis tarixi - 1994-cü il.
4.BMB OYL İNK - «Qaradağ», «Umbakı», «Korgöz» yataqları (Azərbaycan - ARDNŞ 25% və ABŞ - Union Texas Loc Batan Ltd. 75%), təsis tarixi - 1994-cü il. Qeyri-səmərəli fəaliyyətlə əlaqədar 2000-ci ildə müqavilə ləğv edilmişdir.
5.Şirvan Oyl MM - «Gürovdağ» neft yatağı - «Şirvanneft» NQÇİ-nin bazasında (Azərbaycan - ARDNŞ 50% və Böyük Britaniya - Kaspian Enerji Qrup Ltd. 50%), təsis tarixi - 2004-ci il. MM əvvəllər Almaniya - Vaytxol 51% və Azərbaycan - ARDNŞ 50% təsisçiliyi ilə 1995-ci ildə fəaliyyətləndirilib.
6.Muradxanlı Ko - «Muradxanlı», «Cəfərli», «Zərdab» neft yataqları bloku (Azərbaycan - ARDNŞ 50% və Böyük Britaniya - «Ramko» 50%), təsis tarixi - 1998-ci il. MM resbublikanın beynəlxalq neft kontrkatları silsiləsinə aid edilir. 2001-ci ildən fəaliyyəti dayandırılmış muəssisə yenidən «Azneft» İB-nin sərəncamına verilmişdir.
7.Qobustan LTD - «Cənubi-Qərbi Qobustan» bloku (Azərbaycan - ARDNŞ 20%, ABŞ - Yunion Texas, 40% və ABŞ - Komonvels 40%), təsis tarixi - 1998-ci il. MM respublikanın beynəlxalq neft kontrkatları silsiləsinə aid edilir. Əməliyyat şirkəti.
8.Salyanoyl LTD - Kürsəngi-Qarabağlı yatağı - «Salyanneft» NQÇİ-nin bazasında (Azərbaycan - ARDNŞ 50% və Çin 50% - SİEnODİSİ 25%, Forçunmeyt 25%), təsis tarixi - 1999-ci il. MM Azərbaycanın bağladığı beynəlxalq neft kontrkatları silsiləsinə aid edilir. Əməliyyat şirkəti.
9.Az Şendli Oyl - Pirsaat yatağı (Azərbaycan - ARDNŞ 20% və Çin - ŞENQ Lİ 50%, Yeni podratçılar 30%), təsis tarixi - 1999-ci il. MM Azərbaycanın bağladığı beynəlxalq neft kontrkatları silsiləsinə aid edilir. Əməliyyat şirkəti.
10.Binəqədi Oyl Ko - «Binəqədi», «Qirməki», «Zaxnaqlar», «Sulutəpə», «Masazır», «Fatmayı», «Şabandağ», və «Sianşor» neft yataqlarının daxil olduğu blok - «Binəqədineft» NQÇİ-nin bazasında (Azərbaycan - ARDNŞ 25% və Tyrkiyə-qarışıq AzEN Oil 75%), təsis tarixi - 2005-ci il. MM Azərbaycanın bağladığı beynəlxalq neft kontrkatları silsiləsinə aid edilir. Əməliyyat şirkəti. [1,8]
Köhnə istismar zonasında MM-lər yaradılarkən başlıca olaraq ölkə neft sektoruna qabaqcıl texnologiyaların, idarəetmə təcrübəsinin, əlavə maliyyə-material resurslarının cəlb olunması, istehsal mədəniyyətinin yüksəldilməsi, qeyri-məhsuldar xərclərin azaldilması, respublikanın ixrac balansının yaxşılaşdırılması, struktur təkmilləşməsi kimi konkret vəzifələrin yerinə yetirilməsi nəzərdə tutulmuşdur. Lakin MM-lərdəki fəaliyyət heç də həmişə nəzərdə tutulan səmərəliliklə müşayiət olunmamışdır. Faktlar göstərir ki, uzunmüddətli fəaliyyətə baxmayaraq burada əsaslı struktur modernizasiyası aparılmamış, özəl formatlı diversifikasiya işləri görülməmişdir. Belə ki, Rusiyanın neft sektorunda MM-lərdə artıq səhmləşmə prosesi aparılmış, dövlətə məxsus səhmlər YEN-ə deyil, İqtisadi İnkişaf və Ticarət Nazirliyinin sərəncamına verilmişdir. [1,4]
Bir xüsusi cəhəti qeyd etmək lazımdır ki, qurudakı istismar zonasında MM-lər təşkil edilən zaman onlara mövcud standartlardan çox əlavə iqtisadi və istehsal güzəştləri verilmişdir. Əvvəlki hasilat norması təhvil zamanı aşağı endirilmiş, əmlakın qəbulu və işləmə şərtlərində xarici partnyoru qane edən imtiyazlara yol açılmış və belə fəaliyyət üzrə mərkəzi koordinasiya sistemi yaradılmamış, şəffaflıq təmin edilməmişdir. Bu məhdudluqlara baxmayaraq, müvafiq direktiv materiallardan bəlli olur ki, burada işlər heç də rəvan getmir: Konkret olaraq istismar fondu təzələnmir, qazma işləri aparılmır, proqnozlara ciddi əməl edilmir. Bütün bunlar onu ifadə edir ki, investisiya təminatı heç də layihə maddələri ilə tam uzlaşmır və əslində isə sərmayə qoyuluşları nəzərdə tutulan səviyyədə baş vermir. Belə vəziyyət daha çox ilk yaranan MM-lərə aiddir. Çünki yeni yaranan əməliyyat şirkətləri əksərən tam fəaliyyət zonasına daxil olmamış və ciddi sınaqlardan keçməmişlər. Mövcud sahəvi statistik məlumatlar göstərir ki, MM-lərdə bütün fəaliyyət dövrü ərzində müəyyən qisim nailiyyətlər nəzərə çarpsa da, əsaslı artım, sabitləşmə templəri müşahidə olunmamışdır. 1994-cü ildə ABŞ-la müştərək əməkdaşlıq əsasında yaranan BMB OYL İNK şirkəti 5-6 illik fəaliyyəti ərzində heç bir irəliləyişə nail olmamış və 2000-ci ildə onun ləğvinə qərar verilmişdir. «Muradxanlı» mədənlərinin də xarici sərmayədarlara verilməsi səmərə doğurmamışdir. Bütün bunlarla yanaşı qeyd olunmalıdır ki, MM-lərdə məhsulun maya dəyəri, rentabellik göstəriciləri NQÇİ-lərə nisbətdə xeyli optimaldır. Bu halın isə mümkün qədər təşkili zamanı bir sıra əsas fondların balansa daxil edilməməsi ilə də əlaqələndirmək olar. Ümumilikdə araşdırmalar göstərir ki, MM strategiyasına edilən istinad proqnoztik baxımından heç də səhv addım olmamışdır. Lakin təcrübə kasadlığı, «açıq qapı» meylinin bəyanlığı bu sistemdə nəzərdə tutulan effektlərə məhdudiyyət gətirmişdir. [1]
Aşağıda milli neft sektorunda fəaliyyət göstərən MM-lərdə neft hasilatı dinamikasını xarakterizə edən cədvəl verilmişdir.

