gototop gototop
Azərbaycanca Русский English
Arxiv
Faydalı linklər

http://www.preslib.az/

Azərbaycan Respublikası Prezidentinin İşlər İdarəsinin Prezident Kitabxanası


http://www.vergijurnali.az/

"Azərbaycanın vergi jurnalı" resenziyalı elmi jurnal


http://www.science.gov.az/

AMEA - Azərbaycan Milli Elmlər Akademiyası


http://www.elm.az/az/economy/

AMEA İqtisadiyyat İnstitutu


http://www.aseu.az/

Azərbaycan Dövlət İqtisad Universiteti


http://www.anl.az/

Azərbaycan Milli Kitabxanası


http://banker.az/az/

Azərbaycan kommersiya bankları haqqında informasiya portalı


http://iqtisadiyyat.com/

İqtisadiyyat qəzeti


Məqalələr / REGİONAL MƏŞĞULLUĞUN TƏMİNATININ YAXŞILAŞDIRILMASI İSTİQAMƏTLƏRİ

30.12.2011

ADİU, i.e.d. E.M.Hacızadə

Bazar iqtisadiyyatı quruculuğu və onun genişləndirilməsi bütün keçid ölkələrində makroiqtisadi problemlərlə müşayiət olunur. Bu problemlər içərisində müasir cəmiyyətin əsas sosial fenomeni - işsizliyin aradan qaldırılması və məşğulluğun təminat səviyyəsinin artırılması daha kəskin mürəkkəbliklər yaradır. Struktur çərçivədə isə məşğulluq problemi özünü daha sərt regional aspektdə göstərir. Eyni xüsusiyyət bazar təsisatlarını genişləndirən Azərbaycanda da ümumi və qismən xarakterik olan spesifik cəhətlərlə təzahür edir. Bu cəhətləri üstün tutaraq bölgələrin tarazlı inkişafına nail olmaq, məşğulluq səviyyəsini yüksəltmək, inteqrasiyanı genişləndirmək məqsədi ilə ölkədə prezident İlham Əliyevin rəhbərliyi altında praqmatizmə əsaslanan yeni regional strategiya həyata keçirilir və onun tərkib hissəsi kimi «Azərbaycan Respublikası regionlarının sosial-iqtisadi inkişafı Dövlət Proqramı (2004-2008-ci illər)» reallaşdırılır. Bunun bariz nəticəsidir ki, gerçəkləşdirilən strategiya əsasında bölgələrdə məqsədyönlü infrastrukrtur yenidənqurması aparılmış, tikinti quruculuq işləri vüsətlənmiş, yeni istehsal-xidmət sahələri yaradılaraq proqram üzrə nəzərdə tutulan 600 min iş yerinin açılışı təmin edilmişdir. Bununla belə, yeni tələblər miqyaslı, davamlı multiplikativ effekt yaradan geniş rəqabət imkanlı, sosial-iqtisadi təminatlı daha strateji tutumlu quruculuq işlərinin görülməsini önə çıxarır. Rəqabətədavamlı istehsal, xidmət sahələrinin, perspektivli iş yerlərinin genişliklə açılışına nail olmaq isə beynəlxalq almədə mövcud proqressiv təcrübənin ənənəvi keyfiyyətlərə, yerli iqtisadi faktorlara əsaslanan təməldə təhlilini və bundan irəli gələn müvafiq nəzəri ümumiləşdirmələrin aparılmasını zəruri edir.
İqtisadi kateqoriya olan işsizlik işçi qüvvəsinin tələb və təklif uzlaşmasının mürəkkəb prosesi kimi çıxış edərək bir sıra amillərin, xüsusən də işizliyi yaradan səbəblərin nəzərə alınmasını əsaslandırır. Empirik araşdırmalar göstərir ki, yeni iqtisadi sistemə keçid prosesində işsizliyi yaradan səbəblər sırasında daha çox aşağıdakılar şərtləndirilir:
    iqtisadiyyatın strukturu, müəssisələr tipi;
    ölkənin ümumi və regional iqtisadi inkişaf səviyyəsi;
    demoqrafik struktur dəyişkənliyi;
    iqtisadi aktiv əhalinin fəallığı;
    elmi potensial, innovasiyalara hazırlıq və texnoloji yeniləşmə tempi.
