Arxiv
Faydalı linklər
Azərbaycan Respublikası Prezidentinin İşlər İdarəsinin Prezident Kitabxanası
"Azərbaycanın vergi jurnalı" resenziyalı elmi jurnal
AMEA - Azərbaycan Milli Elmlər Akademiyası
AMEA İqtisadiyyat İnstitutu
Azərbaycan Dövlət İqtisad Universiteti
Azərbaycan Milli Kitabxanası
Azərbaycan kommersiya bankları haqqında informasiya portalı
İqtisadiyyat qəzeti
Məqalələr / MİLLİ NEFT SEKTORUNDA NEFTİN KEYFİYYƏT BANKININ YARADILMASI EFFEKTİVLİYİ
MHM, i.e.d. E.M.Hacızadə
Neftin keyfiyyət bankının milli sektorda yaradılması ölkənin neft istehsalçıları üçün də çox mühüm iqtisadi əhəmiyyət daşıyır. Belə ki, dünya bazarında mövcud əksər neft çeşidlərindən üstünlüyü ilə seçilən Azərbaycan nefti ölkənin 57 neft yatağı silsiləsində də fərqli xüsusiyyətlərə malikdir. Hazırda köhnə istismar zonasında hasil edilən neft emala yararlılıq baxımından üç standart üzrə müəyyənləşdirilir. Statistik məlumatlara görə ölkədə təhvil nefti əsasən standartın üstün olan I qrupuna aid edilir. Lakin ayrı-ayrı neftqazçıxama idarələri üzrə bu fərq kəskin təzadlıdır. Belə ki, son illərdə orta göstəricidə «Bibi-Heybətneft» və «Balaxanıneft» NQÇİ-lərdə 90-95%, «Qum adası» və «Siyəzənneft» NQÇİ-lərdə isə 35-70% arası standartın I qrupu üzrə məhsul təhvili həyata keçirilir. Təhvil standartında iqtisadi stimul nəzərdə tutulsa da, belə vəziyyət geniş çevrədə keyfiyyətlilik ölçüsünü dolğun əks etdirmir və neftin çeşidlənməsinə olan marağı azaldaraq müəssisələr arası sağlam rəqabəti məhdudlaşdırır. Bundan başqa müxtəlif çeşidli məhsullar keyfiyyət kateqoriyasına uyğun olaraq dəqiq qiymətləndirilmədiyindən renta disproporsiyası dərinləşir, bununla da istehsalçı əməyi tam layiqli qiymətini tapa bilmir. Bu aspekt xarici bazarlara çıxışda da təsir gücünü nümayiş etdirir.
Aparılan təhlillə əsaslandırılır ki, milli neft sektorunda neftin keyfiyyət bankının yaradılması geniş çevrədə aşağıdakı effektlərlə müşayiət olunacaqdır:
1. energetik sektorda bazar münasibətlərinin dərinləşməsi və ixrac potensialının səmərəliliyinin artırılması;
2. istehsal sferasında məhsul keyfiyyəti dəyişiklikləri və rəqabətin yüksəlişi;
3. neftqazçıxama idarələrində mənfəətin maksimallaşması istiqamətində yeni iqtisadi alətin əldə olunması;
4. magistral kəmərlərin istismarında rentabelliyin yüksəldilməsi və emal zavodlarında məhsul çeşidinin genişləndirilməsi;
5. texnoloji tərəqqinin genişlənməsi və ekoloji mədəniyyətin yüksəlişi.
135.Milli neft sektorunda neftin keyfiyyət bankının yaradılması effektivliyi. 2008-ci ildə Azərbaycan Dövlət İqtisad Universitetinin büdcə təyinatlı elmi-tədqiqat işlərinin yekununa həsr edilmiş elmi-praktiki konfransın tezisləri. Azərbaycan Dövlət İqtisad Universiteti. Bakı. 2009. 0.1 ç.v.