Arxiv
Faydalı linklər
Azərbaycan Respublikası Prezidentinin İşlər İdarəsinin Prezident Kitabxanası
"Azərbaycanın vergi jurnalı" resenziyalı elmi jurnal
AMEA - Azərbaycan Milli Elmlər Akademiyası
AMEA İqtisadiyyat İnstitutu
Azərbaycan Dövlət İqtisad Universiteti
Azərbaycan Milli Kitabxanası
Azərbaycan kommersiya bankları haqqında informasiya portalı
İqtisadiyyat qəzeti
Məqalələr / MİLLİ NEFT BAZARININ İNKİŞAFINDA FRANÇAYZİNQ
Magistr Hazırlığı Mərkəzi, E.M.Hacızadə
Karbohidrogen resursları ilə bol respublikamızın iqtisadi hazırlıq səviyyəsi ölkədə formalaşmış "xammal" oriyentasiyalı modeldən qurtulmaya məhdudiyyətlər gətirir. Digər tərəfdən, neftin xam şəkilində ixracı ilə bağlı beynəlxalq bazar konyunkturası da neft gəlirlərindən stabil və planauyğun şəkildə istifadə imkanlarını azaldır. Belə ki, bu bazarda qiymətlər hər bir oyunçunun davranışından asılılıqda vaxtaşırı arzuolunmaz nəticələr yaradaraq kataklizm və böhranlarla müşayiət olunur. Elə buna görə də, ölkədə «xammal» oriyentasiyalı modeldən «milli istehsala və daxili bazara köklənən iqtisadi inkişaf konstruksiyalı» modelə keçid zərurətliyi artır.
Beynəlxalq təcrübə bəyan edir ki, yalnız milli bazar yüksək inkişaflı və asılı olmayan iqtisadiyyatın möhkəm təməlini təşkil edə bilər. Beynəlxalq bazar da zəruri bir kateqoriyadır və o, özünün son dərəcə böyük əhəmiyyəti ilə üzvi surətdə daxili bazarla bağlılıqda onun da dolğunluğunu və möhkəmliyini təmin etməlidir. Bununla belə, yaddan çıxarılmamalıdır ki, «milli bazar» prioriteti energetik təhlükəsizliyin təminatı üçün də istisnasız əhəmiyyətlidir. Lakin, bu gün daxili bazar əmtəə dövriyyəsinin həcmi və struktur baxımından yetərli inkişaf etməmişdir. Xarici təcrübədə optimallığın təminatı üçün belə vəziyyətlərdə kommersiya konsessiyası - françayzinqin tətbiq genişliyinə önəm verilir. Bu strategiyada françayzinq istehsal, ticarət və istehlak arasında birbaşa və əks əlaqəlilik prinsipində yüksək təşkilatı bazarın formalaşması və səmərəli iqtisadi yüksəlışı üçün müvafiq olan fəaliyyət alətlərinin təqdimi ilə üstünlüyu ələ alır. Reallıqdan irəli gələrək yeni iqtisadi sistemə keçid edən bir sıra ölkələrdə françayzinq institutu genişləndirilir. Məhşur «LUKoyl» şirkəti də belə effektivliyi nəzərə alaraq bu istiqamətdə müvafiq konsepsiya işləmiş və onu özünün rəqabət strategiyasında genişlıklə reallaşdırmaqdadır. Analoji iqtisadi texnologiyanın respublikanın neft sektorunda da tətbiqi milli neft kapitalının gəlirlilik diversifikasiyasını genişləndirərək artan səmərəliliyi ilə fərqlənərdi.
Aparilan təhlil və asraıdırmalar göstərir ki, françayzinq texnologiyasının milli neft sektorunda genişliklə tətbiqi aşagıdakı səmərəlıliklərin təminatında əhəmiyyətini nümayiş etdirə bilər:
neft kompleksində bazar təsisatlarının genişləndirilməsi və onun investision gücünün artırılmasıda;
dövlətlə neft biznesi arasında qarşılıqlı əlaqəliyin yeni inteqrir mexanizmdə təşəkkülündə;
istehsal xərclərinin azaldılması, məhsulun assortimentinin genişləndirilməsi və keyfiyyətinin yüksılişində;
qiymət risklərinin mülayimləşdirilməsi və onun beynəlxalq təsirlərdən qorunmasında;
daxili bazarın stabil funksionasllığının artırılmasında.
117.Milli neft bazarının inkişafinda françayzinq. 2005-2006-cı illərdə Azərbaycan Dövlət İqtisad Universitetində yerinə yetirilmiş büdcə təyinatlı elmi-tədqiqat işlərinin yekununa həsr edilmiş elmi-praktiki konfransın tezisləri. Azərbaycan Dövlət İqtisad Universiteti. Bakı. 2007. 0,1 ç.v.