gototop gototop
Azərbaycanca Русский English
Arxiv
Faydalı linklər

http://www.preslib.az/

Azərbaycan Respublikası Prezidentinin İşlər İdarəsinin Prezident Kitabxanası


http://www.vergijurnali.az/

"Azərbaycanın vergi jurnalı" resenziyalı elmi jurnal


http://www.science.gov.az/

AMEA - Azərbaycan Milli Elmlər Akademiyası


http://www.elm.az/az/economy/

AMEA İqtisadiyyat İnstitutu


http://www.aseu.az/

Azərbaycan Dövlət İqtisad Universiteti


http://www.anl.az/

Azərbaycan Milli Kitabxanası


http://banker.az/az/

Azərbaycan kommersiya bankları haqqında informasiya portalı


http://iqtisadiyyat.com/

İqtisadiyyat qəzeti


Məqalələr / BÜDCƏ PROSESİNDƏ ŞƏFFAFLIQ TƏMİNATI VƏ ONUN YÜKSƏLDİLMƏSİNİN EFFEKTİVLİYİ

24.12.2011

 AMEA-nın İqtisadiyyat İnstitutu,
i.e.d., prof. E.M.Hacızadə

Müasir dünyanın qabacıl ölkələrində hakimiyyətin fəaliyyətində şəffaflığın bütün səviyyələrdə bərqərar olunması daim aktuallığını artıran bir məsələdir. Belə ki, çağdaş demokratik cəmiyyət quruculuğunda şəffaflıq prinsipləri bütün hakimiyyət strukturlarının qərar açıqlığının əsas şərti olaraq qalır. Açıqlıq və şəffaflığın saxlanılması büdcə prosesində də mühüm səciyyəvi əhəmiyyəti ilə fərqlənir. Bu isə bilavasitə ondan irəli gəlir ki, siyasi-iqtisadi sistem müxtəlifliyinə varmadan hər bir ölkədə büdcə sosial-iqtisadi siyasətin reallaşmasının başlıca maliyyə aləti funksiyasını yerinə yetirir. Bununla belə, mükəmməl büdcə də, öz növbəsində ölkənin iqtisadi təhlükəsizliyinin qarant elementlərinin mühüm hissəsini və əhalinin sosial rifahının barometrini əks etdirir.
Büdcə prosesində şəffaflığın təminatında qanunvericilik orqanları, icra hakimiyyəti və eyniliklə də əhalini təmsil edən vətəndaşların aktiv hissəsi iştirak edir. Burada məqsədlər nisbi müxtəlif olsa da, ümumi vektorda vəhdət halına gəlir və aşağıdakı istiqamətlərdə gerçəkləşmələri ifadə edir:
    şəffaflıq büdcə prosesində ictimai iştirakı təmin edərək büdcə haqqındakı informasiyaların konkretləşməsinə zəmin olur;
    şəffaflıq ölkədə makroiqtisadi və maliyyə stabilliyinin əsas mənbəyi kimi çıxış edir;
    şəffaflıq cəmiyyətin hər bir üzvünə büdcənin dilini, onun rəqəmlərini anlamağa əlavə imkanlar yaradır;
    şəffaflıq vergiödəyicilərinə büdəcənin əsas mədaxil hissəsini təşkil edən vergilərin hansı məqsədlərə məsrəf olunduğuna tam yəqinlik gətirir;
    şəffaflıq büdcə prioritetləri, resurslar bölgüsü və iştirakçılar düzümünü daha dəqiqliklə fərqləndirir;
    şəffaflıq büdcə vəsaitlərinin məqsədli təyinatda və səmərəli xərclənməsində optimal mexanizm olaraq korrupsiyaya qarşı mübarizədə mühüm nəzarət funksiyası yerinə yetirir;
    şəffaflıq icra hakimiyyətinin büdcənin işlənməsi və yerinə yetirilməsi istiqamətində məsuliyyətini artırır, qanunverici orqan tərəfindən ona yönələn nəzarətin güclənməsinə kömək edir;
    şəffaflıq əhalinin və vətəndaş cəmiyyətləri institutlarının hakimiyyətə olan etibarını yüksəldir və ictimai etimadın möhkəmlənməsinə yardımçı olur;
    şəffaflıq maliyyə-iqtisadi böhranlar vəziyyətində, dövlətin antiböhran proqramlarının hazırlanması və yerinə yetirilməsində vergiödəyicilərinin hakimiyyət konsensusunun mühüm vasitəsinə çevrilir;
    şəffaflıq büdcə defisiti və profisitinin məqsədyönlı optimallaşmasının əsas seqmentilərindən biri olaraq qalır;
    şəffaflıq hökumətin milli və regional siyasətini dünya ictimaiyyəti üçün daha açıq edərək investisiya cəlbediciliyini artırır.
Büdcənin və büdcə prosesinin şəffaflığı mahiyyət etibarı ilə yalnız ictimaiyyət üçün müvafiq informasiyalara giriş zəminində təyin olunmur. Şəffaflıq daha geniş üstünlüklə bu proseslərdə ictimaiyyətin iştirakına təminat verən mühüm zəruri şərt kimi çıxış edir. Büdcə şəffaflığı demokratik inkişafın qollarından biri olmaqla, cəmiyyət üzvlərinin bilik səviyyəsi, bacarıq və hazırlıqları və həmçinin də ictimai institutlarının təkmilliyi ilə mütənasiblik təşkil etmədə nəzarət səmərəliliyinin təminatçısına çevrilir. Ona görə də, respublikamızda da büdcənin və büdcə prosesinin şəffaflığının artırılması istiqamətində fəaliyyətlər daha da genişləndirilməli, zəruri olan yeni təsisatlandlrmalar aparılmalı, müvafiq qiymətləndirmələr yerinə yetirilməlidir. Büdcənin və büdcə prosesinin şəffaflığının qiymətləndirilməsi isə sosial texnologiyaların tərkib hissəsini təşkil etdiyindən bu istiqamətdə müvafiq hərəkətlərin metodoloji təyinatları, qayda və prosedurları da işlənməli və onlar cəmiyyət istifadəsinə bir yardımçı alətlər və tənzim mexanizmi olaraq təqdim edilməlidirlər.


137.Büdcə prosesində şəffaflıq təminati və onun yüksəldilməsi effektivliyi. Böhrandan sonrakı iqtisadiyyatda maliyyə resurslarının səmərəli istifadə olunmasında şəffaflığın rolu. Beynəlxalq elmi-praktiki konfrans. Azərbaycan Respublikası Milli Məclisinin iqtisadi siyasət komitəsi. Dövlət Neft Fondu, Azərbaycan Respublikası Maliyyə Nazirliyi. Azərbaycan Respublikası Vergilər Nazirliyi. Azərbaycan Respublikası Hesablama Palatası. Azərbaycan Respublikası Auditorlar Palatası. Azərbaycan İqtisadçılar İttifaqı. Bakı: 2009. Bakı: «Iqtisadiyyat və audit jurnalının nəşri». 2009. 0.1 ç.v.