Lokal amillər konfiqurasiyasında isə ərazinin miqyası, təbii-iqlim xüsusiyyətləri, milli ənənələr, cəmiyyətin siyasi quruluşu da əhəmiyyətliliyi ilə fərqlənir. Digər cəhət isə respublikamız üçün də səciyyəvi olan iqtisadi və institusional transformasiya ilə bağlıdır. Belə ki, bir sıra sahələrdə, xüsusən də kommunal-xidmət, enerji təchizatı sferasında bazar iqtisadiyyatına əsaslı keçid hələ tam başa çatmamışdır. Əmək məhsuldarlığı ilə orta əmək haqqı proporsiyasının optimal həddə yüksəlməməsi, rəbabət mühitinin zəifliyi, gizli inhisarlaşmanın mövcudluğu, əmək bazarının əsaslı formalaşmaması, mütəxəssis hazırlığının dövlət və sosial sifarişlərə dolğun adekvat səviyyədə qurulmaması, özəl sferada həmkarlar təşkilatlarının fəaliyyət məhdudluğu və sair bu kimi səbəblər də məşğulluğun təminatına, işsizliyin aradan qaldırılmasına təsir etməkdədir. Regionlarda isə bu və ya digər amillər sırasına aqrar sektordakı islahatların tam başa çatdırılmaması da qatılır. Belə ki, bazar iqtisadiyyatına keçid zamanı aqrar sektorda aparılan islahatlar institusional və iqtisadi baxımdan heç də liberal modeli dolgün əks etdirməmişdir. Torpaqların əzəli sahiblərinə qaytarılması müsbət hal olsa da, bu torpaqlara yiyələnmiş insanların dərin kök salmış sovet təsərrüfatçılıq sistemi vərdişlərinə bağlılığı və kollektiv təsərrüfatçılığın üstün cəhətlərindən faydalanmaq persrektivliyi ciddiyyəti ilə nəzərə alınmamışdır. Kolxoz və sovxozların strukturlarında müvafiq əmək bölgüsü şəraitində ayrı-ayrılıqda fəaliyyət göstərənlər indi bir ailə və ya fermer təsərrüfatları çərçivəsində çoxşaxəli mürəkkəb əmək funksiyaları yerinə yetirmək zorunda qalmışlar. Burada fərd və ya ailə əkinçinin, maldarın, aqronomun, zootexnikin, mexanizatorun, mühasibin, təşkilat rəhbərinin və digərlərinin ixtisaslaşdığı işi ümumilikdə görməlidir. Bu qədər peşənin, xüsusən də peşəkarlıqla bir şəxs və ya ailədə cəmləşməsi effekti müstəsna haldır. Bununla belə, təsərrüfatı saxlamaq və inkişaf etdirmək üçün dövriyyə vəsaitinin, investisiya resurslarının olması da əsasdır. Ona görə də, əvvəlki potensial itirildiyi üçün həmin məşğul əhali mümkün olduqca yeni tələblərə uyğun işlərə cəlb olunmuş və qismən də miqrasiya etmək məcburiyyətində qalmışdır. İndi dövlət islahatların davamı olaraq vəziyyətin sağlamlaşdırılması üzrə çoxsaylı səmərəli tədbirlər həyata keçirməkdədir. Buraya «Aqrolizinq» təşkilatı, «Sahibkarlara Kömək Fondu»nun yaradılması, ailə təsərrüfatlarının fəaliyyətini stimullaşdıran qanunların, normativ-hüquqi aktların qəbulu, fermerlərə kreditlərin ayrılması və başlıca olaraq regionlarda infrastruktur layihələrinin gerçəkləşdirilməsi şamil olunur.
Beynəlxalq təcrübə göstərir ki, aqrar sektorda böyük inkişafa nail olmuş ölkələrdə əsas kənd təsərrüfatı məhsulu iri və orta həcmli kollektivlərdə, kooperativlərdə əldə edilir. Bundan irəli gələrək də dövlət həmin sahələri stimullaşdırır, onlara hərtərəfli dəstək verir. Bu məhsuldar təcrübəyə istinadən aparılan təhlillə əsaslandırılır ki, respublikamızda aqrar sektorda ayrı-ayrı insanlara və ailələrə mənsub torpaqların, təsərrüfatların kooperasiya əsasında birləşməsi daha böyük səmərəliliklərlə müsayiət oluna bilər. Kəndlərdə müasir həyati vacib sosial-məişət infrastrukturunun, nəqliyyat-rabitə kommunikasiyalarının modernizasiyası və inşasının genişləndirilməsi isə aqrar sektorun inkişafına təkan verən mühüm amil kimi regional məşğulluğun təminatına yardım edəcək və işsizliyin aradan qaldırılmasında iqtisadi effektivliyi, sosial əhəmiyyətliliyi ilə fərqlənəcəkdir.


129.Regional məşğulluğun təminatının yaxşılaşdırılması istiqamətləri. Ümummilli lider Heydər Əliyevin xatirəsinə həsr olunmuş elmi-praktiki konfransın materialları. (H.A.İsrafilovla müştərək) AMEA İqtisadiyyat İnstitutu. Bakı. 2009. 0.1 ç.v.