                                                                                                                 (ton)

MÜƏSSİSƏLƏR

2001

2002

2003

2004

Anşad Petrol MM

45110

44463

44491

42687

Qarasu LTD

138955

132307

151646

175914

Salyan OYL MM

294256

306164

359194

381479

Azgerneft MM

42028

50838

56888

62483

BMB OYL MM

-

-

-

-

Şirvan OYL MM

216928

228877

246777

256152

Qobustan LTD

-

-

2355

4098

Muradxanlı Ko

0

8711

-

-

Cəmi MM

737277

771360

861351

926275

NQCİ-lər

858924

789092

768455

780157

Yekun quruda

1596201

1560452

1629806

1706432

 

 

 

 

 

 

 

 

Cədvəl: Milli neft sektorunda fəaliyyət göstərən MM-lərdə neft hasilatı dinamikası

Qeyd: ARDNŞ-in hesabat materialları əsasında müəllif tərəfindən hazırlanıb.

Cədvəl materialları göstərir ki, MM-lər şəbəkəsində hasilat artımı kəskin dinamik deyildir. Təsisat tarixlərini əks etdirən statistikaya nəzər yetirdikdə isə bu nisbətin daha kəskin meylli olduğu nəzərə çarpır. Belə ki, «Anşad-Petrol» MM-də ümumi hasilat təsis edildiyi vaxtdan orta hesabla iki dəfə aşağı enmişdir. Bu isə onu göstərir ki, xarici investorlar sahəyə həcmli investisiya qoyluşunu təmin edə bilməmişlər. Faktlar göstərir ki, Qarasu ƏŞ hasilat artımını təmin etmək üçün $140 milyon, «Qobustan» LTD $900 milyon investisiya qoyuluşu proqnozlaşdırlır. Lakin indiyə qədər bu investisiyaların kiçik bir hissəsi hasilat obyektinə cəlb edilmişdir. İndi burada yenə də hər 4 quyudan biri işləmir. Ümumilikdə götürüldükdə MM-lərdə 01.01.2005-ci il tarixinə istismar fondu 1793 saydadır və fəaliyyətdə olan quyular ümumi istismar fondunun 68.7%-ni təşkil edir. 2004-ci ildə bu sektorda ümumilikdə 926275 min ton neft hasil edilmişdir ki, bu da ümumən quru sahələri üzrə neft hasilatının yarısından çoxunu təşkil edir. Qaz hasilatında MM-lərin payı isə orta hesabla 50%-ə bərabərdir. [8]
MM-lərin təşəkkülü və fəaliyyəti istiqamətindəki problemlərin müqayisəli təhlili də mövcud bu iş birliyinin yetərli səmərə vermədiyini qənaətləndirir. Bu qeyri-səmərəliliyin isə determinatlarını aşağıdakı təsnifatda vermək olar:

 

ARDNŞ

Qarşı tərəfə üstün güzəştlərin verilməsi

Normativ-hüquqi bazanın

qeyri-təkmilliyi

Koordinasiya və nəzərət şəbəkəsinin formalaşmaması

Xarici partnyor

İnvestisiyaların təkrar istehsala bağlılığı

Normativ-hüquqi bazanın

qeyri-təkmilliyi

qazma prosesinin arxa plana çəkilməsi

Sxem 1. Azərbaycanın neft-qaz sənayesində işgüzar fəallıq strategiyasının pentorqam
formatlı optimal seçim sxemi

Qeyd: Aparılmış təhlil nəticəsində müəllif tərəfindən hazırlanıb.

MM-lərin fəaliyyətində qeyri-səmərəliliyə görüntü verən amillər şəbəkəsinin hər iki qütbündə normativ-hüquqi bazanın qeyri-təkmilliyi aspekti uzlaşma yaradır. Elə sahəvi normativ-hüquqi bazanın qeyri-təkmilliyi səbəbindən irəli gələrək də xarici partnyorlar daha çox müstəqil hərəkət etmək imkanında olurlar.
MM-lərin fəaliyyət arenasında prinsipial cəhətlərdən biri də vergi sistemi ilə əlaqədardır. Bu proses MM strategiyasında çox mühüm rol oynayır. Azərbaycanda bu proses beynəlxalq müqavilələrlə bağlı müvafiq qanun və respublikada karbohidrogen fəaliyyəti ilə məşğul olan şirkətlərin vergiyə cəlb olunması prinsiplərini ehtiva edən ayrıca razılaşma protokolları ilə tənzimlənir. Belə vergi rejimi isə MM gəlirlərini dolğun şəkildə vergiyə cəlb olunmasını təmin etmir. Dünya təcrübəsində müvafiq münasibətləri tənzimləyən fiskal sistemlər geniş spektrlidir. Bir çox ölkələrdə layihələrin gəlirlilik səviyyəsinə əsasən proqressiv vergi şkalası tətbiq olunur. Bu zaman layihələrin daxili gəlirliliyi yüksəldikcə dövlətin götürdüyü gəlir də artır və şirkətlərin çəkdiyi ilkin xərclər ödənilməyincə dövlət heç nəyə iddia etmir. Bununla belə, ikili fiskal münasibətdən çıxış edən dövlət bir tərəfdən sahibi olduğu təbii resurslardan maksimal gəlir götürür, digər tərəfdən ali vergi hakimiyyəti kimi bu şirkətləri vergiyə cəlb edir. [6]
Respublikada neft biznesinin MM çərçivəsində inkişaf etdirilməsi üçün normativ-hüquqi bazanın təkmilləşdirilməsi, fiskal siyasətdə liberal mexanizmlərin tətbiqi ilə yanaşı, həm də daxili struktur modernizasiyası və bu əsasda istehsal və mülkiyyət diversifikasiyası zəminində investisiya strategiyası da liberallaşmalidır. Belə ki, obyekti nəzarətə götürən birbaşa investisiya praktikasindan yalnız mənfəət əldə etmək məqsədi daşıyan səhm çeşidli portfel investisiyalaşmaya keçid də nəzərdən qaçırılmamalıdır. Bununla belə, neft-qaz sənayesinin inkişafı daxili imkanlar hesabına da inkişaf etdirilməli, MM çərçivəsində fəaliyyətsiz və azdebetli quyuların milli sahibkarlara verilməsi prosesinə də başlanılmalı, innovasiya fəaliyyəti genişləndirilməli, ekoloji intizam gücləndirilməlidir.
Təhlili verilən bu reallıqları əsas götürərək milli neft sektorunda mövcud MM-lərin fəaliyyət səmərəliliyinin artırılmsı şərtlilikləri aşağıdakı institusional və sahəvi təbəddülatları əsaslandırır:

1.    dəyişən situasiyaya həssas reaksiya verən əlverişli biznes mühitinin formalaşdırılması və sahəvi normativ-hüquqi bazanın təkmillilləşdirilməsi;
2.    mərkəzi koordinasiya və çevik nəzarət sistemininn təsisatlandırılması;
3.    mülkiyyət diversifikasiyası və səhmləşmə zəminində portfel investisiyalaşdırmanın aktivləşdirilməsi;
4.    istehsal və fəaliyyət səmərəliliyinin və artan innovasiya tələbinin yüksəldilməsı;
5.    ekoloji-iqtisadi tədbirlərin gücləndirilməsi və davamlı inkişafın təminatı.
Bununnla belə, vurğulanmalıdir ki, Azərbaycanın neft sektorunda MM təsisatlandırmaları sferasında gerçəkləşdirilən fəaliyyət keyfiyyətlilikləri milli neft strategiyasına əsaslanan status modernizasiyası formatında daim təkmilləşdirilməlidir.


İSTİFADƏ EDİLMİŞ ELMİ İNFORMASİYA MƏNBƏLƏRİ

1.Hacızadə E.M. Neftqazçıxarma kompleksinin iqtisadi inkişaf modeli, Bakı, Elm. 2002, s.472

2.Грей Форест Добыча нефти. М: ЗАО «Олимп-бизнес», 2004. 416с.

3.Джонстон Д. Международный нефтяной бизнес: налоговые системы и соглашения о разделе.продукции. М. ЗАО «Олимп-Бизнес», 2003. 352 с.

4.Конопляник А.А. Реформы в нефтяной отрасли России (налоги, СРП, концессии) и их последствия для инвесторов. М: Олита, 2002. 224 с.

5.Хайн Норман Дж. Геология, разведка, бурение и добыча нефти. М: ЗАО «Олимп-Бизнес», 2004. 752с.

6.http://www.e-qanun.az.

7.http://www.neftegaz.ru.

8.http://www.socar.gov.az.


Гаджизаде Эльшан Махмуд оглы, кандидат экономических наук. Заместитель директора Центра Подготовки Магистров Азербайджанского Государственного Экономического Университета

СОВМЕСТНЫЕ ПРЕДПРИЯТИЯ: НАУЧНО-ЭМПИРИЧЕСКИЕ РЕАЛЬНОСТИ И ТЕНДЕНЦИИ РАЗВИТИЯ

РЕЗЮМЕ

Статья посвящена исследованию проблем функционирования совместных предприятий. В ней, опираясь на мировой опыт проанализирован научно-эмпрические реальности, тенденции развития концепции совместных предприятий и на фоне нефтяной стратегии исследованы проблемы трансформации.
Проведённым анализом определено что, повышение активности существующих в национальном нефтяном секторе совместных предприятий обуславливает институциональные и отраслевые изменения. А для этого необходимо усовершенствование отраслевой нормативно-правовой базы, формирование бизнес среды чувствительно реагирующей на изменяющиеся ситуации, образование центральной координационной и контролирующей системы, активизация на основе акционирования и диверсификации собственности портфельных инвестиций, повышение производственной и управленческой эффективности и увеличение возрастающего инновационного спроса, усиление экономико-экологических мероприятий и формате статусной модернизации обеспечение устойчивого развития.


Hajizadeh Elshan Mahmud og. сandidate of ыcience /economy/ Azerbaijan State Economic University, The center of Preparation of Masters. The deputy director

JOINT VENTURES: SCIENTIFIC-EMPIRICAL REALITIES AND TENDENCIES OF DEVELOPMENT

Article is devoted to research of problems of functioning of joint ventures. In it, basing on global experience it is analyzed scientific-empirical realities, tendencies of development of the concept of joint ventures and on a background of oil strategy are investigated problems of transformation.
By the lead analysis it is determined that, increase of activity of joint ventures existing in national oil sector causes institutionally and branch changes. And for this purpose improvement of branch specification-legal base, formation business of the environment sensitively reacting on changing situations, formation of the central coordination and supervising system, activization on a basis the shareholder and diversification is necessary for the property a portfolio of investments. Increase of industrial and administrative efficiency and increase in growing innovative demand, amplification of economic-ecological actions and a format the status of modernization maintenance of steady development.

106.Müştərək müəssisələr: elmi-empirik reallıqlar və inkişaf meyilləri. Milli iqtisadiyyatın problemləri /məqalələr toplusu III buraxılış/. АMEА İqtisadiyyat İnstitutu. Bakı. Elm. 2006. 0,6 ç.v.